ABŞ, əsl soyqırım budur - Xocalı!
Xocalıda baş vermiş soyqırımına münasibətdə
ədalətini əsirgəyən
Vaşinqton uydurma “erməni soyqırımı”
iddialarını dəstəkləməklə
nə məqsəd güdür?
Xəbər verdiyimiz
kimi, ötən həftənin sonlarında
ABŞ Konqresinin Nümayəndələr
Palatasının Xarici
Əlaqələr Komitəsində
qondarma “erməni soyqırımı” ilə
bağlı qanun layihəsinin səsverməsi
keçirilib və “əleyhinə” 22, “lehinə”
23 nəfər səs
verməklə layihə
qəbul olunub. Mübaliğəsiz, bu hadisəni
ABŞ tarixinin ən böyük qalmaqallarından
biri saymaq olar. Çünki bu addımın
ABŞ prizmasından normal məntiqli
izahı yoxdur. Ən azından ona görə ki, bu qərarın qəbul olunmasında nə Birləşmiş Ştatların və amerikan xalqının milli maraqları, nə mövcud beynəlxalq geosiyasi durum, nə də diplomatik qaydalar nəzərə alınıb.
Komitənin bu qərarı,
eyni zamanda, ABŞ-ın onsuz da
İraqda və Əfqanıstanda apardığı
izaholunmayan müharibələrdən
sonra ciddi zədə almış beynəlxalq imici üçün növbəti
arzuolunmaz zərbə
oldu. Artıq bütün dünya
ABŞ demokratiyasının, bu ölkənin insan haqları ilə bağlı mövqeyinin, “ədalətinin”
əsl mahiyyətini gördü. Tarixdə
sübutu və təsdiqi olmayan, yaşanıb-yaşanmadığı mübahisə doğuran, saxtalaşdırılmış tarixin, uydurma, yalan, iftira dolu
iddiaların bir dövlətin, həm də ABŞ kimi dünyanın güc mərkəzlərindən biri
olan dövlətin siyasi gündəmində yer alması, bununla bağlı dövlət qanununun qəbul olunması yəqin ki, demokratiya adlandırıla
bilməz. Görünür, Birləşmiş Ştatların demokratiya anlayışı bir ovuc erməni lobbisinin əlində oyuncaqdan başqa bir şey deyil.
Budurmu demokratiya, budurmu ABŞ-ın insan haqlarına hörməti?...
Komitənin bu məlum layihəni
müzakirəyə çıxarmasından
cəmi bir neçə gün öncə Azərbaycan tarixinə qanla yazılmış bir qətliamın-soyqırımının 18-ci ildönümünü yaşadıq. Bu gün ABŞ-ın məzlum bilib çətiri altına aldığı barbar, vəhşi ermənilərin
törətdikləri Xocalı
soyqırımının ildönümü
bütün dünyada
qeyd olundu. O soyqırımın ki, öz miqyasına və dəhşətlərinə
görə dünya tarixində analoqu çox azdır. 1992-ci ilin fevral ayının
25-26-da ruslara məxsus
366-cı alayın köməyi
ilə cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi
nəticəsində 613 nəfər
şəhid, 487 nəfər
şikəst oldu, 1275
nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək
ağlasığmaz erməni
zülmünə, təhqirlərə
və həqarətlərə
məruz qaldılar. 150 nəfərin taleyi
hələ də məlum deyil. Şəhid olanların
106 nəfəri qadın,
63 nəfəri isə
azyaşlı uşaqlar
olmuşlar, şikəstlərin
76 nəfəri yetkinlik
dövrünə çatmamış
oğlan və qızlardır. 8 ailə bütövlükdə
məhv edildi, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən
birini itirdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olundu. Bütün bunları guya
Vaşinqtonda bilmirlərmi?
Doğrudanmı tarixi
saxtalaşdıranlara dəstək
verən və bu prosesdə birbaşa iştirak edən ABŞ konqresmenləri
cəmi 18 il
öncə yaşanmış
bu soyqırımdan, özü də real faktlarla sübuta yetirilmiş, bu hadisələrdən xəbərsizdirlər?
Təbii
ki, bütün bunlara yalnız sadəlövh insanlar inana bilərlər. Bəs onda niyə,
saxta, qondarma məlumatları qanun halına salan ABŞ konqresmenləri cəmi bir neçə il əvvəl
baş vermiş əsl soyqırımı
tanımaq adına bir addım belə atmaq istəmir? Əgər onlara həqiqəti araşdırmaq, tarixi həqiqətlərin dəyərləndirilməsini
təmin etmək lazımdırsa, buyursunlar,
Xocalıda baş verənlərdən böyük
həqiqət ola bilməz. Məsələ həqiqətən
də tarixi ədalətsizliyin qarşısını
almaqdırsa və
ABŞ bu missiyanı öz üzərinə götürübsə, onda
Xocalıda baş vermiş soyqırıma qarşı bu cür ədalətsizliyə
görə, kim
cavab verməlidir? Bəlkə,
ABŞ hesab edir ki, bu məsələnin
ona aidiyyəti yoxdur?
Bu sualları sadalamaq, onların sıralarını
genişləndirmək mümkündür. Çünki bu suallara ABŞ-ın özü də cavab vermək
istəmir və verməyəcək də.
ABŞ dünyanın müxtəlif ölkələrində
baş vermiş həqiqi soyqırım faktlarına göz yumduğu, ədalətini
əsirgədiyi halda ermənilərin uydurduğu
yalanlara qarşı “ədalət” göstərir.
Çünki Xocalıda ermənilərin
vəhşiliklə və
xüsusi amansızlıqlarla
qətlə yetirdiyi insanlar da müsəlmanlardır,
türklərdir, bu gün qondarma faktlarla ittiham olunanlar da. Deməli,
ABŞ demokratiyasının, ədalətinin də əsl mahiyyəti bundan ibarətdir.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.- 2010.- 10 mart.- S.6.