Gorus-2010: erməni xəstəliyinin
şiddətlənməsi
(Akademik Ramiz Mehdiyevin “Gorus-2010: Absurd Teatrı
Mövsümü” adlı məqaləsi haqqında
düşüncələr)
Hazırda dünyada
böyüklü-kiçikli 5 minə yaxın xalq vardır.
Mövcud olan bu xalqların hər birinin öz milli xüsusiyyətləri,
adət-ənənələri, qayda-qanunları,
insanlığa, ümumilikdə isə bəşəriyyətə
münasibətləri, yaxın-uzaq xalqlara yanaşma tərzi-hərəkətləri
vardır. Bu da bir həqiqətdir ki, bəşər
övladı yaranan gündən bu günə kimi minlərlə
tayfa, xalq yaranıb, inkişaf edib, ancaq tarixin hansı səhifəsindəsə
tənəzzülə uğrayıb, sonrasa hansısa bir
tayfanın və xalqın içərisində “əriyərək”
asimilyasiya olaraq yox olublar. Tarixin süzgəcindən
keçib bu günə gəlib çatmış hər bir
xalq qədim və həm də yetkin xalq kimi qəbul
olunmalı və qiymətləndirilməlidir. Burda nə irqə,
nə rəngə, nə də dinə fərq
qoyulmamalıdır. Xalqımız tarix boyu bütün
xalqlara hörmətlə yanaşmış, imdad istəyənlərə,
kömək diləyənlərə əl uzatmış, tikəsini
onlarla bölüşdürmüşdür.
Hər xalqın tarixi
torpaqları, vətəni vardır. Azərbaycan
xalqının, azəri türklərinin ta qədimdən
öz əzəli yurdu, əzəli vətəni olmuşdur.
Tarix boyu biz azərbaycanlıların heç kəsin
torpağında gözümüz olmayıbdır və indi də
yoxdur. Doğma torpaq, vətən, yurd Azərbaycan xalqı
üçün müqəddəs bir varlıqdır. Məhz
buna görə də, bizlərdə vətəndən uzaq
düşmək, vətənsiz yaşamaq müşkül
hal sayılır. Tarixdə elə vaxtlar olub ki,
torpaqlarımızın bir parçası düşmənlər
tərəfindən işğal olunub. Ancaq tezliklə də
torpaqlarımız vətənin igid oğulları tərəfindən
azad olunub. Sərhədlərimiz zaman-zaman pozulsa da,
torpaqlarımız yadlar tərəfindən tapdansa da
bütün bunlar müvəqqəti olub. Bu gün də
torpaqlarımız yurdsuz-yuvasız haylar tərəfindən
işğal olunsa da, bu müvəqqətidir.
Neçə əsrdir ki, ermənilər
əzəli torpaqlarımızda yaşayırlar, ancaq həmişə
də onlara çörək, su, torpaq vermiş bizlərə
arxadan zərbə vurmağa cəhd göstəriblər. Ona
görə ki, hayların əzəli torpaqları olmayıb,
bu gün də yoxdur.
Vaxtı ilə bir çox
dünya xalqlarına bələd olan bir tarixçi - səyyah
yazır ki, dünyada üç xalqın əzəli və
həmişəlik vətəni yoxdur. Bunlar: yəhudilər,
qaraçılar və ermənilərdir. Bu xalqlar demək
olar ki, dünyanın hər yerində yaşayırlar. Ancaq nə
qaraçılar, nə də yəhudilər uzun əsrlər
yaşadıqları yerə, məmləkətə sahib
çıxıb deməyiblər ki, bura bizim torpaqdır. Ermənilər
isə hardasa, hansı xalqın torpağındasa bir qədər
yaşadıqdan, yəni, özlərinə yer etdikdən
sonra başlayırlar orada yerli əhalini
sıxışdırmağa və yalan tarix yapmağa.
Haylar bununla da kifayətlənmir,
nəticədə özlərini o yerlərin tarixi sakinləri,
torpaqlarına sahib olduqları xalqı isə utanmadan,
qatır inadkarlığı ilə gəlmə
adlandırırlar.
Qəribəsi odur ki, belə
barbar təxəyyül, yalanla yoğrulmuş saxtakarlıq
erməni daşnaklarının ziyalısından tutmuş,
ölkə başçılarına kimi hamıda dəyişməz
haldır. Bu erməni xəstəliyidir. Təbabətdə
“erməni xəstəliyi” adlı xəstəlik mövcuddur.
Bu xəstəliyin əsas əlaməti
çılğın qızdırmadır. Və insanı
sayıqladır. Bəşər övladlarından yalnız
haylar bu xəstəliyə tutulurlar.
