Nizami Gəncəvinin “Yeddi
gözəl” poeması qırğız dilində nəşr
olunub
Bişkekdəki Türkdilli
Ölkələrin Siyasətinə
Dəstək Fondunun və Bakıda fəaliyyət göstərən
“Avromed” şirkətinin
sifarişi ilə Qırğızıstan paytaxtındakı
“Biyiktik” nəşriyyatında
dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması qırğız dilində
çapdan çıxıb.
Kitabın baş məsləhətçisi AMEA-nın
müxbir üzvü,
Milli Məclisin mədəniyyət komitəsinin
sədri Nizami Cəfərov, məsləhətçiləri
Cavanşir Feyziyev, Nüsrət Məmmədov,
Hikmət Məmmədov
və Qafar Əliyevdir.
Qırğız dilində ilk dəfə nəşr olunan poemanın tərcüməçisi
şair Eqemberdi Ermatovadır.
Bu yaxınlarda isə Bişkekdə daha bir Azərbaycan ədibinin - görkəmli
yazıçı, alim
və pedaqoq Mir Cəlal Paşayevin üçcildlik seçilmiş
əsərləri qırğız
dilində işıq
üzü görəcək.
Xatırladaq ki, indiyədək Türkdilli
Ölkələrin Siyasətinə
Dəstək Fondunun təşəbbüsü ilə
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyevin rus və qırğız
dillərində “Azərbaycanlılara
qarşı soyqırımı
gerçəkliyi” əsəri,
Prezident Administrasiyasının
sektor müdiri Qafar Əliyevin Ulu öndər Heydər Əliyev haqqında rus dilində “Müasir Azərbaycanın banisi, xilaskarı və yaradıcısı” kitabı,
Mir Cəlal Paşayevin
qırğız dilində
“Bir gəncin manifesti” povesti, Əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, akademiyanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi redaktorluğu ilə rus və
ingilis dilində hazırlanmış “Ermənilərin
Azərbaycan torpağındakı
əməlləri haqqında
tarixi faktlar” kitabı və digər əsərlər
nəşr olunub.
Yeni Azərbaycan.- 2010.- 3 iyul.- S.12.