Xocalı soyqırımıdiskinin təqdimatı keçirilib

 

SİA-nın hazırladığı film ermənilərin Xocalıda törətdiyi vəhşiliyə həsr olunub

 

Dünən Prezident Kitabxanasında Səs İnformasiya Agentliyinin (SİA) hazırladığıXocalı soyqırımı adlı diskin və Prezident KitabxanasınınXX əsrin faciəsi - Xocalı soyqırımıtammətnli elektron nəşrinin yenilənmiş variantının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimindən əvvəl qonaqlar Kitabxananın Böyük Oxu zalında Xocalı soyqırımına aid kitablarla, dövri mətbuat materialları ilə, qanlı faciəyə aid kitabların elektron versiyalarının yazıldığı disklərlə tanış olublar. Dəyirmi masada çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, 2007-ci ildə Azərbaycan, ingilis və rus dillərində hazırlanan bu elektron resurs Xocalı soyqırımının 18-ci ildönümü ərəfəsində yeni materiallar hesabına əsaslı surətdə yenilənib.

Çıxış edənSəs” İnformasiya Agentliyinin baş direktoru vəSəsqəzetinin baş redaktoru Bəhruz Quliyev deyib ki, Xocalı soyqırımı XX əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin ən dəhşətlisidir. Onun sözlərinə görə, bu faciə xalqımızın qan yaddaşına həkk olunub və Xocalı soyqırımı insanlıq tarixində görünməyən vəhşiliklərdəndir. Daha sonra SİA-nın hazırladığı disk nümayiş etdirilib. 13 dəqiqə davam edən filmdə Xocalı soyqırımı ilə bağlı statistik məlumatlar, şahidlərin fikirləri, o cümlədən, Azərbaycanın ziyalılarının və dövlət xadimlərinin çıxışları yer alıb.

Filmin nümayişindən sonra çıxış edən millət vəkili Aydın Hüseynov ermənilərin 200 il ərzində Azərbaycana qarşı apardığı işğal və zorakılıq siyasətinin ən qanlı nəticələrindən birinin məhz Xocalı soyqırımı olduğunu söyləyib: “Bu bir həqiqətdir ki, Xocalı soyqırımı baş verən zaman Azərbaycanda hakimiyyətdə olan qüvvələr bu faciənin qarşısını almaq üçün heç bir addım atmayıb. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsilə Xocalı soyqırımı da öz hüquqi qiymətini aldı. Məhz Ulu öndərin təşəbbüsü ilə fevralın 26-sı tarixi Xocalı soyqırımı günü kimi qəbul olundu. Bu gün bütün Azərbaycan vətəndaşları Xocalı soyqırımının təbliği işində yer almalıdır. Bu mənada Azərbaycan dövlətinin apardığı siyasət olduqca təqdirəlayiqdir. Bir ay öncə İslam Konfransı Təşkilatı kimi mötəbər bir beynəlxalq təşkilat Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Bu Azərbaycanın uğurudur. Bu işdə ən böyük pay isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili hörmətli Mehriban xanım Əliyevaya məxsusdur. Bu gün Fondun Rusiya nümayəndəliyinin rəhbəri, İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlananXocalıya ədalətkampaniyası çərçivəsində dünyanın bir çox ölkələrinin paytaxtlarında tədbirlər keçirilir, həmin ölkələrin vətəndaşları Xocalı həqiqətləri ilə tanış olurlar. Mən inanıram ki, bu fəaliyyət daha da gücləndiriləcək və son nəticədə Azərbaycanın haqq səsi qalib gələcək”.

Çıxış edən millət vəkili Jalə Əliyeva da Xocalı soyqırımının təbliğində Heydər Əliyev Fondunun və  Fondun Rusiya nümayəndəliyinin rəhbəri, İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın xidmətlərini xüsusi qeyd edib. Millət vəkili bildirib ki, Azərbaycan vətəndaşları bütün istiqamətlərdə- siyasi, ədəbi, faktoloji istiqamətlərdə təbliğatı gücləndirməlidirlər və bu təbliğat yalnız anım günlərində deyil, bütün il boyu aparılmalıdır.

Yeni Azərbaycanqəzetinin baş redaktoru Hikmət Babaoğlu təqdim edilən diskin böyük əhəmiyyətə malik olduğunu bildirib. Baş redaktor Xocalı soyqırımı haqqında emosiyasız danışmağın çətin olduğunu deyib. Baş verən soyqırımın ermənilər tərəfindən törədilmiş vəhşilik olduğunu söyləyən H.Babaoğlu bu faciənin dünyaya çatdırılması  ilə bağlı çox böyük işlərin görüldüyünü dilə gətirib: “Amma bir sıra hallarda dünyanın bəzi təşkilatları  bu faciəni görmək, duymaq istəmir. Təəssüf ki, dünyanın gerçəkliyi bundan ibarətdir. Bunun üçün isə, statistik rəqəmlərlə yanaşı, Xocalı soyqırımını, Qarabağ dəhşətlərini özündə əks etdirən ədəbi əsərlər yazılmalı, xarici dillərə  tərcümə olunmalıdır. Bununla belə, mən yenə əminəm ki, görülən işlər yaxşı nəticələr verir. Bu gün Azərbaycan dövləti tərəfindən aparılan siyasət Xocalı soyqırımının dünyaya tanıdılmasına zəmin yaradır. Xocalını unutmaq lazım deyil, onun qisasını almaq lazımdır. Dövlətimizin apardığı siyasət bizə qələbə gətirəcək. Mən buna əminəm”.

Çıxış edən YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, millət vəkili Fəzail Ağamalı, politoloq Cümşüd Nuriyev, “Şərqqəzetinin baş redaktoru Akif Aşırlı, YAP Gənclər Birliyinin sədr müavini Bəxtiyar Əsgərov da Xocalı soyqırımının təbliği ilə bağlı atılan hər bir addımın təqdirəlayiq olduğunu bildiriblər.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2010.- 26 fevral.- S.3.