Ermənistan prezidenti Serj
Sarkisyanın oktyabrın 16-da Gorus şəhərində erməni
diasporunu təmsil edən jurnalistlər qarşısında
çıxışı əsl
teatrlaşdırılmış erməni sayıqlamasından
başqa bir şey deyildir. Ancaq Serj Sarkisyan öz bədnam
çıxışında özünü samballı
tarixçi, tədqiqatçı kimi göstərməyə
çalışmışdır. Yəni, erməni
tarixçilərinin, millətçilərinin yalan və
iftiralarını özünəməxsus şəkildə təkrar
etmişdir. Axı, hansısa texniki institutu güc-bəla ilə
qurtaran, şovinist əxlaqlı, əlləri
torpağında yaşadığı, çörəyini
yediyi xalqın qanını axıdan belə adamdan başqa nə
gözləmək olardı?! Saxta erməni tarixçilərinin
yalanlarını gəlmə jurnalistlərə sırımaq
ən böyük absurd deyilmi?!
Ermənistan prezidenti Serj
Sarkisyanın Gorusdakı bu, gülünc, siyasi
savadsızlığa söykənən
çıxışından sonra Prezident Adminstrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyev “Gorus-2010: absurd teatrı
mövsümü” adlı olduqca samballı, yetərincə
tutarlı, elmi və sarkazlı cavab məqaləsi
yazmışdır.
Hörmətli Ramiz müəllim
Serj Sarkisyanın Gorusda söylədiklərini təkcə tənqid
etmir, onu ifşa edir, həm də elmi, nəzəri cəhətdən
heç bir təfərrüata varmadan, mənbələrə,
sənədlərə istinadən ifşa edir.
Hörmətli akademikin belə
cavab verməsi erməni liderinin həyasızlığına
biganə qala bilməməsindən irəli gəlmişdir.
Müəllif 1992-ci ilin fevralında Xocalı faciəsinin və
minlərlə azərbaycanlının öz ata-baba
yurdlarında amansızlıqla, faşist qəddarlığı
ilə öldürülməsində əsas təşkilatçılardan
biri olmuş S.Sarkisyanın Gorusda özünü alim qismində
təqdim etməsinə təəcübünü gizlədə
bilmir.
Xalqımızın
ünvanına Serj Sarkisyanın yalan və riyakarlıqla dolu
söylədiklərinə Ramiz müəllim bənd-bənd
cavab verir. Serj Sarkisyan Gorusdakı çıxışında
Azərbaycanda Stepan Şaumyanı “bandit”
adlandırılmasını hiddətlə bildirməsinə
müəllif S.Şaumyanın xalqımıza qarşı
törətdiklərini bir-bir erməni liderinin yadına
salır. Məgər Ermənistan prezidenti bilmir ki, bu gün
Qarabağı özünkü necə bilirsə 1918-ci ildə
S.Şaumyan da Bakını erməni şəhəri
sayırdı. Serj Sarkisyan bilməlidir ki, Stepan Şaumyanı
Azərbaycanda təkcə “bandit” yox, həm də cani
adlandırırlar. Stepan Şaumyan bolşevik dərisinə
bürünmüş qatı daşnak olmuşdur. O, təkcə
Bakıya yox, bütün Azərbaycana sahib olmaq istəyirdi.
Şaumyanın adamları hələ o vaxt Avropa qəzetlərində
yazırdılar ki, bəs ermənilər Dünya müharibəsində
Bakını alıblar. Daşnaklar bir qədər də irəli
gedərək utanmadan avropalıları inandırmağa
çalışırdılar ki, güya Azərbaycan
Böyük Ermənistanın bir əyalətidir. Həmən
Şaumyan 1918-ci ilin yayında minlərlə türkü, azərbaycanlını
qətlə yetirən, türklər tərəfindən xainliyinə
görə qulağı kəsilən “təkqulaq Andronik”ə
teleqram vuraraq onu xalq qəhramanı adlandırırdı.
Serj Sarkisyan coşaraq
jurnalistlərə növbəti yalan
fırlatmışdır. “Bu torpaqlar vaxtı ilə bizim
olmuşdur, biz yerli xalqıq, siz gəlmə, deməli,
haqqımız var”. Burda da Ramiz müəllimin təbirincə
desək, Sarkisyan sözlərin yerini səhv
salmışdır və “Bu məqsədlə faktlarla
heç bir əlaqəsi olmayan
saxtalaşdırılmış tarix versiyası
uydurulmuşdur”.
Yalan və uydurmalar ermənilərin
əbədi adətidir. Görkəmli alim çox haqlı
olaraq göstərir: “Ermənistanı tarixi
saxtalaşdırılması məsələləri üzrə
dəyişməz dünya çempionu adlandırmaq olar”.
Dağlıq Qarabağı
özlərinin tarixi əraziləri sayan bugünkü ermənilər
görəsən bu məsələdə nəyə əsaslanırlar?
