Qəzza sahillərinə Fransa gəmisi göndərilib

 

BMT kontingentinin tərkibində Livan sahillərində yerləşən Fransanın “Germinal” hərbi gəmisi silah qaçaqmalçılığı ilə mübarizə üçün Qəzza sahillərinə göndərilib. Bu barədə xarici informasiya agentlikləri Fransa rəsmilərinə istinadən xəbər verir.

Hərbi gəminin göndərilməsi ilə bağlı Fransa Prezidenti Nikola Sarkazi Qəzza sektorunda atəşin dayandırılması barədə Misir və İsrail arasında əldə olunmuş razılaşmalara əsaslanaraq əmr verib. Gəmidə hərbi vertolyot da yerləşdirilib. Yaxın vaxtlarda xidmət yerinə çatacaq gəmi Qəzza sektoru yaxınlığında, beynəlxalq sularda lövbər salacaq. Padarlarla təchiz edilmiş hərbi gəmi qaçaqmal daşıdığı ehtimal olunan qayıqları izləməklə məşğul olacaq.

Bu yaxınlarda 1300 fələstinlinin həyatına son qoymuş hərbi münaqişəni dayandırmaq üçün rəsmi Paris, London Berlin Qəzzaya silah göndərilməsinə mane olmaq məqsədilə özlərinin köməyini təklif ediblər. İsrail ərazilərinə raket atəşlərinin dayandırılması bəhanəsi ilə Qəzza sektorunda hərbi əməliyyatlara dekabrın 27- başlamışdı. Müharibəni yalnız yanvarın 12- dayandırmaq mümkün olmuşdu.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti .-2009.-27 yanvar.-S.6.