Əhməd Ələsgərov
75 illik yubileyini qeyd edib
Dunən Azərbaycanın
ən tanınmış futbol mütəxəssislərindən
olan Əhməd Ələsgərovun ad günü idi. Uzun illərdir
Ukraynanın Odessa şəhərində yaşayan məşqçimiz
75 illik yubileyini qeyd edir. 1935-ci ildə Bakıda anadan olan Ələsgərovun
futbolçu karyerası "Neftçi" komandası ilə
bağlı olub.
1956-65-ci illərdə
bu komandada oynayan, həmçinin, kapitan
sarğısını daşımış yarımmüdafiəçi
SSRİ çempionatında və kubokunda 210 oyunda 17 qol vurub.
Futbolçu karyerasını erkən başa vurmalı olan Ələsgərov
məşqçi kimi debütdə "Neftçi" ilə'
böyük uğura imza atır.
Belə ki, "ağ-qaralar"
SSRİ çempionatında yeganə mükafatımız olan
bürünc medalı
1966-cı ildə məhz onun rəhbərliyi altında
qazanıb. "Neftçi"də SSRİ vaxtında 1966-70,
1979-82-ci illərdə baş məşqçi olan Ələsgərov
müstəqillik qazandığımızdan sonra bu
komandanın ilk çalışdırıcısı olub.
Flaqman 1992-ci ildə onun başçılığı
altında ilk ölkə çempionu olub, 1998-2000-ci illərdə
isə gümüş və bürünc medal qazanıb. Ələsgərov
425 matçla "Neftçi"nin tarixinə ən çox
oyun keçirən baş məşqçi kimi
düşüb. Futbolçuları psixoloji baxımdan
güclü hazırlaşdırmağı ilə seçilən
məşqçimiz vətəndən kənarda
Tacikistanın "Pamir" (1972), Ukraynanın
"Çernomorets" (1973-77), Moldovanın "Nistru"
(1988-89) yə "Şerif (1997-98) klublarını
çalışdırıb. SSRİ çempionatında
ikinci bürünc medalını 1974-cü ildə
"Çernomorets"lə qazanan Ələsgərov vətəndə
Naxçıvanın "Araz" klubunun da baş məşqçisi
olub. O, 2006-cı ildə "Bakı" ilk
çempionluğunu qazanan zaman klubda vitse-prezident və
müşavir vəzifələrində
çalışıb. Milli komandamızın ilk baş məşqçisi
kimi futbol tariximizə düşən Ələsgərov
1992-93-cü və 1998-2000-ci illərdə yığmada
işləyib. O, 4 Ölkənin - Azərbaycan, Ukrayna, Moldova və
Tacikistanın Əməkdar məşqçisidir.
Yeni Azərbaycan.- 2010.- 6 oktyabr.-
S.8.