Yevlaxda Azərbaycan milli
mətbuatının yaranmasının 135 illiyi
münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 135 illik
yubileyinin keçirilməsi
haqqında” Sərəncamı
ilə əlaqədar
olaraq hazırlanmış
tədbirlər planına
uyğun olaraq Yevlaxda “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfransda Prezident Administrasiyasının,
Azərbaysan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun, Mətbuat Şurasının, ətraf
rayonların dövlət
qurumlarının təmsilçiləri,
bölgə qəzetlərinin
redaktorları iştirak
ediblər.
Konfrans iştirakçıları əvvəlcə
Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi
meydanındakı abidəsi
önünə çiçək
dəstələri düzüb,
xatirəsinə ehtiramlarını
bildiriblər. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Vəliyev tədbiri açaraq iştirakçıları salamlayıb,
milli mətbuatın
135 illik yubileyi ilə əlaqədar ölkə miqyaslı tədbirlərə bu bölgədən başlanılmasını
bütün yevlaxlılara
göstərilən yüksək
etimad kimi qiymətləndirib.
Prezident Adminstrasiyasın
ictimai-siyasi məsələlər
şöbəsinin mətbuat
və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev Prezidentin “Azərbaycan milli mətbuatının 135 illik
yubileyinin keçirilməsi
haqqında” Sərəncamından,
milli mətbuatın keçdiyi yoldan, müstəqil mətbuatın
yaranması və inkişafında Ümummili
lider Heydər Əliyevin rolundan, KİV-lərə göstərilən
dövlət qayğısından
danışıb.
Konfransda çıxış
edən Mətbuat Şurasının sədri
Əflatun Amaşov
1875-ci il iyulun 22-də
görkəmli alim, maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr
olunmağa başlayan
“Əkinçi” qəzetinin
fəaliyyəti, Azərbaycan
milli mətbuatının
keçdiyi şərəfli
yol barədə ətraflı məlumat verib.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Fondun fəaliyyəti, həmçinin, keçirdiyi
müsabiqələr, konfranslar,
seminarlar barədə
danışıb.
Prezident yanında
Kütləvi İnformasiya
Vasitələrinin inkişafına
Dövlət Dəstəyi
Fondunun Müşahidə
Şurasının sədri,
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Mirzəyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı İlham Məmmədov respublikada söz və məlumat azadlığının
təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst
fəaliyyəti üçün
yaradılmış şəraitdən,
müstəqil mətbuatın
inkişafında Ümummilli
lider Heydər Əliyevin rolundan, Ulu öndərin sərəncamları ilə
mətbuatın maddi-texniki
bazasının, iqtisadi
müstəqilliyinin gücləndirilməsi,
jurnalistlərin azad fəaliyyəti üçün
əlverişli şəraitin
təmin edilməsi məqsədi ilə həyata keçirilmiş
tədbirlərdən danışıblar.
Konfransda rayon qəzetlərinin redaktorları
və yerli icra strukturlarının nümayəndələri çıxış
edərək bölgə
mətbuatının fəaliyyəti
və problemlərindən
bəhs ediblər.
Yeni Azərbaycan.- 2010.- 30 iyun.- S.5.