Azərbaycanın xarici siyasətində region ölkələri ilə əməkdaşlığa xüsusi önəm verilir

 

Son zamanlar dünyada gedən ictimai-siyasi proseslər, xüsusən, siyasi qütbləşmənin daha çox qloballaşma meylləri ilə əvəz olunması sübut edir ki, Azərbaycan Respublikasının yeritdiyi balanslaşdırıcı xarici siyasət kursu ən doğru seçimdir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kurs artıq planetin bütün ölkələrini təmsil edən politoloqlar tərəfindən yüksək qiymətləndirilir. Qərb dövlətləri, Amerika Birləşmiş Ştatları, NATO və şərti olaraq qəbul edilən bu qütbə meylli dövlətlər və güc mərkəzləri ilə geniş əməkdaşlıq edən rəsmi Bakı postsovet məkanı, xüsusən, Rusiya Federasiyası ilə dostluq və tərəfdaşlıq münasibətlərini də daim yüksələn xətlə inkişaf etdirmişdir. Bu, bir tərəfdən tarixən formalaşmış iqtisadi əlaqələrin itirilməməsi baxımından əhəmiyyətlidirsə, digər tərəfdən də siyasi-diplomatik baxımdan, ölkəmizin milli maraqları və dövlətçilik mənafeləri baxımından əhəmiyyətlidir. Bu əməkdaşlıq çərçivəsində ən önəmli yeri Azərbaycan — Rusiya münasibətlərinin gündən-günə genişləndirilməsi məsələsi tutur.

Azərbaycanın Rusiya ilə münasibətləri qarşılıqlı maraq əsasında, sabit və mehriban qonşuluq şəraitində davam edir. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya bir neçə dəfə səfər edib. Dövlətlər arasında ticarət dövriyyəsi 2 milyard dollara çatıb. Bu, Ermənistanın büdcəsi qədərdir. Rusiya ilə Azərbaycanı bir sıra ümumi siyasi, iqtisadi, enerji, nəqliyyat maraqları birləşdirir. Rusiya ilə Azərbaycan Xəzər dənizinin ortaqlarındandırlar. Son illər Moskva—Bakı əlaqələrinin dinamik inkişafı ilə yadda qalıb və burada Azərbaycan Prezidentinin uğurlu xarici siyasətinin böyük önəmi var. Rusiyanın yeni Prezidenti Dmitri Medvedev ilk səfərlərindən birini məhz Azərbaycana etməklə ölkəsinin yaxın xaricdə dövlətimizə prioritet önəm verdiyini göstərdi. Təmaslar çox intensivdir, ən yüksək səviyyədə məsləhətləşmələr daimi xarakter alıb.

Bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, postsovet respublikaları ilə Rusiya arasındakı münasibətləri SSRİ-nin dağılmasından 2008-ci ilin avqustuna kimi bir, avqustun 8-dən sonra isə digər mərhələyə bölmək lazımdır. Gürcüstanla müharibədən sonra bütün dünya tam fərqli bir Rusiyanın şahidi oldu. Tərəflər münasibətlərində ciddi korrektələr etməyə başladılar, bəzi dövlətlər isə bu əlaqələri necə qurmaqda çətinlik çəkdilər. Ancaq Azərbaycan bu sahədə xüsusi çətinliklərlə üzləşmədi. Bu, ikitərəfli münasibətlərdə özülün olduqca möhkəm qoyulduğunun və rəhbərliklər arasında səmimi işgüzar mühitin mövcudluğunun bariz göstəricisidir.

Təsadüfi deyildir ki, bu günlər dünyanın bir sıra ölkələrində, xüsusən elə Rusiya Federasiyasının özündə bir çox politoloqlar belə düşünürlər ki. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunmasında rəsmi Moskva daha mühüm rol oynaya bilər. Məsələn, “Nezavisimaya qazeta”nın yanvarın 23-də yayılan nömrəsində politoloq Aleksey Vlasovun Moskva-Qafqaz münasibətlərinə həsr olunmuş maraqlı analitik materialı verilmişdir. Azərbaycan rəhbərliyinin xarici siyasətdəki çoxqütblülük prinsipini yüksək qiymətləndirən politoloqun fikrincə, rəsmi Bakı dünyadakı yeni reallıqları dəqiq qiymətləndirə bildiyinə görə belə addımlar atmağa nail olur.