Əlbəttə ki, uydurulmuş yalana. Məqalədə göstərilir
ki, Dağlıq Qarabağı bu vaxta kimi “Arsax” adlandıran
ermənilər indi onu “Vararaku” adlandırırlar. Müəllif
göstərir ki, heç bir tarix ədəbiyyatında
“Vararaku” sözünə rast gəlinmir. Bircə erməni
tarixçiləri özlərinin “yeni” tarixini yazarkən
düşünüblər ki, axı “Arsax” türk
sözüdür - “Ərsak” deməkdir. Alban tayfalarından
sayılan saklar (bunlar da türkdilli idilər) bugünkü
Qarabağ ərazisində qədimdən
yaşayırdılar. “Ər” önlüyü də
“kişi”, “igid” deməkdir. Haylar belə ifadələrdən
çox uzaq bir məxluqdurlar.
Ermənilər bu torpağa
sahib olmaq üçün türk adlı toponimlərin, yer
adlarının adını dəyişərək onları
erməniləşdiriblər. Minlərlə kənd, şəhər,
çöl, dağ, ərazi, vilayət adları dəyişdirilibdir.
Bu cür vandal təcavüz vaxtilə albanların-azərbaycanlıların
yaratdıqları mədəni, memarlıq abidələrinə
qarşı da aparılmışdır. Haylar bu gün də
belə əməllərini davam etdirirlər. Məqalədə
bu barədə geniş söhbət açılır.
Müəllif ürək ağrısı ilə yazır ki,
“Bu gün ermənilərin işğal etdikləri torpaqlarda mədəni
terror həyata keçirilir. Separatçılar tarixi
memarlıq qoruğu, orta əsrlərə aid Azərbaycan
şəhəri Şuşanı dağıtmışlar...”
Özlərini
dünyanın ən qədim, ən mədəni xalqı
sayan ermənilərin iç üzləri, iç mənəviyyatları
belədir...
Bu gəlmələr, bu
yurdsuz haylar öz uşaqlarını doğum günündən
başlayaraq türklərə və müsəlmanlara nifrət
hissi ilə tərbiyə edirlər. Bu o deməkdir ki, ermənilər
gələcək nəsillərini terrorçu kimi lap
uşaqlıqdan hazırlayırlar. Tarixi həqiqətdir ki,
ermənilərin bu xislətindən ingilislər, fransızlar
və ruslar zaman-zaman istifadə ediblər...
Məqalədə
bütün məsələlər tarixi
ardıcıllıqla, həm də hər şey həqiqi
tarixə söykənərək verilir. Bu, həm də
primitiv təfəkkürə malik olan, tarixi bilməyən, hər
cür bəşəri duyğulardan məhrum olan opponentə
müəllifin cavabıdır. Hörmətli akademik tarixi
hadisələri, sadəcə, sadalamır, çox mürəkkəb
dövrlərin burulğanında tarix səhifələrinə
yazılan hadisələri göstərir və şərh
edir. Ermənilərin Cənubi Qafqazda tarixən
yaşamadıqlarını, onların bu yerlərə, o
cümlədən, bizim ərazilərə köçürüldüklərini
bildirir.
Müəllif yazır: “Ermənilər
(haylar) XV əsrin ortalarınadək Cənubi Qafqazda demək
olar ki, yaşamırdılar. 1441-ci ildə Qaraqoyunlular
türk-Azərbaycan dövlətinin hökmdarı Cahan
şah erməni katolikosluğunun mərkəzini, əhalisi
tamamilə türklər olan İrəvan
yaxınlığındakı Killikiyanın Sis şəhərindən
qədimdə alban monastrı olmuş Üçkilsə
monastrına (yaxud Üç Müədzinə)
köçürmüşlər. Sonralar ermənilər
Üç Müədzin adını dəyişərək
“Eçmiədzin” kimi ifadə etmişlər...” Bax, bu
tarixdir. Ancaq ermənilərin yazdıqları tarix yox.
Xalqımızda belə bir
deyim vardır: “Yersiz gəldi, yerli qaç”. Haylar yerləşdikləri
ərazilər üçün yeni tarix yaradaraq yerli əhalini
“gəlmə” adlandırırlar. Burada görkəmli rus
tarixçisi İ.Petruşevskinin erməni tarixçiləri
barədə dediyi sözlər yada düşür: “Erməni
xalqı öz tarixindən daha çox öz tarixçilərinə
borcludur”. Şərhə ehtiyac yoxdur.
