Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib

 

Dünən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin (İH) növbəti iclası keçirilib. Şura sədri Əflatun Amaşov tədbirin gündəliyini İH üzvlərinin müzakirəsinə təqdim edib. Onlar 3 məsələ ətrafında müzakirələrin aparılması razılığına gəliblər. İclasda öncə Mətbuat Şurasının mili mətbuatımızın 135 illiyi münasibətilə həyata keçirəcəyi tədbirlər müəyyənləşdirilib. Bu sırada mediamızın tarixinə, aktual, həlli vacib problemlərinə dair silsilə konfransların, müxtəlif bölgələrdə regional bayram tədbirlərinin düzənlənməsi nəzərdə tutulub. Yekun tədbirin isə iyulun 21-də BakıdaGülüstansarayında təşkili gözlənilir. Həbsdə olan jurnalistlərin əfvi, KİV təmsilçilərinin təltifi digər məsələlərlə əlaqədar Mətbuat Şurasının ölkə Prezidentinə müraciətlərinin ünvanlanması da bu sırada yer alıb. İH üzvləri tədbirlər planını əsas kimi qəbul ediblər. İclasda müzakirə edilən növbəti məsələ ilə əlaqədar çıxışlarda MŞ-ninreket jurnalistika”ya qarşı mübarizəsinin ikinci mərhələyə qədəm qoyması prinsipcə müasir reallığa uyğun gələn adekvat addım kimi dəyərləndirilib. Bir sıra nəşrlərin Şuranınqara siyahı”sından çıxarılmaları üçün MŞ- müraciətlərinə diqqəti yönəldən İH üzvləri məsələnin əsaslı həlli üçün araşdırma monitorinqlərə zərurət duyulduğunu vurğulayıblar. Qərara alınıb ki, bu MŞ-ninReket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadənin başçılıq edəcəyi 5 nəfərlik qrupa həvalə olunsun. Həmin qrupa İH üzvlərindən Şura sədrinin müavini Müşfiq Ələsgərli, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Azərbaycanqəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Paralelqəzetinin baş redaktoru Tapdıq Abbas daxil edilib. İclasda Azərbaycan Mətbuat Şurasınınreket jurnalistika”ya qarşı mübarizə tədbirləri ilə bağlı bəyanatının ilkin mətni ətrafında da geniş diskussiyalar açılıb. Çıxışlarda qeyd edilib ki, Şuranın mövcud istiqamətdəki mübarizəsinin həlledici mərhələyə qədəm qoyduğu dövrdə belə bir sənədin ictimaiyyətə çatdırılması zəruridir. Bu, ümumi işin məramın effektivlik əmsalını xeyli artıra bilər. Çünki adlarıqara siyahı”da yer alan bəzi nəşrlər Mətbuat Şurasını məhkəmələrə verməklə kifayətlənməyərək öz səhifələrində qurumun İdarə Heyətinin üzvlərinin ünvanına təhqiramiz yazılar dərc edir, hədə-qorxular gəlirlər. Şura bu kimi media orqanlarının arxalarında bəzi dövlət məmurlarının dayanmalarına dair faktlara da malikdir. Müzakirələrdən sonra bəyanatın müəyyən düzəlişlərlə ictimaiyyətə çatdırılması barədə yekdil qərar qəbul olunub.

