Gəncəli idmançılar
növbəti Yay
Olimpiya oyunlarına hazırlaşırlar
Gəncə “Təhsil” idman kompleksi 1980-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib, yeniyetmə və gənc idmançıların istifadəsinə verilib. İlk gündən, demək olar ki, idman həvəskarlarının isti ocağına çevrilib. Qısa müddətdə aydın olub ki, burada Azərbaycan idmanının şərəfini ləyaqətlə qoruyacaq idmançılar yetişir.
Artıq ötən əsrin 90-cı illərində “Təhsil” Respublika İdman Mərkəzi Gəncə filialının yetirmələrinin sorağı dünyanın müxtəlif ölkələrindən gəlirdi. Dünya və Avropa birinciliklərinin qalibləri sırasında bu məktəbin yetirmələri vardı. O zaman idmanın ayrı-ayrı növləri üzrə SSRİ yığma komandaları sırasında gəncəli idmançılar sayılıb-seçilirdilər.
İlk növbədə gözləmək olardı ki, bu inkişaf getdikcə daha böyük sürətlə gedəcək, məktəb öz şöhrətini artıracaq. Amma ötən əsrin sonunda baş verən hadisələr bu məktəbdən də yan keçmədi, onun fəaliyyətini zəiflətdi. 1993-cü ildən sonra — ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra yenidən dirçəlməyə başlayan respublikamızda tədricən idmanın inkişafına da şərait yarandı. Məlum oldu ki, respublikanın əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi işçisi Çingiz Pirverdiyev Gəncə “Təhsil” idman kompleksini bu qovqalardan qoruyub saxlayıb, bu müddətdə yeni idmançıların yetişməsi işini davam etdirib. Bəlkə də bu səbəbdəndir ki, XXVII Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 10 may tarixli qərarı ilə Gəncə şəhər “Təhsil” idman mərkəzinin Gəncə filialı da Olimpiya dayaq bazası elan edildi.
Bundan sonra idman mərkəzində
bir canlanma yarandı. İdmanın müxtəlif növləri
üzrə ciddi məşqlər başlandı.
Lakin bu çox uzun
sürmədi. 2002-ci ildə Ç.Pirverdiyev direktor vəzifəsindən
uzaqlaşdırıldı. Təbii ki, Çingiz müəllim bu qanunsuz işdənazadetmə
ilə razılaşmadı,
haqqını müdafiə
etmək üçün
əlaqədar orqan və təşkilatlara üz tutdu. Amma bu müddətdə yeni rəhbərlik də idman mərkəzinə
yağı kəsildi.
Mərkəzin ərazisi başqalarına
icarəyə verildi, satıldı, idman qurğuları dağıdıldı.
Təbii
ki, tədricən idmançıların da ayağı buradan kəsilməyə başladı.
Artıq Ç.Pirverdiyev məhkəmə
yolu ilə onun barəsində deyilən ittihamların böhtan olduğunu da sübut etmişdi. Digər tərəfdən,
rəhbərlik idman mərkəzində baş
verən özbaşınalıqdan
narahat idi. Odur ki, 2008-ci ilin fevralında Çingiz Pirverdiyev yenidən “Təhsil” idman mərkəzinin Gəncə
filialına direktor təyin edildi. Bununla da mərkəzin fəaliyyətində ciddi
dönüş yarandı.
Kimə gəldi paylanmış, bostan becərmək üçün icarəyə
verilmiş torpaq sahələri geri qaytarıldı. Orada yeni
idman meydançaları
yaradıldı, idman qurğuları quraşdırıldı.
Mərkəzdə əsaslı yenidənqurma
işləri aparmaqla yanaşı yeni bölmələr yaradıldı,
təcrübəli məşqçilər
işə dəvət
edildi. Ailələrlə, təhsil müəssisələri
ilə, uşaq və gənclər təşkilatları ilə
əlaqələr möhkəmləndirildi.
