Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin
xilaskarıdır
1993-cü il 4 iyun
hadisələrindən 17 il
ötür
Bir əsrdə
iki dəfə istiqlaliyyətə qovuşmuş
Azərbaycanın müstəqillik
taleyi çətinliklərlə
dolu olub. 1918-ci ildə yaradılan ADR-in varlığına bolşevik
Rusiyasının işğalı
son qoydusa, 1991-ci ildə
ikinci dəfə azadlığına qovuşmuş
ölkəmizi həm
xaricdən, həm də daxildən təhlükə öz ağuşuna almışdı.
SSRİ-nin dağılması
ilə çətin,
müəmmalı iqtisadi-siyasi
vəziyyət yaranmışdı,
ölkə başdan-başa
idarəsizliyin əsirinə
çevrilmişdi. Bu azmış
kimi, Dağlıq Qarabağda SSRİ rəhbərliyinin
təhriki ilə yaradılan münaqişə
Azərbaycan xalqını
növbəti bir sınaqla üz-üzə
qoymuşdu. Az keçmədi ki, bu problemlərin sırasına daha biri əlavə olundu: hakimiyyət böhranı...
1992-ci ilin
mayında hakimiyyətə
yiyələnmiş AXC-Müsavat
cütlüyünün səriştəsizliyi
addımbaşı öz
bəlalı nəticəsini
büruzə verirdi. Məhz bunun sayəsində ictimai həyatın bütün
sahələrində xaos,
hərc-mərclik baş
alıb gedirdi. Orduda vəziyyət günü-gündən ağırlaşır,
fərarilik halları
getdikcə artırdı.
Silahlı qüvvələr
adlanan könüllü
qruplaşmalar mərkəzi
hakimiyyətə tabe olmur, özlərini sərbəst aparır, düşmənlə vuruşmaqdansa
şəxsi maraqların
və maddi mənafenin girovuna çevrilirdi.
Gənc respublikada
hakimiyyətə yiyələnmək
üçün ayrı-ayrı
şəxslər və
qruplar arasında qızğın mübarizə
gedirdi. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar hakimiyyətdə
olanların ölkəni
idarə edə bilməyəcəyini göstərirdi.
Problemlər getdikcə
artırdı. Artıq
hakimiyyətin ən yüksək ranqlarında
qruplaşmaların yarandığı
açıq-aydın görünürdü
və bu qruplaşmaların mübarizəsi
silahlı qarşıdurma
həddinə çatmışdı.
Hakimiyyət strukturlarına,
o cümlədən, silahlı
birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi
təhlükəsi ilə
üz-üzə qoydu.
Problemlər məngənəsində
sıxılan Azərbaycan
dövləti növbəti
dəfə parçalanmaq
təhlükəsi ilə
baş-başa qalmışdı.
Artıq ölkənin
bir sıra ərazilərində-Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər separatçı iddialarla çıxış edir,
mərkəzi hakimiyyətə
tabe olmadıqlarını
bildirirdilər.
Belə çətin
bir məqamda Azərbaycan hakimiyyəti vəziyyətin daha da kritikləşməsinə
yol açan məntiqsiz qərarlar verməkdə davam edir, ölkəni demək olar ki, zorla vətəndaş
qarşıdurmasına sürükləyirdi.
1993-cü il iyunun 4-də
sabiq korpus komandiri, AXC hakimiyyətinin
Qarabağ üzrə
xüsusi nümayəndəsi
Surət Hüseynovun rəhbərlik etdiyi və Gəncədə yerləşən 709-cu briqadanın
ləğvi ilə bağlı əmr imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil-təslim olması
barədə qərara
tabe olmayan Surət Hüseynov isə tabeçiliyində
olan hərbi hissənin əsgərlərinin
Bakıya doğru istiqamət götürməsi
əmrini verdi. 709-cu briqadanı tərki-silah etmək üçün Gəncəyə göndərilən
Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında
olan silahlı birlik arasında döyüş oldu. Hər iki tərəf-əslində,
hər iki tərəf Azərbaycan ordusu idi-xeyli itki verdi. Artıq
ölkə vətəndaş
müharibəsinin astanasında
idi.
