Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahanlara ictimai nəzarət gücləndirilmişdir

 

Ali orta ixtisas təhsili müəssisələrində qış imtahan sessiyası yekunlaşmaq üzrədir. Azərbaycan Dövlət Pedaqoji Universitetində bir neçə gündən sonra sınaqlar başa çatacaq. Bu qocaman ali təhsil ocağında imtahanların obyektiv şəffaf şəkildə keçirilməsi üçün hansı tədbirlər görülüb? İmtahan qərargahı necə fəaliyyət göstərib? Tələbələrin üzləşdikləri hansısa bir çətinliklə əlaqədar məlumatlar hansı qaydada araşdırılıb? Bu suallara cavab almaq üçün universitetin tədris-metodika şöbəsinin müdiri, dosent Namiq Hacıyevlə görüşdük.

O dedi:

Etiraf edim ki, son illər bu universitetdə ən çox diqqət yetirilən məsələlərdən biri imtahan sessiyalarının şəffaf keçirilməsidir. Ali məktəbin rəhbərliyi, xüsusilə rektor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Yusif Məmmədov bu işi ciddi nəzarətdə saxlayır. İmtahan sessiyası dövründə prosesin ədalətli şəkildə aparılması üçün rektorluq həm müəllimlərdən, həm tələbələrdən obyektivliyi qorumağı tələb edir.

Söhbət zamanı Namiq Hacıyev bildirdi ki, universitetdə imtahanların yüksək səviyyədə şəffaf keçirilməsi ilə bağlı bir sıra tədbirlər reallaşdırılıb. Bu zaman təhsil naziri Misir MərdanovunAli orta ixtisas təhsili müəssisələrində 2008– 2009-cu tədris ilinin qış imtahan sessiyasının təşkili keçirilməsi barədəəmri diqqət mərkəzində saxlanılıb. N.Hacıyevin sözlərinə görə, sözügedən sənədə əsasən nazirliyin müvafiq struktur bölmə, ali orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan zamanı baş verən neqativ hallarla bağlı məlumatların operativ araşdırılması günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər verilməsi, sessiyanın monitorinqinin keçirilməsinin təşkil olunması, hər bir təhsil müəssisəsində imtahan qərargahının yaradılması, ictimai nəzarətin gücləndirilməsi məqsədilə tapşırıqlar verilib.

Namiq müəllim dedi ki, təhsil nazirinin yuxarıda adı çəkilən əmrindən sonra rektorun müvafiq qərarı iləQaynar xəttyaradılıb. Burada bütün ixtisaslar üzrə tanınmış ziyalılar təmsil olunurlar. Qaynar xəttə əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Süleyman Məmmədov rəhbərlik edir. İmtahanların gedişini nəzarətdə saxlayan bu komissiyada müəllimlərdən Əbdül Əlizadə, Əssab Quliyev, Azər Sərdarlı digərləri təmsil olunmuşlar.

Qaynar xətt”in rəhbəri S.Məmmədov dedi:

Aydındır ki, ali məktəbin ən incə yeri imtahan sessiyası zamanı imtahanların keçirilməsi prosesidir. Son illər bu məsələyə xüsusi önəm verilir. Bu məqsədlə hər fakültədə apelyasiya komissiyası, universitet üzrə isəQaynar xəttfəaliyyət göstərir.

Bir qayda olaraq universitetin ən obyektiv, təcrübəli, ağsaqqal müəllimləri, psixoloqlar bu komissiyalarda iştirak edirlər. İmtahanların bir hissəsi yazılı, bir hissəsi isə test üsulu ilə aparılır. Kompyuterlə imtahan verən tələbələrin bir-birilə əlaqə saxlamaq ya bir-birinə kömək etmək imkanı olmur. Tələbənin cavabı kompyuterin ekranında görünür...

Yazılı imtahan prosesində isə tələbələrkordinatorlarınnəzarətilə 90 dəqiqə ərzində biletlərdəki suallara cavab hazırlayırlar. Fənn müəllimləri imtahanlarda həm nəzarətçi, həm biletlərdəki suallarda müəyyən məqamların aydınlaşdırılması məqsədilə iştirak edirlər. Yığılan yazılarkoordinatorlartərəfindən şifrələnərək fənn müəllimlərinə verilir. Cavablar isə imtahan gününün səhəri elan edilir. Əgər qiymətindən narazı qalan tələbə olursa, o, dərhal apelyasiya komissiyasına müraciət edir. Burada məsələ araşdırılır, obyektiv qərar çıxarılır. Belə ki, bəzən tələbənin arzuladığı qiyməti almaq üçün deyək ki, 1-2 balı çatmır. Tələbəyə müvafiq suallar verilir. Müəllim tətəfindən cavablar qənaətbəxş hesab edilirsə, məsələ tələbənin xeyrinə həll olunur... Sevindirici hal odur ki, komissiyaya universitetin ən yüksək bal almaq istəyən tələbələri müraciət edirlər.

Qaynar xətt”in üzvləri hər gün imtahan otaqlarını gəzir, tələbələrə çatışmazlıqlar barədə dərhal məlumat vermələrini bildirirlər.

Universitetdə olarkən öyrəndik ki, bu təhsil ocağında tələbələrin çox hissəsi bal sistemi, bəziləri isə kredit, yəni Boloniya sistemi ilə oxuyurlar. Əyani fakültələr üzrə imtahanlar 100 ballıq sistem əsasında aparılır. İmtahandan əvvəl tələbələr tədris müddətində 50 bal toplamalıdırlar. Tələbələrin imtahanda keçid balı 51 olmalıdır. İmtahanda isə bu göstərici 17-dən aşağı düşməməlidir. Çoxballı sistemdə xüsusilə, qiyabi fakültələrdə vəziyyət fərqlənir. Belə ki, qış sessiyasında qeyri-kafi qiymət alanların fevralın 14-dən akademik borclarının qaytarılmasına başlanılacaq. Üç turdan ibarət olacaq imtahanlarda qeyri-kafi qiymət alan tələbələrə şərait yaradılacaq ki, onlar öz biliklərini bir daha göstərsinlər. Bu imkan qeyd edildiyi kimi, tələbəyə üç tur ərzində verilir...

Universitetdə imtahanların obyektiv keçirilməsi üçün münaqişə komissiyaları da yaradııb. Komissiyalar 10 fakültə bir magistratura üzrə fəaliyyət göstərir.

Universitetin üç tədris korpusunda ərizə şikayətlər qutusu qoyulub. Hər bir tələbə bu qutulara öz arzu təkliflərini, iradlarını yazıb ata bilərlər. Məlumatlar birbaşa rektor tərəfindən oxunur müvafiq tədbirlər görmək üçün konkret tapşırıqlar verilir.

...Yazını universitetin tədris-metodika şöbəsinin müdiri H.Hacıyevin bir fikrilə tamamlamaq istərdik. Namiq müəllim dedi ki, indiki tələbələr gələcəyin müəllimləridir. Müəllim bilikli, savadlı olmalıdır ki, yüksək səviyyədə dərs keçə bilsin. Bunun üçün ali təhsil ocağının üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrdən ən əsası, başlıcası isə imtahanların obyektiv, şəffaf şəkildə aparılması, tələbələrin biliyinin ədalətlə qiymətləndirilməsidir...

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.-2009.-27 yanvar.-S.4.