Qoy ömrümüz çiçək açsın!”...

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan sərginin açılışı olub

 

DünənYeni Azərbaycanqəzetinin təşkilatçılığı, Nəsimi rayon İcra Hakimiyyəti, “Azercell Telekomşirkətinin dəstəyi iləAbşeronRəsm QalereyasındaQoy ömrümüz çiçək açsın!” adlı sərginin açılışı olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan sərgidə Nəsimi rayonu 268 saylı xüsusi məktəbin (əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün) şagirdlərinin 60-a yaxın əl işi nümayiş olunub.

Tədbiri giriş sözü ilə açanAbşeronRəsm Qalereyasının rəhbəri Eldəniz İbrahimov bildirib ki, ekspozisiyaya daxil olan maraqlı tətbiqi sənət nümunələri biokompozisiyalar, qrafika nümunələri, aplikasiya, o cümlədən, bədii tikmə, intarsiya, qarışıq texnikada hazırlanan əsərlərdən ibarətdir.

Layihənin təşəbbüskarı olanYeni Azərbaycanqəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında diqqətə çatdırıb ki, rəhbərlik etdiyi mətbu orqan Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində ənənəvi olaraq müxtəlif tədbirlər həyata keçirir: “Keçən ilYeni Azərbaycanqəzeti olaraq dama, futzal yarışmaları keçirmişik. Bu il isə voleybol üzrə KİV-lər arasında turnir təşkil etmişik. Növbəti təşəbbüslərimizdən biri , əqli cəhətdən zəif inkişaf etmiş uşaqların yaradıcılıq qabiliyyətinin üzə çıxarılması məqsədi daşıyan əl işlərindən ibarət sərgidir. Bilirsiniz ki, Ulu öndər Heydər Əliyev cəmiyyətin bütün sahələrinə diqqət göstərib bütün sahələrin inkişafı üçün əlindən gələni edib. Məlumdur ki, cəmiyyətin hər bir sahəsi inkişaf edə bilər. Amma əsas diqqətin yönəldilməsi lazım gələn sahələrdən biri sosial yardıma ehtiyac duyulan sahələrdir. Bu məqsədlə , biz məhz əqli cəhətdən zəif inkişaf etmiş uşaqları seçdik. Onların cəmiyyətə qoşulması, cəmiyyətdə baş verən hadisələrdə iştirak etmələri, onların öz potensiallarını reallaşdırmaları vacib məsələlərdən biridir. Ulu öndərin irəli sürdüyü vacib təşəbbüslərdən biri ondan ibarət idi ki, cəmiyyətin hər bir fərdi özünü bu cəmiyyətdə normal hiss etməlidir. Hər bir fərd öz potensialını nümayiş etdirməlidir. Cəmiyyətin hər bir fərdi hiss etməlidir ki, ona Azərbaycan dövləti tərəfindən diqqət qayğı göstərilir. Hesab edirik ki, keçirdiyimiz tədbir məhz ayrı-ayrı fərdlərin sosial birləşməsinə özünü təqdim etməsinə xidmət edəcək. Çünki hər bir cəmiyyəti irəli götürən məhz kollektivçi meyillərdir. Nəticə etibarı ilə bu proseslərin hamısı hər bir cəmiyyətdə müəyyən dayanışmaya, doğmalaşmaya səbəb olur. Beləliklə, cəmiyyətin gücü, millətin gücü monolitləşir. Hansı ki, bu bizə mövcud beynəlxalq şəraitdə, mövcud regional şəraitdə olduqca vacibdir”.

Layihəyə dəstək verən hər kəsə təşəkkürünü bildirən H.Babaoğlu sərgilənən əl işləri arasından ən yaxşılarını müəyyən etməkdə münsiflər heyətinin seçim qarşısında qaldığını da diqqətə çatdırıb.

Daha sonra YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək, nəcib işi təşkil edən dəstək olan hər kəsə öz minnətdarlığını bildirib. O, əqli cəhətdən zəif inkişaf etmiş uşaqların istedadının üzə çıxması istiqamətində görülən işi yüksək qiymətləndirib. Daha sonraAzercell Telekom” MMC-nin Korporativ Ünsiyyət Sosial Məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə çıxış edərəkAzercell”in sosial məsuliyyətli layihələrin təşəbbüsündəpionerşirkət olduğunu söyləyib: “Ən qürur duyacağımız isə uşaqlarla bağlı olan layihələrdir. Ümumiyyətlə, uşaqlarla bağlı həyata keçirilən hər bir uğurlu səmərəli sevindiricidir”.

Sərgidə çıxış edən 268 saylı xüsusi məktəbin direktoru Seyfəddin Mustafayev isə diqqətə çatdırıb ki, məktəb Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın himayəsi altındadır. Qeyd edək ki, qalereyada Mehriban xanım Əliyevanın məktəbdə keçirdiyi müxtəlif tədbirlər zamanı çəkilən fotolar da nümayiş etdirilir.

Tədbirdə, həmçinin, münsiflər heyəti tərəfindən müəyyən olunmuş ən yaxşı əsərlərin müəllifləri mükafatlandırılıb. “Azercell”in xüsusi mükafatıAzərbaycan bayrağıəsəri ilə Aynur Cahangirovaya təqdim olunub.

Bahar qızıəsəri ilə Xatirə Şirinova I yerə, “Qaranquşəsəri ilə Fərid Əmrahi II yerə, “Daş evəsəri ilə Günay Orucova III yerə layiq görülüb. Həvəsləndirici mükafatlarla isə Dayana Mardovina Mustafa Abdullayev təltif olunub. Tədbirə 268 saylı xüsusi məktəbin şagirdlərinin hazırladıqları rəqs nömrələri ilə yekun vurulub. Qeyd edək ki, “Qoy ömrümüz çiçək açsın!” sərgisi mayın 10-na kimi davam edəcək.

 

 

Turanə QADİRQIZI

 

Yeni Azərbaycan.- 2010.- 7 may.- S.4.