Sarkisyanın “kəşfi”
erməni tarixçilərini də lap kölgədə
qoyubdur. Sarkisyana görə təkcə erməni dilinin
yaşı 8 min ildən çoxdur. Vallah, yalanın da bir
hüdudu olmalıdır. Məqalədə tarixi faktlara əsasən
göstərilir ki, haylar Qafqazdan əvvəl Van
gölünün ətrafına Balkandan (bəzi tarixçilərə
görə Hindistandan, yaxud da Fərat çayının
yuxarılarından) gəlmişlər. Bunu Herodot, rus şərqşünası
İ.M.Dyakonov, erməni tarixçisi M.Q.Nersenyan və b.
göstərmişlər. Ramiz müəllim bütün
bunlar haqqında müfəssəl, mənbələr əsasında,
olduqca aydın və məntiqli yazmışdır. Müəllif
ermənilərin Cənubi Qafqaza, o cümlədən, Azərbaycana
XIX əsrin əvvəllərindən başlayaraq kütləvi
gəlmələrini dəqiq və əsaslı surətdə
göstərir. Böyük həqiqətdir ki, I Pyotrdan
başlayaraq rus çarları Azərbaycan ərazisində
erməniləri zorla yerləşdiriblər.
1828-ci il “Türkmənçay”
müqaviləsi bağlandıqdan sonra İran, Türkiyə
və b. yerlərdən Azərbaycanın İrəvan,
Naxçıvan, Qarabağ və Şirvan vilayətlərinə
çoxlu erməni ailələri köçürülərək
yerləşdirilmişdir. Bu barədə Rusiyanın o vaxt
İrandakı səfiri yazıçı Aleksandr Qriboyedov,
rus yazıçısı və tarixçisi S.N.Qlinka, rus
çarının xüsusi nümayəndəsi N.Şavrov və
qeyriləri rəsmi arayışlar yazmışlar.
A.Qriboyedovun yazdıqlarından belə məlum olur ki, yerli
müsəlmanlar ermənilərin gətirilməsindən
narazı qalmışdılar. Qriboyedov yazır ki, biz
onları inandırmağa çalışdıq ki, ermənilər
bu yerlərdə çox qalmayacaqlar, başqa yerə
köçürüləcəklər.
1891-ci ildə N.Şavrov
yazırdı ki, “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min
ermənidən bir milyondan çoxu yerli əhali deyildir, bizim
tərəfimizdən köçürülənlərdir”.
Görünür Ermənistan
rəhbəri bunlardan xəbərsizdir. Yoxsa, hörmətli
Ramiz müəllim demişkən Sarkisyan “köçəri”
sözünün ünvanını dəyişməzrdi.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə məsələdə
də Serj Sarkisyan əvvəlki havanı yenə
çalır. Hələ də utanmadan Dağlıq
Qarabağa sahibliyindən söhbət açır. BMT Təhlükəsizlik
Şurasının qətnamələrində Dağlıq
Qarabağ “Azərbaycan Respublikasının Dağlıq
Qarabağ regionu” kimi göstərilməsinə də Ermənistan
tərəfi məhəl qoymur.
Ermənilərin necə
yaramaz olduqlarını dünyanın böyük söz, sənət
sahibləri, dövlət və ictimai xadimləri tarix boyu
çox demiş və yazmışlar. Aleksandr Puşkin:
“Tı rab, tı trus, tı vor, tı armyanin”; fransız
yazıçısı A.Düma: “Erməni: sənəd versə
belə, ona inanmaq olmaz”; İ.Çavçavadze: “Biz sizə
çörək verdik, su verdik, torpaq verdik. Sizsə bunu bilmədiniz...”;
F.Engels: “Dünyada ilk fahişə qadınlar erməni
qadınlar olmuşdur...” və s. və i.
Görünür hayların
haramzada, çörəyi diz üstə olmaları F.Engelsin
dediklərindən doğmuşdur...
Çox hörmətli
akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı
mövsümü” məqaləsi vaxtında yazılmışdır,
Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabdır, necə
deyərlər ona tərs sillədir.
Böyük bir əsərə
bərabər tutulmağa layiq olan bu məqalə
özünün samballılığı, mənbəşünaslığı,
mərdaniliyi və sarkazı ilə diqqəti cəlb edir. Bu əsl
tənqidi və sənədli əsərdir. Məziyyətlərindən
çox danışmaq olar.
Məqalə barədə
bir arzumuz var: bu məqalə xarici dillərə (rus, ingilis,
fransız və s.) tərcümə olunub, kitab halında
yayılsın. Yaxşı olar ki, erməni dilinə də
çevrilsin. Qoy ermənilər də oxusunlar. Bəlkə
onların yatmış vicdanları oyandı. Bəlkə həqiqəti
dərk etdilər...
Məqalə biz azərbaycanlılarda
belə bir optimist əhval-ruhiyyə yaradır: vaxt gələcək
bütün torpaqlarımız, təkcə Qarabağ yox,
İrəvan da bizim olacaqdır. Haylar o yerləri bu dəfə
əbədi tərk edəcəklər. Bu haqdır...
MUSA QULUZADƏ
Yeni Azərbaycan.- 2010.- 27 noyabr.- S.4.