“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi”

 

Gənclər Günü münasibəti ilə Yasamal rayon Gənclər və İdman İdarəsi “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirmişdir. Konfrans işə başlamazdan öncə yeni inzibati binada yerləşən məktəb muzeyində ulu öndərin abidəsi önünə gül dəstələri qoyulmuşdur.

Konfrans iştirakçıları məktəb muzeyi ilə yaxından tanış olmuş, rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin ümummilli liderimizin həyat və fəaliyyətindən qısa, konkret çıxışını dinləmişlər. Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov məruzə ilə çıxış etmiş, dünya azərbaycanlılarının dahisi olan Heydər Əliyevin siyasi fəaliyyətindən ətraflı məlumat vermişdir.

YAP-ın Gənclər Birliyinin sədri Ramil HəsənovunHeydər Əliyev Azərbaycan milli ideologiyası”, Milli Elmlər Akademiyasının işçisi, Nyu-York Elmlər Akademiyasının patron üzvü, biologiya elmləri namizədi Tubuxanım QasımovanınTəhsilin inkişafı Heydər Əliyev siyasətinin əsası kimi”, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməİctimai Birliyinin sədri Emil HəsənlininHeydər Əliyev müasir ordu quruculuğunun banisidir”, “İrəliİctimai Birliyinin sədri Ceyhun OsmanlınınHeydər Əliyev vətəndaş cəmiyyəti quruculuğu”, sənətşünaslıq namizədi, Beynəlxalq Televiziya Radiosu Akademiyasının həqiqi üzvü Elçin ƏlibəylininAzərbaycan mədəniyyətinin yeni inkişaf strategiyası Heydər Əilyev siyasətinin başlıca istiqaməti kimimövzularda çıxışları rəğbətlə qarşılanmışdır.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev isə gəncləri təbrik etmiş, öz tövsiyələrini vermişdir. Sonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilmişdir.

 

 

Qismət ALIŞOĞLU

 

Xalq qəzeti.-2009.-31 yanvar.-S.7.