Bakı Dövlət Universiteti Elmi Şurasının iclası olub

 

İyulun 9-da Bakı Dövlət Universitetinin (BDU) Altıağac tədris-təcrübə bazasında BDU-nun Elmi Şurasının iclası keçirilib.

İclasda Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək xalqımızın Ümummilli lideri Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, Ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini  bildirib.

Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin Fəxri doktoru olduğunu xatırladan rektor dövlətimizin başçısının təhsil sahəsinin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu bildirən akademik A.Məhərrəmov BDU-da bu prosesin tələblərinə uyğun olaraq həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb, təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, professor Vüsət Əfəndiyev 2009/2010-cu tədris ilinin yay imtahan sessiyasının, buraxılış dövlət imtahanlarının nəticələri, aparılan istehsalat, tədris təcrübələri barədə ətraflı məlumat verib. Bildirilib ki, yay imtahan sessiyası, buraxılış dövlət imtahanları uğurlu olub, tələbələr ürəkaçan nəticələr göstəriblər. Mənimsəmə faizi yüksək olub.

BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev digər çıxış edənlər Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət qayğıdan danışıblar.

Sonra tədris ilinin yekunları üzrəİlin müəllimi”, “İlin kafedra müdiri”, “İlin dekanımüsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub, elm təhsildə fərqlənən alim müəllimlər elmi adlara layiq görülüblər.

Elmi Şuranın iclasında Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, BDU-nun kafedra müdiri Əli Əhmədov professor elmi adına layiq görülüb.

 

 

Yeni Azərbaycan.- 2010.- 10 iyul.- S.7.