Torpaq, Vətən qədər müqəddəsləşdilər

 

“O müdhiş gecəni xatırlayanda kədərlənməməliyik. Bu faciə deyil, qəhrəmanlıq göstərdiyimiz, tarixə dönmüş, ölümsüzlük qazandığımız gündür. Bu müdhiş gecə bizə başucalığı gətirdi. Yanvar faciəsində şəhid əlil olanlar torpaq, Vətən qədər müqəddəsdirlər” — deyə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qəzənfər Həsənov bildirdi.

Rayonda 20 Yanvar faciəsinin 19-cu ildönümü münasibəti ilə şəhid əlil ailələri ilə keçirilən görüş beləcə kövrək notlarla başlandı. Oğlu itkin düşmüş şəhid anası Məhbubə Allahverdiyevaya söz verildi:

Ölüm haqdır. Amma şəhid olmaq ölmək demək deyil. Bizim şəhidlərimiz ölməyiblər. Onlar ürəklərdə yaşayırlar. Biz şəhid anaları dövlətdən heç ummuruq. Ona görə ki, bizim problemimiz yoxdur. Bizə göstərilən maddi mənəvi yardım dərdimizə, yaramıza məlhəm olub.

Görüşdə “20 Yanvarcəmiyyətinin rayon şöbəsinin sədri Rövşən Abbasov, əlil Qədir Rüstəmov çıxış edərək sosial digər problemlərin həll edilməsində konkret tədbirlər görüldüyünü dedilər. Göstərilən maddi mənəvi yardıma görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Xüsusi vurğulandı ki, ildönümü ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri Bakıxanov qəsəbəsində yerləşənŞəhidlər xiyabanı ziyarət etmiş, ölməz oğulların məzarlarının önünə gül dəstələri, əklillər qoymuş, ruhlarına dualar oxumuşlar. Rayonun təhsil müəssisələrində, mədəniyyət mərkəzlərində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması üçün görüşlər, dini icmalar isə mərasimlər keçirmişlər.

Görüşdə 7 şəhid 8 əlil ailəsinə ərzaq bağlaması verilmiş, pul yardımı edilmişdir. Bundan əlavə, Dağüstü parkda yerləşən Şəhidlər Xiyabanına 3000 ədəd qərənfil gülü göndərilmişdir.

 

 

Qismət ALIŞOĞLU 

 

Xalq qəzeti.-2009.-24 yanvar.-S.7.