Keçilən və keçilməyən dərs
Bu gün yenə göy üzünü qara buludlar alacaq yəqin. Düz, 20 il əvvəl olduğu kimi, bu gün yenə havadan qəm qoxusu gələcək, insanlarımızın tökdükləri göz yaşları buxar olub xırda yağış damcıları şəklində səpələnəcək bütün Azərbaycanın üzərinə. Düzü, 1990-cı ildən əvvəlki yanvarların soyuq keçdiyini xatırlasam da, havanın məhz bu cür göz yaşı tökdüyü ağlıma gəlmir. Amma həmin tarixdən, 1990-cı ilin məlum dəhşətli gecəsindən sonra hər il yanvarın 20-də göylər də şəhidlərimizə yas tutur...
Düz 20 il əvvəl orta məktəbin 10-cu sinfində oxuyurdum. Ölkədə cərəyan edən proseslər, həmçinin, 1988-ci ildə ermənilərin xalqımıza qarşı başlatdıqları növbəti soyqırımı siyasəti bizim də şən, qıvraq şagird həyatımızı alt-üst etmişdi. Xalqımızın başına gətirilən müsibətlər bizi daha tez böyüməyə vadar etmişdi. Yaşımızdan qat-qat böyük görünür, böyüklərlə birgə Azərbaycanın taleyinin necə olacağına dair diskussiyalara qatılmağa həvəs göstərirdik. Yalnız sonralar dərk edəcəkdik ki, bu, özündən böyük görünmə istəyi bizlərə olduqca baha başa gəlib. Şagird sevincini, gənclik duyğularını yaşamaqdan məhrum edib bizləri bu istək. Özümüz də istəmədən girovuna çevrildiyimiz bu istəyin nəticəsidir ki, həmin dövrün 10-cuları gəncliyini hiss etmədən qocalıqla uğraşmağa başlayıb...
Bu qocalaşmanın əsası isə məhz həmin müdhiş tarixdə, 1990-cı ilin 20 Yanvarında qoyulub, desək, daha düzgün olar. Daha doğrusu, 1988-ci ildən başlanan olaylar Qarabağ və Azadlıq istəyi ilə ayağa qalxan xalqımızı küçə-meydanlara tökmüşdü. Azərbaycan, ümumilikdə, etiraz məkanını xatırladırdı. Ötən hər gün ərzində gərginlik çəkisi artan proseslər isə xalqın səbr kasasını daşdırırdı. Artıq soyuq yanvar günləri, daha doğrusu, yanvarın 19-u axşam idi. Yuxarıda da qeyd etdiyim kimi, böyüklərlə respublikanın taleyini müzakirə etmək həvəsi bizi kiçik siyasətçilərə çevirmişdi və həmin axşam mən də televiziyanın qarşısında oturub, həvəslə növbəti “Günün ekranı”nı gözləyirdim.
Əslində, “Günün ekranı”nda elə də qeyri-adi bir şeyin
deyiləcəyi gözlənilmirdi. Çünki Əbdürrəhman Vəzirovun
və onun müti komandasının istəyindən kənar bir şeyin deyiləcəyini gözləməyin
özü sadəlövhlük
idi. Lakin suda boğulanın
saman çöpündən
yapışdığı kimi, bizim də
baxacağımız digər
televiziya kanalı olmadığı üçün
(həmin dövrün
mərkəzi televiziyası
erməni təbliğatına
xidmət etdiyi üçün ondan söhbət açmağa
belə dəyməzdi-N.A)
bütün nəzərlərimiz
AzTV-yə istiqamətlənmişdi.
Lakin sözügedən tarixdə
“Günün ekranı”
efirə getmədi.
Daha doğrusu, televiziyanın ekranındakı görüntülər
qəfildən itdi.
Bizimkilər günahı antenada
görsələr də,
ürəyimə nəsə
damıbmış kimi
dərhal radionu açdım. Amma burada
da təkcə “qəzəblənmiş xalq
kütləsi meydanlara
toplaşıb...” sözlərini
eşidə bildim.
Və radionun da səsi
batdı. Yalnız
sonralar biləcəkdik
ki, əslində, buna səbəb sovet əsgərlərinin
əməlləri olub...
Beləliklə, nigarançılıqla yatmağa
çalışdıq. Çünki bu aralarda hər
kəs sanki hansısa xoşagəlməz
hadisənin olacağı
xofu ilə yaşayırdı. Televiziya və
radionun səsinin qəfil “batması” isə bizim də həmin xofun ağuşuna düşməyimizə səbəb
oldu. Və gecə saat
4-də maşın siqnalları
və qonşuların
səs-küyü narahatlığımızın
əsassız olmadığını
təsdiqlədi. Atam
həyət qapısını
açanda qonşumuz
Həsən dayı ağlaya-ağlaya “ay Nəbi
deyirlər Bakıda hamını qırıblar,
indi də bura gəlirlər, bəlkə uşaqları
kəndə göndərək,
gizlənsinlər” dedi.
Lakin həmin gecə Bakıda qırğın
törədənlər, yəni,
sovet əsgərləri
Yevlaxa gəlmədilər.
Heç sabah
da gəlmədilər.
Bununla belə, biz bir neçə gün gecələr “birdən bu gün gəlib bizi qırarlar ey” qorxusu ilə
yaşadıq...
Yanvarın 20-i səhər məktəbə
getdik və bizi direktorumuz Raquf müəllim qarşıladı. Direktorumuz hüznlü halda
“Uşaqlar bu gün dərs olmayacaq. Gedin evlərinizə, xalqımızın
başına dəhşətli
faciə gəlib” dedi. Biz geri dönmək istəyərkən
bir nəfərin “çox müstəqillik,
azadlıq deyirdilər.
Artıq
onların sonu çatdı” sözlərindən
diksindik. Hər kəs
qeyri-ixtiyari nəzərlərini
direktora zillədi.
Raquf müəllim isə qəzəbli bir tonda əlini
Mixail Qorbaçovun məktəbin foyesindəki
şəklinə tuşlayıb
“azadlıq istəyənlərin
deyil, bunların sonu çatdı” dedi. Sonra isə
köməkçilərindən birinə “bu şəkli çıxarın
atın” göstərişini
verdi...
Bəli, düz
20 il əvvəl
yanvarın 20-də məlum
faciə ilə əlaqədar bizim məktəbdəki dərslərimiz
keçilmədi. Lakin
məhz həmin tarixdə biz başqa bir dərs keçdik-qorxmazlıq,
düşmən qarşısında
əyilməmək, sınmamaq,
bütün olanlara baxmayaraq, öz azadlıq, müstəqillik
istəyindən əl
çəkməmək dərsi...
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2010.- 20 yanvar.- S.7.