Mətbuat Şurası
3 May-Ümumdünya Söz
Azadlığı Gününü
“Söz azadlığı
və jurnalist peşəkarlığı koalisiyası”
ilə birgə qeyd edib
Dünən Azərbaycan
Mətbuat Şurası
“Söz azadlığı
və jurnalist peşəkarlığı koalisiyası”
ilə birgə 3 may —
Ümumdünya Söz
Azadlığı Gününə
həsr olunmuş “dəyirmi masa” keçirib. Toplantıda “Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası”nın
“Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan”
layihəsinin təqdimatı
olub.
Tədbiri açan
MŞ sədri Əflatun
Amaşov 3 may-Ümumdünya
Söz Azadlığı
Gününün yaranma
tarixi barədə ətraflı məlumat verib. Şura sədrinin sözlərinə
görə, 1993-cü ildən
BMT səviyyəsində rəsmi
şəkildə qeyd
edilən bu tarixin mahiyyətinin Azərbaycan ictimaiyyətinə
çatdırılması vacib əhəmiyyət kəsb edir. Bu günkü toplantı, eyni zamanda həmin
zərurəti dəyərləndirmək
məqsədindən irəli
gəlir.
Ə.Amaşov bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı
ilə bağlı məsələlərin dərinləşməsində
beynəlxalq təşkilatların
və səfirliklərin
media ilə iş təcrübəsinin öyrənilməsi
vacib əhəmiyyət
daşıyıb. Belə
qurumlardan biri də Türkiyə Respublikasının Azərbaycandakı
səfirliyidir. Ötən
illər ərzində
səfirliyin Azərbaycan
jurnalistləri ilə
əlaqələri xeyli
genişlənib ki, bu işdə mətbuat müşaviri Bülənt Uğurun əməyi danılmazdır:
“Cənab Uğurun Azərbaycandakı fəaliyyət
missiyası başa çatmaqdadır. Hesab edirəm ki, KİV təmsilçilərimiz onun
simasında peşəkar
münasibətlərin rəsmiyyətdən
dostluğa, qardaşlığa,
dərin anlaşmaya keçidinin misilsiz nümunəsi ilə
Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər
şöbəsinin sektor
müdiri Vüqar Əliyev Ümumdünya Söz Azadlığı Gününün ölkəmizdə
qeyd edilməsinin əhəmiyyətini vurğulayaraq,
Azərbaycan dövlətinin
ifadə və mətbuat azadlığı
ilə bağlı proseslərə ciddi önəm verdiyini bildirib. Bu sahədə son
illər dövlət
tərəfindən reallaşdırılan
tədbirlərə diqqət
çəkən sektor
müdiri mövcud istiqamətdəki fəaliyyətin
davamlı olacağını
deyib: “Azərbaycanda söz və mətbuat azadlığının
dərinləşməsinə yönələn çoxsaylı
layihələr həyata
keçirilir. Bu məsələlərlə
bağlı müxtəlif
beynəlxalq təşkilatlarla
sıx əməkdaşlığa
üstünlük verilir.
Şübhəsiz ki,
tədbirlərin faydası
var. Amma jurnalistlərin
özləri də aktiv olmalıdırlar. Onlar mediamızın mütərəqqi ənənələrinin
öyrənilməsinə, inkişaf etdirilməsinə
çalışmalı, eyni
zamanda peşəkarlıq
tələblərinə daha
həssas yanaşmalıdırlar”,
- deyə o əlavə
edib.
BAMF-ın
sədri, Azərbaycan
Mətbuat Şurası
sədrinin müavini Umud Rəhimoğlu “Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası”nın
yaranma tarixi və fəaliyyət istiqamətləri barədə
danışıb. O bildirib
ki, koalisiyaya Jurnalistlərin Həmkarlar
İttifaqı (JUHİ), “RUH” Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsi,
Beynəlxalq Avrasiya Mətbuat Fondu və Demokratik Jurnalistlər Liqası daxildir.
