Azərbaycan demokratiyanı
təkmilləşdirmə laboratoriyasıdır
Tanınmış
Ukrayna politoloqu, Ukrayna XİN yanında Diplomatiya
Akademiyasının dosenti İqor SLİSARENKO AzərTAc-ın
xüsusi müxbirinin xahişi ilə Azərbaycanda
keçiriləcək referendum barədə düşüncələrini
bölüşür:
– Azərbaycanın
demokratik sisteminin təkmilləşdirilməsi Ukrayna
üçün də qiymətli təcrübədir,
çünki ölkələrimiz Avropanın demokratiyanın
və insan hüquqlarının keşiyində duran
aparıcı qurumu olan Avropa Şurasının nisbətən
gənc üzvləridir. Ona görə də məhz Ukraynada
gedən proseslər baxımından Azərbaycanda başlayan,
ən müxtəlif fikir və rəylərin səsləndiyi
diskussiya barədə bir neçə kəlmə demək istəyirəm.
Bilavasitə insan hüquqlarına aidiyyəti olan düzəlişlərdən başlayım. Vətəndaşın iradəsinə zidd olaraq gizli video-fotoçəkilişlərin və audioyazıların aparılmasına qadağanın qoyulması, heç şübhəsiz, insanın hüquqlarının, onun şərəf və ləyaqətinin müdafiəsi istiqamətində əhəmiyyətli addım olacaqdır. Bu, hazırda informasiya texnologiyalarının sürətli inkişafının doğurduğu təhdidlərə, həqiqətən, lazımlı və qanuni cavabdır. İndi hər bir kəsin ən müasir kommunikasiya vasitələrindən istifadə imkanı var.
Lakin həmin imkan həmişə xeyirxah məqsədlərə xidmət edirmi? Həmin düzəliş jurnalistlərin hüquqlarını pozurmu, onları təhqiqat aparmaq, necə deyərlər, “gizli çəkiliş” aparmaq imkanından məhrum edirmi? Əsla, yox. Axı, jurnalist müəyyən hüquqi sahədə başqa vətəndaşların hüquqlarına qeyd-şərtsiz hörmət etməklə işləməlidir. Gizli video-fotoçəkilişlərdən və audioyazılardan istifadə yolu ilə jurnalist təhqiqatı aparılmasının Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları əsasında işlənmiş dəqiq hüquqi proseduru vardır.
Konstitusiyaya uşaq əməyinə qadağa qoyan əlavənin edilməsi, heç şübhəsiz, mütərəqqi addımdır. Dünya təcrübəsi göstərir ki, bu halın qarşısının alınması üçün ölkənin beynəlxalq müqavilələrə, indiki halda isə BMT-nin Uşaq Hüquqları Bəyannaməsinə qoşulması heç də həmişə yetərli deyildir. Düzəliş isə uşaq əməyinə qadağa qoyulmasına əməl olunmasını hər bir vətəndaşın Konstitusiya vəzifəsinə çevirir.
Azərbaycan Avropa Şurasının üzvü
olduğu üçün
40 min seçicinin qanunvericilik təşəbbüsü
ilə bağlı düzəlişi nəzərdən
keçirmək olduqca
maraqlıdır. Məlumdur ki, Avropa Şurası
“nümayəndəli demokratiya”
(“representative democracy”) modelini dəstəkləyir. Bu düzəlişin
təklif edilməsi faktının özü hakimiyyətlə xalq arasındakı etimadın
səviyyəsindən, Azərbaycan
cəmiyyətinin yetkinliyindən
xəbər verir.
Həqiqətən də,
zəif və qeyri-sabit ölkələrdə
belə norma
dramatik hadisələrə
gətirib çıxara
bilərdi. Lakin mən görürəm
ki, Azərbaycan cəmiyyətinin özünütəşkili
və düşüncə
tərzi əlverişli
olmayan bütün ssenariləri istisna edir.
Maraqlıdır ki, həmin düzəliş siyasi partiyaların, o cümlədən,
bəlkə də ilk
növbədə, müxalifət
partiyalarının, ictimai
təşkilatların fəaliyyətinə,
vətəndaş təşəbbüsünə
güclü təkan verir. İndən belə parlamentdə
təmsil olunmayan partiya artıq dövlət qərarlarının
qəbulunda iştirak
imkanından məhrum
edildiyindən şikayətlənə
bilməz. Üstəlik, düzəliş həmin
partiyanı təklif etmək, inandırmaq üçün xalqla sıx təmasda olmağa vadar edir. Bu baxımdan
2002-ci ilin referendumu yada düşür.
