Türkiyənin Kayseri şəhərində Bəxtiyar Vahabzadənin pyesinin tamaşası göstərilmişdir

 

Azərbaycan Akademik Milli Teatrı Türkiyədə qastrol səfərindədir. Teatr Kayseri şəhərində Bəxtiyar Vahabzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Özümüzü kəsən qılınc” tamaşası nümayiş etdirilmişdir.

Day.az internet saytından aldığımız məlumatda deyilir ki, Kayseri şəhər bələdiyyəsi Mehmet Özxaçeki Milli Akademik Teatrın direktoru Maqbet Bünyadova bütün aktyorlara bu şəhərə növbəti qastrol səfərinə gəldiklərinə görə öz minnətdarlığını bildirmişdir. Onun sözlərinə görə belə qarşılıqlı mədəni əlaqələr iki qardaş ölkə arasında dostluq əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır.

Maqbet Bünyadov isə öz növbəsində Kayseri şəhərində mədəniyyət incəsənətin inkişafına xüsusi diqqət yetirilir. Biz öz tamaşalarımızla bu şəhərə qastrol səfərinə gəlməyə həmişə hazırıq. Həmçinin Maqbed müəllim yerli teatrı Bakıya qastrol səfərinə dəvət etmişdir.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-31 yanvar.-S.8.