Məhz belə
bir çətin zamanda xalqın diqqəti Naxçıvana
yönəlmişdi. Çünki
düşmən blokadasında
belə Muxtar Respublikanı qorumağı
bacaran, Azərbaycanın
xilaskarı Heydər Əliyev dövlətin yeganə nicat yolu idi. Ona
görə də Vətənin bu ağır günündə
xalq Azərbaycanın
görkəmli oğlu
Heydər Əliyevi Naxçıvandan Bakıya
dəvət etdi. Ulu öndər Heydər Əliyev xalqın və respublikanın o zamanki hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, çox az zamanda Azərbaycanda
vətəndaş müharibəsinin
qarşısını ala bildi.
1993-cü il iyunun 15-də
Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası
Ali Sovetinin sədri seçildi. Məhz Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını
qorudu. Xalqın xilaskarına çevrilən
Heydər Əliyev Azərbaycan qarşısında
tarixi bir missiyaya imza atdı.
Millətinin bir əsrdə qurduğu ikinci müstəqil dövlətini yaşadan Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı
ilə problemlər məngənəsində qıvrılan
Azərbaycan qısa bir zamanda regionun
liderinə çevrildi.
Bu mənada Ulu öndərimiz Heydər Əliyevin xalqımızın
xilasında, dövlətimizin
müstəqilliyinin möhkəmlənməsində
diplomatik təcrübəsindən,
bilik və bacarığından yetərincə
yararlanması Onun tarixi şəxsiyyətlər
sırasında ən
uca zirvədə dayanan fenomenal şəxsiyyət olduğunu
deməyə əsas verir. 1993-cü ilin yayında Azərbaycanın
olduqca çətin və gərgin günlərində daxili çəkişmələr, erməni
təcavüzü, o cümlədən,
digər separatçı
qüvvələrin fəallaşması
dövləti eyni anda yaxaladığı bir zamanda vəziyyətdən
çıxış yolu
tapmaq üçün
dahi olmaq gərəkirdi. Sonralar Ulu öndər bu məsələ ilə bağlı bildirirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük
dövlət böhranı
yarandı. Azərbaycan
dağılmağa başladı,
o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma
baş verdi, qan töküldü. Gəncədə başlayan
hərəkat Azərbaycanın
ərazisinin, demək
olar ki, yarısından çoxunda
hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb
çıxarmaq istəyən
o vaxtkı iqtidar belə bir zamanda
əlacsız qaldı
və mənə müraciət etdi. Ancaq ondan əvvəl
mənə müraciət
edənlər bizim partiyanın üzvləri,
Azərbaycanın müxtəlif
təbəqələrinin nümayəndələri,
ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
1991-ci ildən
vüsət alan silahlı qarşıdurmalardan,
vətəndaş müharibəsi
təhlükəsinə qədər
inkişaf edən prosesdən həqiqətən
də ən çox əziyyət çəkən xalq idi. Bu baxımdan Heydər Əliyev dövlətin xilaskarı
olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır. Ulu öndərin uzaqgörən
siyasəti nəticəsində
Azərbaycan bu gün öz inkişafının ən
sürətli dövrünü
yaşayır. Vətəndaş
cəmiyyəti institutlarının
hələ formalaşmadığı,
üstəlik, xarici işğala məruz qalan ölkəni yalnız və yalnız Ümummilli liderimiz Heydər Əliyev xilas edə bilərdi və etdi də.
Bu gün Heydər Əliyev dühasının
bəhrəsi olan müstəqil Azərbaycan
dövlətinin inkişafı
millət-dövlət tandeminin
üzərində qurulduğu
üçün sarsılmazdır.
Məhz Ulu öndər Heydər Əliyevin siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin apardığı
düzgün siyasət
ölkəmizi bütün
sahələrdə uğurdan-uğura
daşıyır. Əsası
Ulu öndər tərəfindən qoyulan
və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdirilən siyasi kurs ölkədə
vətəndaş cəmiyyətinin
inkişafına yol açıb.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2010.- 3 iyun.- S.3.