Nəticədə, yeniyetmə və
gənclərin mərkəzə
axını gücləndi,
Olimpiya idman növləri üzrə bölmələrin sayı
çoxaldıldı. Odur ki, bu gün
idman mərkəzinə
gələn mütəxəssislər
bu fikirdədirlər ki, burada növbəti
olimpiadada mərkəzin
yetirmələri mütləq
olacaq.
Ç.Pirverdiyev görülmüş
işlər barədə
danışarkən dedi:
— Azərbaycan
idmanının inkişafında
möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin apardığı
siyasətin həyata keçirilməsində Təhsil
Nazirliyinin göstərdiyi
qayğı və diqqətin təzahürü
kimi “Təhsil” respublika idman mərkəzinin Gəncə
filialında 2008-ci il tədris dövründə təmir-tikinti,
quruculuq işlərinin
aparılması, maddi-texniki
bazanın möhkəmləndirilməsi
üçün əməli
işlər görülmüşdür.
Filialın səkkiz hektar
ərazisində yerləşən
standart ölçüyə
uyğun olan böyük futbol meydançası və köməkçi futbol meydançasının ərazisi
dəmir torla çəpərlənmiş, köməkçi
futbol meydançası
yararlı hala salınıb, təlim-məşq
prosesinin istifadəsinə
verilmişdir. Eyni zamanda,
idmançıların məşqdən
sonra yuyunması üçün altı duşxana əsaslı təmir olunmuşdur.
Bundan əlavə filialın inzibati binasının, iş otaqları
və kabinetlərdə
təmir işləri
görülmüşdür. İnzibati binanın ümumi foyesi təmir edilmiş, foyenin girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.
Filialda idmanın 12 növü üzrə təlim məşqləri keçirilir. Həmin növlərdə
3035 idmançı 268 qrup
təlim və tədrislə məşğul
olur. Eyni zamanda, bunlardan
6 idman növü üzrə 11 qrup idmanın təkmilləşdirilməsi
mərhələsinə daxil
edilmişdir. Bu il filialın ağır atletika və boks bölməsinin
məşqçilərindən Əfəndi Hacıyev və Şahbaz Məmmədov Gənclər
və İdman Nazirliyi tərəfindən
respublikanın əməkdar
məşqçisi adına
layiq görülmüşdür.
Sərbəst güləş
bölməsinin məşqçi
müəllimi Elçin
Zeynalov ölkə Prezidentinin sərəncamı
ilə respublikanın
əməkdar idman xadimi adına
layiq görülmüşdür.
Ötən il filialın idmançıları Dünya,
Avropa, Beynəlxalq turnir və respublika birinciliklərində
iştirak edərək,
mükafatlara layiq görülmüşdür. Belə ki,
cü-do növü üzrə Samir İsmayılov Bakı şəhərində keçirilən
dünya kuboku yarışında 1-ci yerə,
Giləxanım Ələkbərova
3-cü yerə layiq görülmüşdür. Sərbəst güləş
üzrə Toğrul Əsgərov Latviyada keçirilən Avropa birinciliyində 1-ci yeri, Mehman İmamquliyev Mahaçqalada keçirilən
beynəlxalq turnirdə
3-cü yeri, Azər Paşayev Türkiyədə
keçirilən beynəlxalq
turnirdə 3-cü yeri
tutmuşlar. Basketbolçularımız respublikanın 1-ci liqasında 1-ci yerə çıxaraq, hazırda
yüksək liqada çıxış edirlər.
Ümumiyyətlə, filialın
78 idmançısı ötən
il müxtəlif
yarışlarda I-III yerlərə
layiq görülmüşdür.
Ç.Pirverdiyev sonda bunları da dedi ki, bu
gün də ayrı-ayrı adamlar filialın işinə müdaxilə etməyə,
yenə inzibati binalardan öz şəxsi mənafeyi üçün istifadə
etməyə, meydançalarda
bostan əkməyə
cəhd edirlər. Bunlar yolverilməzdir və onların qarşısı
qətiyyətlə alınacaq.
Hamlet QASIMOV,
Vahid İMANOV
Xalq qəzeti.-2009.-28 yanvar.-S.5.