Yeni tariflər qüvvəyə minir
Yanvarın 16-dan etibarən Azərbaycan Tarif (qiymət) Şurasının Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin
təklifləri əsasında
təsdiq olunmuş qərarları qüvvəyə
minir. Bu məlumatı
RİTN-nin mətbuat xidməti vermişdir.
Məlumatda deyilir ki, şuranın qərarı ilə fiziki xətlə telefonlaşdırılması mümkün
olmayan ərazilərdə
yerləşən təhsil
müəssisələri üçün
“Teleradio” İstehsalat
Birliyinə məxsus bina, sahə və qüllələrdə
kənar təşkilatların
avadanlıqlarının yerləşdirilməsi
və xidmət göstərilməsinə görə
aylıq tariflərə
80 faiz güzəşt
tətbiq olunacaq.
Həmin qərar
müvafiq olaraq avadanlıqlara görə
tətbiq olunan tariflər 0,54 manatdan 53,6 manatadək (ƏDV-siz), anten sistemlərinə görə tətbiq edilən tariflər isə 2 manatdan 105 manatadək (ƏDV-siz) səviyyəsində təsdiq
olunub. Bu tariflər uyğun olaraq, əvvəllər 2,68 manatdan
268 manatadək (ƏDV-siz)
və 10 manatdan 525 manatadək (ƏDV-siz) təşkil edirdi. Şuranın qəbul etdiyi ikinci qərara
əsasən, 2 Mbit/san
şəhərdaxili rəqəmsal
kanalların (portların)
istifadəyə verilməsi
tarifləri digər abonentlər (büdcə təşkilatları istisna
olmaqla) üçün
1200 manatdan 600 manata
(50 faiz), onlardan aylıq istifadə tarifləri isə 320 manatdan 300 manata (6,3 faiz), rəqəmsal rabitə kanallarının
qoşulma və aylıq istifadə (Bakı şəhəri istisna olmaqla) tarifləri 240 manatdan 200 manata, hər tam və natamam 50 km məsafəyə görə
2 Mbit/san tutumundan istifadə tarifləri isə 180 manatdan 150 manata (16,7 faiz) endirilib.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2009.-28 yanvar.-S.6.