Bəyanatda deyilir: “Medianın özünütənzimləməsini həyata keçirən Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin iradəsi, media təmsilçilərinin seçimi ilə formalaşır, ölkə jurnalistlərinin I qurultayında təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərir. Şuranın başlıca missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləməklə söz mətbuat azadlığının dərinləşməsinə, mövcud prosesin yeni müsbət çalarla zənginləşməsinə nail olmaq, peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə dəstək verməkdir. MŞ-nin ötən müddətdə reallaşdırdığı tədbir təşəbbüslər qurumun bu sahədə bir sıra uğurlara imza atdığını söyləməyə əsas verir. Mətbuat Şurası ölkədə KİV-lərin maddi-texniki qanunvericilik bazasının möhkəmləndirilməsinə yönələn proseslərdə yaxından fəal iştirak etməklə yanaşı, birbaşa fəaliyyət missiyasına uyğun olaraq açıq obyektiv sözə, jurnalistin mətbuatın təmiz adına, əxlaqına ləkə gətirən neqativ hallara biganə qalmır. Lakin çox təəssüflə bildiririk ki, illərdən bəri şərti olaraqreket jurnalistikaadlandırdığımız xoşagəlməz meyl bu gün davam etməkdə, mediamızın nüfuzuna, onun saf təmiz adına ləkə gətirməkdədir. Mətbuat Şurası ötən müddətdə quruma ünvanlanan çoxsaylı müraciətləri şikayətləri ictimai sifariş kimi dəyərləndirərəkreket nəşr”lərə qarşı ardıcıl prinsipial mübarizə aparmaqdadır. Ölkə jurnalistlərinin V qurultayının iştirakçısı olan yüzlərlə tanınmış media təmsilçisi qurumun bu istiqamətdəki fəaliyyətinin intensiv xarakter alması üçün təşəbbüs təkliflərini irəli sürüb. Nəticədə ŞuranınReket jurnalistika”ya qarşı mübarizə Komissiyası formalaşdırılıb. Peşə prinsiplərinə etinasız yanaşan media orqanlarına qarşı ictimai qınağın təsir gücünü artırmaq məqsədilə mətbuatınqara siyahı”sı tərtib edilib. Konkret şikayət müraciətlər əsas götürülərək Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını, ölkə qanunvericiliyinin tələblərini kobud mütəmadi pozan qəzet jurnallar həmin siyahıya salınmaqdadır. Hazırda onların sayı 94-dür. Mətbuat Şurasınınreket jurnalistika”ya qarşı mübarizəsinin daha ardıcıl sistemli xarakter almasıqara siyahı”dakı KİV-lərin peşə etikası ilə bir araya sığmayan fəaliyyətlərini davam etdirmələrinə əngəllər törədir. Onlar Şuranın ictimai qınağa hesablanan tədbirlərindən nəticə çıxarmaq əvəzinə, MŞ-nin İdarə Heyətinin üzvlərinin şərəf ləyaqətlərini ləkələməyə, işgüzar nüfuzlarına zərər gətirməyə çalışır, barələrində təhqir böhtan xarakterli materiallar dərc edirlər. Şuranı hədələmək yolu tutan bir çox KİV-lər demokrat qiyafəsinə bürünüb ali media dəyərlərini, söz mətbuat azadlığı prinspilərini qoruyurlarmış kimi imitasiyalara baş vurur, həqiqi simalarını pərdələməyə çalışırlar. Köhnə şakərləri yeni adla qeydiyyatdan keçirdikləri nəşrlərdə davam etdirən qəzet rəhbərləri var. XüsusənGündəlik BakıTəzadlarqəzetləri, həmçininMozalanjurnalı kimi bütün sərhədləri aşan nəşrlər mövcuddur. Mətbuat Şurasının rəhbərliyini məhkəməyə verməklə kifayətlənməyən bu KİV-lər hər saylarında Şuranın İdarə Heyətinin üzvlərinin ünvanına hətta hədə-qorxu gəlməkdən belə çəkinmirlər. Mətbuat Şurası bəzireket nəşr”lərin arxasında gizli havadarların olmasını, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilmələrini yolverilməz hal sayır. bununla bağlı kifayət qədər tutarlı faktlara malikdir. Gizli sponsorlar sırasında dövlət orqanlarında çalışan bəzi məmurların mövcudluğu isə xüsusilə təəssüf doğurur. Azərbaycan iqtidarının söz mətbuat azadlığı ilə bağlı məsələlərə həssas yanaşdığı şəraitdə onların bu siyasətə uyğun gəlməyən addımlar atanlara, öz mənafeləri naminə müxtəlif spekulyasiyalara baş vuranlara himayədarlığı heç bir məntiqə sığmır. Mətbuat Şurası media məkanımızın saflaşması, təmiz adının bərqərar olması uğrunda mübarizədə bu söz sənətinin həqiqi daşıyıcısı olan hər bir şəxsin dəstəyinə, inam etimadına güvənərək Şuranı barışmaz prinsipial mübarizə yolundan çəkindirməyə çalışanlara, habelə onların havadarlarına belə səylərin mənasız səmərəsizliyini xatırladaraq bəyan edir:

1) Mətbuat Şurası ölkədə medianın özünütənzimləməsini həyata keçirən legitim orqandır. Qurum cəmiyyətin bütün qütbləri tərəfindən qəbul edilir. Şuraya qarşı göstərilən bütün təsir təzyiq cəhdləri mənasız əbəsdir, heç bir qüvvə onu tutduğu ədalətli qanuni yoldan çəkindirə bilməz!

2) “Reket qəzetlərə gizli şəkildə maddi mənəvi dəstək verənlərin mövqelərini qətiyyətlə pisləyir, bu kimi halları ölkədə sivil jurnalistika mühiti yaratmaq istəklərinə, media sahəsində aparılan sistemli arcıdıl fəaliyyətə zidd hərəkətlər kimi dəyərləndiririk.

3) Azərbaycanın ziyalılarını, həqiqi jurnalistləri bütövlükdə ictimaiyyəti jurnalistikamızı ləkələyənlərə mətbuatdan çirkin məqsədlərlə istifadə edənlərə qarşı birgə mübarizədə Mətbuat Şurasına daha sıx dəstək verməyə  çağırırıq.

4) Dövlət orqanlarını - hüquq-mühafizə, vergi, maliyyə digər qurumlarıreket nəşrlərdə dərc olunan mətbu nümunələrə əsasən apardıqları yoxlamalara ehtiyatla yanaşmağa çağırırıq.

5) MŞ ölkə oxucularının, bütövlükdə vətəndaşların qurumun qərarlarına daim hörmət etimadla yanaşdığını, dəstək olduğunu nəzərə alaraq mediamızın təmizliyi uğrunda mübarizəsini qətiyyət prinsipiallıqla davam etdirəcək.

 

 

Bakı şəhəri, 18 fevral 2010-cu il”.

 

Yeni Azərbaycan.-2010.- 19 fevral.- S.4.