Rusiyalı politoloq Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsində Moskvaya verdiyi önəmi bu şəkildə əsaslandırır: “Moskva Bəyannaməsi son 14 il ərzində münaqişə iştirakçısı olan ölkələrin nümayəndələrinin imzaladığı ilk sənəddir. Bu sənəd Bakı ilə Yerevanın mövqelərinin yaxınlaşması yolunda ciddi addım, həlli gecikən münaqişənin tənzimlənməsi üçün aparılan danışıqların sürətləndirilməsində mühüm mərhələ ola bilər”.

Söhbət ötən il noyabrın 2- Rusiya PrezidentininMayn Dorfiqamətgahında Azərbaycan, Rusiya Ermənistan dövlət başçılarının üçtərəfli formatda görüşü başa çatdıqdan sonra üç prezidentin birlikdə imzaladığı Moskva Bəyannaməsindən gedir. Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə imzalanan bu sənəd ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtilə həll edilməsi üçün atılan uğurlu addımlardır. Bəzi ekspetlər bu sənədi 1996- ilin dekabrında ulu öndər Heydər Əliyevin ATƏT-in Lissabon sammitində əldə etdiyi nailiyyətlə müqayisə edirlər. Çünki hər iki sənəd münaqişənin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərtilə həllinə zəmin yaradır.

Moskva Bəyannaməsinin birinci bəndində göstərilir ki, tərəflər münaqişənin beynəlxalq hüququn prinsipləri normaları, bu çərçivələrdə qəbul olunmuş qərarlar sənədlər əsasında siyasi yolla həlli Cənubi Qafqazda vəziyyətin sağlamlaşmasına regionda sabitliyin təhlüküəsizliyin bərqərar edilməsinin təmin olunmasına kömək edəcəklər. Bu da regionda iqtisadi inkişaf hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaqdır. Göründüyü kimi bəyannamənin elə ilk bəndində beynəlxalq hüququn prinsipləri normaları əsasında qəbul edilmiş qərarlar sənədlər yada salınır. Bu istiqamətdə qəbul edilmiş beynəlxalq sənədlər isə istənilən qədərdir. Yəni ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya Federasiyası Azərbaycan diplomatiyasının uğurlu gedişləri nəticəsində münaqişənin həllinə öz töhfəsini vermək istəyir.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında İtaliyaya səfəri çərçivəsində bu ölkənin “PAİ İnternationaltelekanalına müsahibə verərkən Moskva Bəyannaməsini kifayət qədər xarakterizə etmiş, öz mülahizələrini söyləmişdi:Həmin bəyannamənin üç vacib elementini vurğulamaq istərdim. İlk növbədə bu sənəd Azərbaycanla Ermənistan arasında imzalanıb, Dağlıq Qarabağla yox. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi münaqişə tərəflərinin Ermənistan Azərbaycan olduğunu dərk edir. Əvvəllər bu, belə deyildi. Əvvəllər onlar hamını inandırmağa çalışırdılar ki, müharibə Dağlıq Qarabağ Azərbaycan arasındadır. Məsələ budur. Bu, çox vacibdir. Ermənistan rəhbəri münaqişə tərəflərinin kim olduğunu göstərən sənədə öz əli ilə imza atıbdır. İkincisi, bəyannamədə deyilir ki, münaqişə beynəlxalq hüququn norma prinsipləri, həmin prinsiplər çərçivəsində qəbul edilmiş qərar qətnamələr əsasında həll olunmalıdır. Bu, o deməkdir ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar qətnamələrə hörmətlə yanaşılmalıdır.

Üçüncü vacib element ondan ibarətdir ki, münaqişənin həllində hər bir mərhələ beynəlxalq təminatla müşayiət olunmalıdır. Bu, o deməkdir ki, münaqişə mərhələ-mərhələ həll edilmədir. Bu, daim bizim mövqeyimiz olub, Ermənistanın mövqeyi münaqişənin paket şəklində həlli olubdur".

Göründüyü kimi, Azərbaycan rəhbərliyinin yeritdiyi uğurlu xarici siyasət nəticəsində nəinki beynəlxalq regional təşkilatlar, həm regionun bütün dövlətləri artıq Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli tərəfi açıq şəkildə dəstəkləyir. Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursunun mühüm tərkib hissələrindən olan region ölkələri, xüsusən, Rusiya Federasiyası ilə əməkdaşlıq tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi Azərbaycanın dövlət maraqlarının yüksək səviyyədə təmin edilməsinə zəmin yaradır. Zaman göstərir ki, Avrasiyanın bütövlükdə dünyanın ən böyük ölkələrindən olan Rusiya Federasiyasının siyasi rəhbərliyi Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Siyasətdə diplomatiyada isə qarşılıqlı maraqlar olmasa uğur əldə edilməsi çətinləşər.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.-2009.-29 yanvar.-S.4.