Avropada sol ekstremizm təhlükəsi artmaqdadır

 

Ötən ilin dekabrında Afinada bir yeniyetmənin polislər tərəfindən qeyri-müəyyən şəraitdə qətlə yetirilməsi ilə bağlı baş vermiş kütləvi iğtişaşlar — mitinqlər, nümayişlər, tətillər Yunanıstanda siyasi vəziyyətin xeyli dərəcədə gərginləşməsinə səbəb oldu. Etiraz dalğası müəyyən qədər səngisə də, yeni ilin başlanğıcından ölkənin müxtəlif şəhərlərində ara-sıra kütləvi aksiyalar baş verməkdədir.

Cərəyan edən hadisələrə təsir edən əsas amillərdən biri sosial-iqtisadi problemlər olmuşdur. Hadisələrin əsas hərəkətverici qüvvəsi tələbə-gənclərin əksəriyyət təşkil etdiyi anarxistlər olsalar da, müxalifətdə duran parlamentdə təmsil olunan sol partiyalar (sosialistlər kommunistlər), aparıcı həmkarlar təşkilatları da hökumət əleyhinə bu etiraz hərəkatına tam dəstək vermişlər. Digər tərəfdən bir çox xarici ölkələrdə, o cümlədən Fransada, Belçikada, İtaliyada, Türkiyədə sol qüvvələr Yunanıstandakı sollarla həmrəylik nümayiş etdirdilər. Bu hərəkatda solların əsas hədəf obyekti sağ mərkəzçi mövqedə duranYeni demokratiyapartiyasının lideri, baş nazir Kostas Karamanlisin rəhbərlik etdiyi hökumət olmuşdur.

Bir çox yerli xarici siyasi müşahidəçilər Yunanıstanda yaranmış vəziyyəti, 1968-ci ilin mayında Fransada baş verən hadisələrə bənzədirdilər. Xatırladaq ki, o zaman Fransada sol ekstremist təmayüllü qüvvələrin təsiri siyasi fəallığı nəticəsində əslinqilabi situasiyayaranmışdı. Bəzi ekspertlər isə dünyada davam etməkdə olan iqtisadi böhranın təsiri altında (ən vacib amillərdən biri kimi) hazırkı şəraitdə beynəlxalq aləmdə sol ekstremist təmayüllü qüvvələrin 30–40 il öncə olduğu kimi yenə fəallıqlarının artdığının müşahidə edildiyini bildirirlər. Belə bir təhlükəli tendensiyanın mövcudluğu bu yaxınlarda Yunanıstanda cərəyan edən hadisələr zamanı özünü əyani şəkildə göstərdi. Bu isə o deməkdir ki, sol ekstremist təmayüllü qüvvələrin fəallığı fonunda Avropa yenidən bu zəmində terror dalğası ilə üzləşə bilər.

Qeyd edək ki, ötən əsrin 60–70-ci illəri dünyada sol ekstremist təmayüllü təşkilatların fəaliyyətinin gücləndiyi bir dövr idi. Belə sol təmayüllü siyasi təşkilatlar kapitalizm cəmiyyətini devirmək proletar inqilabını həyata keçirməkdən ötrü terrordan siyasi mübarizə vasitəsi kimi istifadə edirdilər. İtaliyadaQırmızı briqadaçılar”, AlmaniyadaRote Armes Fane” (qırmızı bayraqlı ordu), FransadaAksyon-Derekm” , Perudaİşıqlı yol s. o dövrdə ən təhlükəli terrorçu-ekstremist təşkilatlar hesab olunurdular. Yunanıstanda “17 noyabr inqilabi təşkilatı”, Türkiyədə isəDevrimçixalk qurtuluş partisi (Dev-sol)" bu yöndə fəaliyyət göstərən sol ekstremist təşkilatlara misal ola bilər. Onu da deyək ki, marksist təmayüllü bu siyasi cərəyanı bu zəmində fəaliyyət göstərən təşkilatları ideoloji baxımdankommunist ideyalarıilə bir çox ortaq dəyərlər (xüsusilə klassik) birləşdirir.

Öz məramına görəklassik marksist-leninçiideoloji platformaya istinad edən bu siyasi cərəyandan müxtəlif dövrlərdə dünyanın bir sıra regionlarında müəyyən separatçı qüvvələr (məsələn, Türkiyədə PKK, Hindistanda, Birmada, Tailandda s. ölkələrdə fəaliyyət göstərənparalel kommunist partiyaları”) bəhrələnmişlər. Məhz bu səbəbdən o zaman olduğu kimi, indiki şəraitdə beynəlxalq aləmdə leqal şəkildə fəaliyyət göstərən bir çox kommunist partiyaları, digər ifrat təmayüllü sol qüvvələr tərəfindən bu ekstremist siyasi cərəyana gizli maddi dəstək və mənəvi simpatiya olmuş bu tendensiya davam etməkdədir.

Düzdür, 90- illərin əvvəlində keçmiş SSRİ başda olmaqla dünya sosializm sisteminin süqutu nəticəsində belə sol ekstremist dairələrin mövqeyi beynəlxalq arenada xeyli dərəcədə zəiflədi. Lakin son vaxtlar beynəlxalq miqyasda iqtisadi böhranın təsiri altında kapital dünyasında sosial-iqtisadi durumun pisləşməsi bu zəmində sinfi ziddiyyətlərin kəskinləşməsi nəticəsində kommunist yönlü ideoloji dəyərlərə meyl kütlələr içində xeyli dərəcədə artıb (məsələn, ötən ilin fevralında dünya praktikasında ilk dəfə olaraq sol qüvvələrin vahid namizədi kimi kommunist partiyasının nümayəndəsi yunan-Kiprində seçkilərdə qalib gələrək ölkə prezidenti seçildi.

Son vaxtlar sol ekstremist qüvvələrin törətdiyi kütləvi iğtişaşlarla bağlı Yunanıstanda siyasi gərginliyin yaranması onu göstərdi ki, siyasi ekstremizmə qarşı mübarizə Avropada mühüm bir problem kimi aktual xarakter alır.

 

 

Elxan RZAYEV

 

Xalq qəzeti.-2009.-27 yanvar.-S.6.