Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində 2008-ci ilin yekunları müzakirə edilmişdir

 

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində 2008-ci ildə görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclas keçirilmişdir.

İclasda çıxış edən komitə sədri Kərəm Həsənov ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın inkişaf konsepsiyasının bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Natiq həyata keçirilən uğurlu iqtisadi islahatlarda dövlət əmlakının idarə edilməsinin və özəlləşdirilməsinin əhəmiyyətini qeyd etmişdir. Göstərmişdir ki, bu sahədə görülən işlər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi sosial-iqtisadi inkişaf proqramları ilə sıx əlaqəli şəkildə həyata keçirilmişdir.

2008-ci il ərzində yerinə yetirilmiş işlərdən danışan komitə sədri qeyd etmişdir ki, dövlət əmlakının idarə edilməsi özəlləşdirilməsi prosesində səmərəliliyin şəffaflığın artırılması, özəlləşdirilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi, dövlət əmlakının qorunub saxlanması, özəlləşdirmənin üsullarının təkmilləşdirilməsi, dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması restrukturizasiyası, habelə özəlləşdirmədən sonra müəssisələrin dəstəklənməsi, onların fəaliyyətinin bərpası inkişafı sahəsində müxtəlif istiqamətlərdə zəruri işlər görülmüşdür.

İclasda qeyd olunmuşdur ki, dövlət əmlakının özəlləşdirlməsi prosesində səmərəliliyin şəffaflığın artırılması, özəlləşdirmənin sürətləndirilməsi dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə 30-dan çox normativ hüquqi sənədin layihələri hazırlanmışdır. Ötən il ərzində dövlət əmlakının özəlləşdirilməsi sahəsində həyata keçirilən işlər nəticəsində 1800-ə yaxın kiçik dövlət müəssisə obyekti özəlləşdirilmiş, orta iri dövlət müəssisələrinin bazasında 10 səhmdar cəmiyyəti yaradılmışdır. Səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı 60-a yaxın hərrac keçirilmişdir. Bu hərraclarda 125-ə yaxın səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilmişdir. 2008-ci il ərzində 800-ə yaxın müəssisə obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilmişdir. Fiziki hüquqi şəxslərə dövlət əmlakının özəlləşdirilməsi mülkiyyət hüquqlarının əldə edilməsinə dair 2700-ə yaxın şəhadətnamə verilmişdir. 2008-ci ildə 2700-ə yaxın müəssisə obyektlərin texniki pasportları tərtib edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin ölkənin qeyri-neft sektorunun inkişafı, bu sahəyə investisiya qoyuluşlarının artırılması, istehsal sənaye müəssisələrinin fəaliyyətinin yenidən qurulması, rəqabətqabiliyyətli məhsulların istehsalına nail olunması ilə əlaqədar tapşırıqlarının icrası məqsədilə dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsinin sürətləndirilməsi istiqamətində zəruri işlər görülməkdədir. Bu zaman daxili bazarın təlabatının ödənilməsi, ixrac yönümlü məhsul istehsalı, istehsal prosesində əsasən yerli xammaldan istifadə edilməsi, yerlərinin açılması, əmək haqqı sosial borcların ödənilməsi kimi meyarlara cavab verən investisiyalara üstünlük verilir. Bu məqsədlə 2008-ci il ərzində 20- yaxın müəssisə investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmişdir. Müqavilə şərtlərinə əsasən müsabiqələrin qalibləri tərəfindən bu müəssisələrə 20 milyon manata yaxın həcmində investisiya qoyuluşlarının həyata keçirilməsi 1150- yaxın yeni yerinin açılması nəzərdə tutulur. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2008-ci il ərzində 52 milyon manat məbləğində investisiya qoyulmuş, 560 yeni yeri açılmışdır. İnvestisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 14 müəssisə üzrə mülkiyyət hüququ alıcılara keçmişdir. Bunlarla yanaşı 2008-ci il ərzindəAzərcell Telecombirgə müəssisəsindəki dövlətə məxsus payın özəlləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmiş dövlət payının alqı-satqısına dair müqavilə imzalanmışdır. Caspian-American Telecommunications LLC” birgə müəssisəsinin nizamnamə kapitalındakı dövlətin payının özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraqKapital BankASC-nin dövlətsizləşdirilməsi (özəlləşdirilməsi) başa çatdırılmışdır.

Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması özəlləşdirmədən sonra dəstəklənməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə komitə tərəfindən sahəvi təhlillərin aparıldığı vurğulanmışdır. Sağlamlaşdırma tədbirləri ilə müəssisələrin səmərəli idarəetmə strukturunun müasir menecmentin formalaşması, köhnə istehsal sahələrinin yeniləri ilə əvəzlənməsi, müəssisələrin borclarının restrukturizasiyasının həyata keçirilməsi təmin oluna bilər. Bu da öz növbəsində özəlləşdirilən müəssisələrin fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulması yerlərinin açılmasına şərait yaradacaqdır. Özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi üzrə kənd təsərrüfatı məhsullarının emalı, toxuculuq tikiş sənayesi sahəsində özəlləşdirilmiş müəssisələrə dəstək, özəlləşdirilmiş müəssisələrin istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin ixrac potensialının artırılması, investisiyaların cəlb edilməsi əsasında maliyyə potensialının artırılmasının dəstəklənməsi istiqamətlərində tədbirlər həyata keçirilmişdir. Özəlləşdirilmiş 50 müəssisə üzrə fərdi dəstəklənmə tədbirləri həyata keçirilmiş müxtəlif mövzularda 11 seminar təşkil edilmişdir. Bundan əlavə 15 özəlləşdirilmiş müəssisənin nümayəndələrinin Latviya Türkiyəyə səfərləri təşkil olunaraq müxtəlif müəssisələrdə xarici təcrübə ilə tanışlıqları təmin edilmişdir.

Dünya Bankının həyata keçirdiyi Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi üçünDövlət əmlakının idarə edilməsi sisteminin hazırlanması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

Azərbaycan Respublikası PrezidentininDövlət əmlakının qorunub saxlanılması səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 6 iyun 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası ilə bağlı zəruri tədbirlər görülmüşdür.

Dövlət əmlakının idarə edilməsinin effektivliyinin artırılması, onun qorunub saxlanılması mühafizəsinin təmin edilməsi daim diqqət mərkəzində olduğu, dövlət əmlakından səmərəsiz qanunsuz istifadə hallarının aradan qaldırılması, ondan təyinatı üzrə səmərəli istifadə olunması vəziyyətinin araşdırılması ilə bağlı monitorinqlərin keçirildiyi bildirilmişdir. Aparılan monitorinqlər nəticəsində aşkar edilmiş 290-a yaxın müəssisə obyektin torpaq sahələrindən qeyri-qanuni istifadə hallarının aradan qaldırılması ilə bağlı işlər görülmüşdür. 2008-ci ildə 170-ə yaxın müəssisə səhmdar cəmiyyətlərində dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanılması ödənilməsi vəziyyəti araşdırılmışdır. Nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərindən 402 balans hesabatı 470-ə yaxın inventarizasiya aktı qəbul edilmişdir. Komitənin sərəncamında olan dövlət müəssisələrindən isə 202 balans hesabatı inventarizasiya aktı qəbul edilmişdir. Hesabat müddəti ərzində ümumilikdə dövlət müəssisə təşkilatlarından 5600 ədədə yaxın 2-Əmlak nömrəli statistik hesabatı qəbul edilmişdir.

Özəllədirmədən sonra alqı-satqı müqaviləsinin şərtlərinə əməl olunması fəaliyyətində öz profilinin saxlanılması ilə bağlı 100-dən çox sosial təyinatlı obyektdə monitorinqlər aparılmışdır.

Daşınmaz dövlət əmlakının icarə haqlarının toplanması sahəsində şəffaflığın operativliyin təmin olunması məqsədilə komitə tərəfindən tətbiq edilən avtomatlaşdırılmış ödəniş sistemi üzrə icarəçilər tərəfindən 8400-ə yaxın ödəniş həyata keçirilmişdir. 2008-ci il ərzində 1000-ə yaxın daşınmaz dövlət obyekti icarəyə verilmişdir. Dövlət əmlakının icarəyə verilməsindən 2008-ci ildə dövlət büdcəsinə 4,8 vəsait daxil olmuşdur. Hesabat dövründə 6229 hüquqi şəxs statuslu dövlət müəssisəsi onların 4777 filialının 113801 daşınmaz əmlakı barədə məlumatlar dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Dövlət özəlləşdirilən müəssisələrin, habelə hüquqi fiziki şəxslərə məxsus obyektlərin yerləşdiyi dövlət torpaqları haqqında yaradılmış məlumat bankına 8600-ə yaxın müəssisə obyektin yerləşdiyi dövlət torpaq sahəsi barəsində məlumatlar daxil edilmişdir.

İclasda əmək intizamına, komitə əməkdaşlarının dövlət qulluğunda etik davranış qaydalarına riayət edilməsi ilə bağlı ötən il ərzində zəruri tədbirlərin həyata keçirildiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, ötən il ərzində komitə əməkdaşlarının bilik ixtisas səviyyələrinin artırılması məqsədilə müxtəlif tədbirlər keçirilmişdir.

İclasda özəlləşdirmənin daha da sürətləndirilməsi, dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi, onun qorunub saxlanılması səmərəli istifadə edilməsi sahəsində nəzarətin daha da gücləndirilməsi, dövlət mülkiyyətində olan torpaq sahələrində qeyri-qanuni tikinti, yenidənqurma quraşdırma işlərinin aparılmasının, onların istifadə təyinatının dəyişdirilməsi hallarının qarşısının alınması səmərəli istifadəsinin təmin olunması istiqamətində görülmüş işlərin gələcəkdə uğurla aparılması məqsədilə komitə sədri tərəfindən müvafiq göstərişlər verilmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.-2009.-28 yanvar.-S.5.