Ötən il 161 yeni məktəb tikilmiş, 300 məktəb
əsaslı təmir
edilmişdir
2009-cu ildə 100-dən
çox yeni məktəbin inşası
planlaşdırılmışdır. Burada əsas məqsəd
çoxnövbəliliyin ləğvi və
beşgünlük tədris həftəsinə keçilməklə
bütün şagirdlər üçün əlverişli təlim
şəraitinin yaradılmasıdır.
Məktəblərin
infrastrukturunun yeniləşdirilməsi istiqamətində Heydər
Əliyev Fondunun təşəbbüsü ilə son illərdə
226 yeni məktəb tikilmiş, 39 məktəb, 10 uşaq
bağçası əsaslı təmir olunmuşdur.
Ölkə Prezidenti tərəfindən
təsdiq edilmiş “2008–2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı” na əsasən
2009–2012-ci illərdə 450 məktəb üçün yeni
binanın inşası, 600 məktəb üçün əlavə
korpusların tikintisi, 1200 məktəbin əsaslı təmiri
nəzərdə tutulub.
Son illərdə 350 min
şagird yerlik 1300-dək yeni məktəb binası istifadəyə
verilib. 2008-ci ildə 161 yeni məktəb istifadəyə
verilmiş, 129 məktəb əsaslı təmir edilmiş və
müasir avadanlıqlarla təchiz olunmuşdur. Ötən il
Təhsil Nazirliyi tərəfindən 300-dək məktəb əsaslı
təmir edilmişdir. 2009-cu ildə isə 100-dən çox
məktəbin əsaslı təmiri nəzərdə
tutulmuşdur.
Ümumilikdə, son illərdə
700 mindən çox şagird, yəni bütün şagirdlərin
təxminən 50 faizi müasir tələblərə cavab verən
məktəblərdə təhsil almaq imkanı əldə
etmişdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2009.-27 yanvar.-S.4.