Şirvanşahlar Sarayı - dünya əhəmiyyətli
memarlıq incisi
Hər bir xalqın fəxr etdiyi mədəniyyəti, tarix və ənənələri var. Lakin bu rəngarənglik içərisində yalnız unikallığı, qədimliyi və orijinallığı ilə daha çox fərqləndirilən maddi-mədəni irs nümunələri bəşəri dəyərə malik olur. Doğma Azərbaycanımızın dünya əhəmiyyətli memarlıq inciləri də bu cür dəyərə malik beynəlxalq irs nümunələri sırasındadır.
“Daşlar üzərində donub qalmış simfoniya”, “Yatmış qu quşu”, “Xəzər dənizinin mirvarisi” kimi epitetlərə malik, dövlətçilik rəmzimiz olan Şirvanşahlar Sarayı, əcdadlarımızın açar formasında ucaltdıqları məğlubedilməzlik rəmzi, özündə əsrlərdən bəri qoruyub saxladığı sirləri ilə ətrafdakıları düşündürən, göz oxşayan Qız Qalamız dünya memarlıq sənətinin nadir inciləri kimi hələ 2000-ci ildə İçərişəhərin tərkibində YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.
Hazırda Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli 217 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda fəaliyyət göstərir. Fərmanın imzalandığı vaxtdan isə Şirvanşahlar Sarayı Kompleksinin tarixində yeni bir səhifə açılıb.
İlk növbədə, Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin fondlarında mühafizə edilən muzeyqiymətli əşyaların inventarlaşdırılması həyata keçirilib. Bundan əlavə, xüsusi olaraq yaradılan komissiya tərəfindən qoruq-muzeyin bilavasitə turistlərlə işləyən elmi heyətinin bilik səviyyəsi yoxlanılıb, onların ekskursiya mətnləri dinlənilib, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi mədəni mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış yeni ekskursiya mətn layihəsinin müzakirələri keçirilib. Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyində İçərişəhər Məlumat Mərkəzinin audio-bələdçi avadanlıqlarının istifadəyə verilməsi isə ekskursiya xidmətimizin beynəlxalq standartlara yaxınlaşmasına yardım edib. Bütün bunların nəticəsidir ki, ekskursantlara göstərilən mədəni xidmətin səviyyəsi yüksəlib, qoruq-muzeyə gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, cari ilin I rübü ərzində Şirvanşahlar Sarayı və Qız Qalasında 36382 nəfərə mədəni xidmət göstərilib.
Şirvanşahlar
Sarayı
Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin fond materiallarından incilər”
adlı
stasionar sərginin hazırlanması
məqsədi ilə
bu ilin aprel
ayında qoruq-muzeydə çoxşaxəli işlər aparılıb; ekspozisiyaların hazırlanması
məqsədilə qoruq-muzeyin fondlarından Azərbaycan xalqının tarix və mədəniyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri seçilərək fotofiksasiya edilib, onların elmi pasportları öyrənilib. Həmçinin,
muzeyqiymətli əşyaların ekspozisiyalarda yerləşdirilməsi məqsədilə müvafiq
otaqlar ayrılıb,
eksponatların düzülməsinə
görə
muzey dolablarının eskiz variantları, mövzu-ekspozisiya planı, ekskursiya marşrutu,
mövzular üzrə
annotasiyalar,
ekspozisiyanın açılışı
üçün press-reliz
və sərginin ekskursiya mətni işlənib hazırlanıb. Bütün bu işlərlə
paralel olaraq, ekspozisiya qurulacaq zallarda cari təmir işləri də
görülübş,
o cümlədən, interyerin gəc və emulsiya qatı
tökülmüş
hissələri bərpa edilib,
siqnalizasiya xətləri tənzimlənib, müşahidə kameralarının sayı
artırılıb, yanğından mühafizə
qurğuları işlək vəziyyətə
gətirilib, işıqlandırma sistemi tamamilə dəyişdirilərək müasir standartlara uyğun
çəkilib. Hazırda isə sarayın dam örtüyünün hidroizolyasiyası
bərpa edilir.
2010-cu il may ayının 10-da Ümummilli lider Heydər Əliyevin doğum günündə,
Beynəlxalq Muzeylər
günü ərəfəsində
Şirvanşahlar Sarayı
qoruq-muzeyinin fond incilərindən”
adlı yeni ekspozisiyanın təqdimat
mərasimi keçirilib. Altı zalda
yerləşdirilən yeni
ekspozisiyada fondun 300-ə
yaxın tətbiqi-sənət
nümunəsi nümayişə
qoyulub. Sərgidə,
həmçinin, fond saxlanclarından
misgərlik, ağac, xalça və xalça məmulatları,
tikmə və geyim, arxeoloji və numizmatik nümunələr, Bakının
XIX əsrin sonu - XX əsrin əvvəllərini
əhatə edən açıqcaları, görkəmli
memar-rəssam H.Ələkbərovun
akvarel boya ilə işlədiyi 21 əsəri, Şirvanşahlar
Sarayının XIX əsrin
sonu - XX əsrin əvvəllərində çəkilmiş
illüstrasiya və fotoları nümayiş olunur.
Sərginin açılmasında əsas
məqsəd köklü
tarixə, zəngin mədəniyyətə malik
xalqımızın mədəni
irsini geniş auditoriya qarşısında
layiqincə təbliğ
etmək olub. Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq
qoruq-muzeyinin fond materiallarından
ibarət və Azərbaycan xalqının
etnoqrafiyasına sanki bir səyahət olan bu sərginin
fəaliyyəti ilə
əlaqədar qoruq-muzeyə
gələnlərin sayı
kəskin surətdə
artıb, mədəni
irsimizə maraq xeyli çoxalıb.
Qısa bir zaman kəsiyində
genişmiqyaslı yeni
ekspozisiyanın hazırlıq
işləri ilə yanaşı, bir-birindən
məsuliyyətli kütləvi
tədbirlər də
həyata keçirilib. “Əbədi
muğam” layihəsi çərçivəsində hər çərşənbə
qoruq-muzeydə keçirilən
muğam axşamları,
fevralın 23-də Xocalı
soyqırımına həsr
edilmiş “Cavab ver”, “18 Aprel Beynəlxalq abidələr
və görməli yerlər günü” münasibəti ilə keçirdiyimiz ədəbi-bədii
kompozisiya, YUNESKO tərəfindən
dünyanın qeyri-maddi,
mədəni irsi kimi tanınmış Novruz bayramına həsr etdiyimiz “Bahar sevincləri” adlı tədbirlərimiz
məhz belələrindəndir.
Tarixi keçmişimizə olan
marağın artırılması,
mədəni irsimizin təbliği məqsədilə
görülən işlərin
sistematik şəkil alması istiqamətində
Şirvanşahlar Sarayı
Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin
fəaliyyəti bundan
sonra da davam etdiriləcək.
Rəna RZAYEVA
Yeni Azərbaycan.- 2010.- 12 iyun.- S.11.