Ətraf mühitin mühafizəsinə ciddi nəzarət
edilir
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər
Şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə
(Göyçay, Ucar, Zərdab, Kürdəmir) “Ətraf
mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə müvafiq reyd və yoxlamalar
keçirərək 2008-ci il ərzində 82 akt və 53
protokol tərtib etmişdir.
Su mühafizəsi sahəsində
10 akt tərtib edilmiş, 4 məcburi göstəriş
verilmişdir. Müəssisə və təşkilatlara 710
manat məbləğində məcburi ödəmə
hesablanmış və ondan 360 manat ödənilmişdir.
Atmosfer havasının
mühafizəsi sahəsində 6 akt tərtib edilmiş və
6 məcburi göstəriş verilmişdir. Müəssisə
və təşkilatlara 1090 manat məbləğində məcburi
ödəmə hesablanmış və keçən ilin
qalıqları ilə birlikdə 2560 manatın ödənilməsi
təmin edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 3 akt və 3 protokol tərtib edilmiş, 1 məcburi göstəriş verilmişdir. 1 fiziki və 1 hüquqi şəxs 5257 manat məbləğində cərimə olunmuş, 1 təşkilata qarşı 19800 manat məbləğində iddia qaldırılmışdır. 2 iş tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 16 akt və 15 protokol tərtib edilmişdir. 16 fiziki şəxs 17410 manat məbləğində cərimə edilmiş, 6 nəfər tərəfindən isə 1272,4 manat ödənilmişdir. 18 müəssisəyə qarşı 2550 manat məbləğində ödəmə hesablanmışdır. 16 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilmişdir.
Fooranın mühafizəsi sahəsində 41 akt və 6 protokol tərtib edilmiş, 4 nəfər 2513 manat məbləğində cərimə olunmuş, 15 nəfərə qarşı 1207,9 manat məbləğində iddia qaldırılmışdır. 3 nəfər tərəfindən 385,5 manat məbləğində iddia, 2 nəfər tərəfindən isə 151,6 manat məbləğində cərimə ödənilmişdir. 4 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilmişdir.
Faunanın mühafizəsi sahəsində 3 akt və 12 protokol tərtib edidlmiş, 10 nəfər 10200 manat məbləğində cərimə olunmuş, ondan 1100 manat ödənilmişdir. 2 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən adığımız məlumata görə, torpağın mühafizəsi sahəsində 3 akt və 3 protokol tərtib olunmuş, 2 nəfər 5275 manat məbləğində cərimə olunmuşdur. 3 nəfərə qarşı 13909,5 manat məbləğində iddia irəli sürülmüş, 2 nəfər tərəfindən 1430 manat ödənilmişdir.
Ümumiyyətlə, şöbə tərəfindən il ərzində təbiətə vurulmuş ziyan və törədilmiş inzibati xətalarla əlaqədar Təbiəti Mühafizə Ehtiyat Fonduna 18614 manat vəsait ödənilmişdir.
Qəzənfər QASIMOV
Xalq qəzeti.-2009.-31 yanvar.-S.8.