“ÜNS” teatrı yeni mövsümü görkəmli alim Aida İmanquliyevanın xatirəsinə həsr edilmiş konsert proqramı ilə açıb

 

Oktyabrın 10-da “ÜNS” teatrında yeni mövsümün açılış mərasimi keçirilib. AzərTAc xəbər verir ki, teatrın yeni mövsümünün açılışı XX əsrin tanınmış ziyalılarından biri, görkəmli şərqşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın xatirəsinə ithaf olunub.

Görkəmli alimin xatirəsinə həsr edilən gecədə onun qohumları, tanınmış ziyalılar, incəsənət xadimləri iştirak ediblər.

Teatrın foyesində Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmişŞərq Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələrmövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun materialları toplanan kitablar sərgilənib.

Musiqi axşamında alimin qızı, teatrın bədii rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva teatrın yeni mövsümünün açılışını elan edib. Bildirib ki, gələn il teatrın fəaliyyətə başlamasının 5 ili tamam olur. “Ölçüsünə görə bu məkan kiçik olsa da, mənaca ucadır, çünki bura əsl sənət ocağıdır”, - deyən Nərgiz Paşayeva bu səhnədə bir çox tamaşaların, konsertlərin, xatirə gecələrinin təşkil edildiyini söyləyib. Qeyd edib ki, yeni mövsümün açılışı günündə bu səhnədə cari ildə 200 yaşı tamam olan dahi bəstəkarlar Robert Şuman Frederik Şopenin ölməz əsərlərindən ibarət romantik fortepiano musiqisi səslənəcək.

Nərgiz Paşayeva deyib: “Aida xanım sovet dövründə deyil, azad zamanda yaşasaydı onun əsərləri, elmi irsi yalnız Azərbaycan rus dillərində deyil, ingilis, fransız, ərəb, alman dillərinə tərcümə edilərək dünyanın bir çox universitetlərinin, kitabxanalarının kataloqları içərisinə salınardı. Bu gün sevinirik ki, Aida xanımın elmi irsi tərcümə edilərək, geniş kütləyə çatdırılır”.

Gecədə Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Murad Hüseynov Şuman Şopenin əsərlərini mükəmməl peşəkarlıqla ifa edib.

 

 

Yeni Azərbaycan.- 2010.- 12 oktyabr.- S.8.