MŞ sədrinin
müavini, JUHİ sədri,
“Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan”
layihəsinin koordinatoru
Müşfiq Ələsgərli
“dəyirmi masa” iştirakçılarını layihə çərçivəsində
hazırlanan saytla
Milli Televiziya
və Radio Şurasının
sədri Nuşirəvan
Məhərrəmli bildirib
ki, hazırkı dövrdə media cəmiyyətin
inkişafında olduqca
böyük rol oynayır. Elə bir sahə yoxdur
ki, media ilə bu və ya
digər dərəcədə
bağlı olmasın.
Mövcud durum jurnalistlərdən
də adekvat münasibət, xüsusən
də peşəkarlıq
tələb edir. “Cəmiyyət də, dövlət də mediaya böyük diqqət ayırır. Amma elə məsələlər
var ki, birbaşa
jurnalistlərin özlərindən
asılıdır. Bunlardan
ən mühümü
daha çox fərdi səciyyə daşıyan peşəkarlıqdır”,
- deyən N.Məhərrəmli
Mətbuat Şurasının
son zamanlar KİV təmsilçilərinin
peşəkarlıqlarının artırılması istiqamətindəki
fəaliyyətinin zəruriliyini
vurğulayıb.
İctimai Yayım
Şurasının sədri
Cahangir Məmmədli
“Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan”
layihəsinin əhəmiyyətindən
söhbət açarkən
KİV-lərdə hələ
də peşə prinsiplərinin pozulmasına
geniş rast gəlindiyini bildirib. Onun sözlərinə görə, ölkədə
söz və mətbuat azadlığı
sahəsində kifayət
qədər mükəmməl
qanunvericilik mövcuddur.
Qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi
şərait də yaradılıb. Lakin bəzən jurnalistlər
tərəfindən dövlətin söz və mətbuat
azadlığı ilə bağlı ortaya qoyduğu iradədən
sui-istifadə halları yaşanır. C.Məmmədli layihənin
bu kimi neqativ halların aradan qaldırılmasında vacib rol
oynayacağına ümidvar olduğunu deyib.
Eyni fikri Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli
də bölüşüb. Rəhbəri olduğu qurumun fəaliyyət
missiyasının söz və mətbuat azadlığı
prinsiplərinin dərinləşməsinə yönəldiyinə
diqqət çəkən icraçı direktor KİVDF-nin həyata
keçirdiyi tədbirlər barədə də ətraflı
məlumat verib.
“Azərbaycanda söz və
mətbuat azadlığı ilə bağlı məsələlərə
hər zaman böyük diqqət yetirilib. Hesab edirəm ki, bu
qayğı artan xətt üzrə inkişaf etməkdədir”,
- deyən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
mətbuat xidmətinin rəhbəri Akif Əli söz
azadlığı şəraitində müəyyən etik
çərçivənin olmasını vacib sayıb. Təqdimatı
keçirilən layihənin əhəmiyyətinə bu
baxımdan diqqət çəkən A.Əli KİV-lərlə
bağlı əksər məhkəmə çəkişmələrinin
məhz etik normalara əməl olunmamasından
qaynaqlandığını vurğulayıb.
Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Elxan Poluxov
çıxışında KİV-lərin söz
azadlığı məsələlərinə həssas
yanaşmalarında və ümumiyyətlə bu kimi məsələlərdə
mətbuat xidmətlərinin rolundan söhbət
açıb. Onların öz fəaliyyətlərini daim təkmilləşdirilməli
olduqlarını önə çəkən XİN rəsmisinin
qənaətincə, belə layihələr prosesə
yardmçılıq baxımından əhəmiyyətlidir.
Jurnalist Azər Həsrət
layihənin müsbət nəticələr verəcəyinə
inandığını bildirərkən ölkədə əvvəlki
illərlə müqayisədə bunun üçün
tutarlı əsasların mövcudluğunu vurğulayıb. “Uzun
illər söz azadlığı məsələsində
müəyyən ləngimələr olub. Lakin indiki dövrdə
baş verən proseslər, o cümlədən dövlətin
KİV-lərə qayğısının təzahürü
kimi baş verən hadisələr onu deməyə əsas
verir ki, media ilə hakimiyyət arasında bir dialoq
mövcuddur. Bu dialoqun baş tutmasının xeyrini
bütövlükdə Azərbaycan jurnalistikası
görür” - deyə, o, əlavə edib.
Yeni Azərbaycan.- 2010.- 4 may.- S.4.