Konqres Obamanın planını bəyəndi

 

Xarici informasiya agentliklərinin verdiyi xəbərə görə ABŞ-ın Nümayəndələr Palatası prezident Barak Obama tərəfindən irəli sürülən ölkə iqtisadiyyatının xilas edilməsini nəzərdə tutan təkliflər paketini qəbul edib. Yeni plana görə iqtisadiyyatın stimullaşdırılması üçün 825 milyard dollar vəsait ayrılacaq. Qeyd edək ki, Obamanın irəli sürdüyü plan yalnız konqresmen-demokratlar tərəfindən dəstəklənib. Belə ki, konqresdəki Respublikaçılar Partiyasının bütün üzvləri evin yeni sahibi tərəfindən irəli sürülən təkliflər paketinin qəbul olunmasına qarşı çıxıblar. Onlar prezidentin təşəbbüsünün çox baha başa gələcəyini yeni planının ABŞ iqtisadiyyatını xilas etməkdə effektli olmayacağını bəyan ediblər.

Siyasi müşahidəçilərin fikrincə, Konqresdəki səsvermənin nəticələri Barak Obamanın ilk siyasi uğursuzluğudur. Çünki Obama çıxışlarında ölkənin bütün siyasətçilərini partiyalar arasındakı fikir ayrılıqlarını bir tərəfə qoymağa Amerika iqtisadiyyatını tənəzzüldən xilas etmək üçün birgə əməkdaşlığa çağırırdı. İndi evin yeni planı Konqresin yuxarı palatası tərəfindən təsdiqlənməlidir. Demokratlar yeni iqtisadi təkliflər planının bəyənilərək qəbul ediləcəyinə əmindirlər. Onu da qeyd edək ki, sənədə əsasən Amerika höküməti ölkə vətəndaşlarına biznes nümayəndələrinə ümumilikdə 275 milyard dollar həcmində vergi güzəştləri tətbiq edəcək. Bundan əlavə müxtəlif layihələrə, o cümlədən yeni yolların körpülərin tikintisinə, məktəblərin təmir edilməsinə, işsizliyin azaldılmasına, yeni texnologiyaların tətbiqinə sərmayələrin qoyluşuna 540 milyard dollar vəsait ayrılacaq.

Onu da deyək ki, Barak Obama yeni iqtisadi təkliflər planının ABŞ iqtisadiyyatına xeyir verəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, adıçəkilən plan azı 4 milyon yeni yerinin yaranmasına səbəb olacaqdır. Barak Obama həmçinin hazırki iqtisadi tənəzzülə görə əvvəlki ev administrasiyasının günahkar olduğunu diqqətə çatdırıb.

Bu arada ötən gün Obama Pentaqonda ABŞ ordusunun rəhbər işçiləri ilə görüşündə bəyan edib ki, yaxın zamanlarda Amerikanın hərbi siyasətində ciddi dəyişikliklər olacaq.

Xatırladaq ki, B. Obama seçki öncəsi çıxışlarında prezident seçiləcəyi təqdirdə İraqdakı ABŞ qoşunlarının bu ölkədən çıxarılacağını söyləmiş, lakin Əfqanıstandakı kontingentin saxlanılacağını bəyan etmişdi.

 

 

Mahmud QƏZƏNFƏROĞLU

 

Xalq qəzeti.-2009.-30 yanvar.-S.6.