Azərbaycanda dövlət
quruculuğu və idarəçilik prosesi yeni inkişaf mərhələsində
Yanvarın 29-da Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında 2008-ci ildə plan üzrə yerinə
yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr
olunmuş “Azərbaycanda dövlət quruculuğu və idarəçilik
prosesi yeni inkişaf mərhələsində” mövzusunda
elmi konfrans keçirilmişdir.
Konfransı
Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin
Qəndilov açaraq, tədbir barəsində geniş məlumat
vermişdir. Qeyd edil mişdir ki , 2003-2005-ci illərdə 58
iş üzərində tədqiqat aparılıb. Natiq
ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik
təcrübəsinin öyrənilməsinin zəruriliyini, əhəmiyyətini
qeyd etmiş, bu istiqamətdə Heydər Əliyev irsinin
layiqli davamçısı ölkə başçısı
cənab Prezident İlham Əliyevin gördüyü işlər
nəticəsində Azərbaycanın sürətlə
inkişaf etdiyini bildirmişdir. S.Qəndilov dövlət
quruculuğu prosesinin yeni inkişaf mərhələsinin
tarixi-siyasi aspektləri, fəlsəfi, hüquqi və
informasiya təminatı, sosial-iqtisadi əsasları və
mexanizmləri haqqında ətraflı məlumat verdi. Qeyd etdi
ki, möhtərəm Prezidentimizin
düşünülmüş daxili və xarici siyasəti nəticəsində
Azərbaycan hazırda təkcə regionda yox, dünyada lider
dövlətlər sırasına qoşulub.
Sonra professor Məlikbaxış Babayev “Məntiqi düşüncənin idarəçilikdə rolu”, professor Çingiz Xəlifəzadə “Müstəqillik şəraitində Azərbaycanın təbii ehtiyatlarından istifadənin idarə olunmasının başlıca prinsipləri”, dosent Flora Ağayeva “Dövlət qulluğunun sosial xarakteri” haqqında məruzələr etmiş, mövzular ətrafında fikirlərini konfrans iştirakçıları ilə bölüşmüşlər.
Konfrans işini bölmə iclaslarında davam etdirmişdir. Bölmə iclaslarında Azərbaycanda idarəetmə mədəniyyətinin tarixi, praktiki-nəzəri məsələləri, Prezident İlham Əliyev və Azərbaycanda milli-mənəvi dəyərlərə qayğının yeni təzahürü, vətəndaş cəmiyyəti ilə hüquqi dövlətin qarşılıqlı əlaqəsində demokratik idarəetmənin rolu, regional inkişaf fondları və regional inkişafın tənzimlənməsi, Azərbaycan Respublikasının 2006-2010-cu illər üçün davamlı inkişaf proqramında yoxsulluğun aradan qaldırılması yolları və digər mövzularda maraqlı çıxışlar, geniş fikir mübadiləsi olmuşdur. Bölmə iclaslarında Azərbaycanda dövlət quruculuğunun və idarəçilik prosesinin yeni inkişaf mərhələsinə qədəm qoyması və bu sahədə kadrların yetişdirilməsində Dövlət İdarəçiliyi Akademiyasının rolu yüksək qiymətləndirilmişdir.
Yekun iclasında bölmə rəhbərlərinin məlumatları dinlənilmişdir. Konfransın işinə yekun vuran rektor S.Qəndilov gələcəkdə Akademiyada aparılacaq elmi işlər barədə irəli sürülmüş təklif və tövsiyələrin, ümumiyyətlə, Akademiyada aparılan elmi-tədqiqat işlərinin əhəmiyyətindən və qarşıdakı illərdə görüləcək işlərin başlıca istiqamətlərindən danışmış və bu sahədə kollektivə yeni-yeni uğurlar arzulamışdır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2009.-30
yanvar.-S.7.