Onda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
parlament seçkilərinin
proporsional sistemi ləğv edilmişdi.
Həmin
qərarın nə dərəcədə uzaqgörən
olduğu isə indi aydın olur. Hələ də buna qane olmaq istəməyən
kəslərə isə
sırf partiya siyahıları üzrə
seçki sisteminə
keçən Ukraynaya
nəzər salmağı
məsləhət görürəm.
Burada hakimiyyətdə olan bəzi partiya rəhbərləri xudbincəsinə
özlərini hakimiyyətə
gəlməyin və onu əldə saxlamağın belə sadə mexanizmindən məhrum etmək istəmirlər.
Azərbaycanda prezidentlik müddətlərinin
sayına məhdudiyyətlərin
götürülməsinin məqsədəuyğunluğu barədə diskussiya, əslində, qeyri-adi bir şey deyildir. Belə mübahisələr
elə iki müddət normasını
bütün dünyaya
yaymış ABŞ-ın
özündə də
vaxtaşırı yaranır.
Hamıya məlumdur ki,
XX əsrdə ABŞ-ın
ən uğurlu prezidenti sayılan F.Ruzvelt dörd dəfə seçkilərdə
qalib gəlmiş və hakimiyyətin hansısa şəkildə
qanunsuz ələ keçirilməsi baş verməmişdi. İki
müddət norması
təkcə ABŞ-da
deyil, eləcə də həmin normanı qəbul etmiş ölkələrdə
aşağıdakı mənfi
halları doğurmuşdur:
fəaliyyətdə olan
prezident birinci müddətin lap əvvəlindən
ikinci müddətə
seçilməsi üçün
seçki kampaniyasına
başlayır; ikinci müddətin ilk günündən
isə ona artıq hakimiyyətdən
gedən şəxs kimi baxırlar. Gördüyümüz kimi, belə
məhdudiyyətin zəruriliyini
nə dəqiq hüquqi, nə də siyasi əsaslandırması yoxdur.
Digər tərəfdən, həmin
müddəa hüquqi
baxımdan da qüsursuz deyil, vətəndaşın seçilmək
və özü istədiyi namizədə səs vermək hüququ məhdudlaşdırılır. Prezidentin hakimiyyəti
qəsb etməməsinin
təminatı isə
hakimiyyət orqanları
arasında səlahiyyətlərin
bölüşdürülməsi sistemi, məsuliyyətin və hakimiyyətdən əl çəkmənin
təsbit olunmuş hüquqi normaları, vətəndaş cəmiyyətinin
fəallığı və
ən nəhayət, azad mətbuatdır.
Bütün bunlar Azərbaycanda
vardır.
Nəhayət, bugünkü
qlobal dünya belə bir təzad
doğurmuşdur: informasiya
mübadiləsi, kapitalın
və resursların yerdəyişməsi, qərarların
qəbulu prosesləri
artıq saniyələrlə
ölçülür, perspektivlərin
və gələcək
təhdidlərin müəyyənləşdirilməsi,
strateji planların həyata keçirilməsi
üçün isə
artıq unudulmaz “beşilliklər” deyil, onilliklər və daha çox müddət nəzərdə
tutulur.
Qədəm qoyduğumuz
qlobalizm erasında siyasi liderliyin ən uğurlu nümunələri (istər
Sinqapurdakı Kuan Yu, istər Malayziyadakı
Mahathir, yaxud da Birləşmiş Ərəb
Əmirliklərindəki Zaid
olsun) heç vaxt müvəqqəti məhdudiyyətlərlə bağlı
olmamışdır.
Lap bu yaxınlarda mən yazmışdım
ki, başqa ölkələrin yüzilliklər
boyu keçdikləri
demokratik inkişaf yolunu Azərbaycan bir neçə ildə qət etmişdir. Referenduma çıxaracağı düzəlişlərlə Azərbaycan
əsl demokratiyanı
təkmilləşdirmə laboratoriyası olacaqdır.
Söhbəti yazdı:
Zeynal
AĞAZADƏ
AzərTAc-ın xüsusi müxbiri
Kiyev
Xalq qəzeti.-2009.-27 yanvar.-S.3.