Sosial-iqtisadi inkişafın Əzizbəyov
rayon nümunəsi...
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. Ötən 5 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə minlərlə yeni müəssisə yaradılıb, daimi yeni iş yerləri açılıb, yoxsulluğun səviyyəsi 11 faizədək azalıb. Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir.
Onu da qeyd edək
ki, Prezident İlham Əliyevin yürütdüyü
sosial-iqtisadi islahatlar siyasəti nəticəsində bölgələrlə
yanaşı, Bakının rayonları, qəsəbələri
və kəndləri də öz inkişafının yeni mərhələsinə
qədəm qoyub. Belə rayonlardan biri də Əzizbəyov
rayonudur.
Prezident
İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir
ki, bölgələrlə bərabər, Bakıətrafı
qəsəbələrin də sosial-iqtisadi inkişafı
sürətlə davam etdirilir. Yenidənqurma işləri
sayəsində qəsəbələr günü-gündən
abadlaşır, öz simasını dəyişir.
Regionlarda geniş infrastruktur layihələrinin həyata
keçirilməsi nəticəsində bütün sferalarda
yeniləşmə işləri aparılır, istehsal müəssisələrinin,
iş yerlərinin açılması, geniş vüsət
almış tikinti, quruculuq və abadlıq tədbirləri
ötən ildə Əzizbəyov rayonunda da uğurla davam
etdirilib. Bu müddət ərzində rayonun
sosial-iqtisadi həyatında baş verən pozitiv dəyişikliklər
bütün sahələrdə yüksəlişlə
müşayiət olunub.
Belə ki, 2009-cu ildə
rayon üzrə sənaye məhsulu istehsalı 2008-ci ilin
müvafiq dövrü ilə müqayisədə 0,3 faiz
artaraq 684 milyon 926,6 min manat təşkil edib. Sənaye məhsulunun
ümumi həcmində
dövlət sektorunun xüsusi çəkisi 96,9 faiz olub. Nəqliyyat
sektorunda 249 milyon 142 min manatlıq xidmətlər göstərilib
ki, bu da 2008-ci ilin eyni dövrü ilə müqayisədə 89,8 faiz
çox olub.
Rabitə müəssisəsi
tərəfindən idarə və təşkilatlara, əhaliyə
faktiki qiymətlərlə 3 milyon 27,2 min
manatlıq və ya ötən ilin müvafiq dövrü ilə
müqayisədə 86,4 faiz çox rabitə xidməti
göstərilib.
Hesabat dövründə
rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin
inkişafı üçün bütün maliyyə mənbələri
hesabına 482 milyon 894,3 min manat məbləğində
investisiya cəlb edilib ki, bu da 2008-ci ilin müvafiq
dövrünə nisbətən 94,4 faiz olub. İstifadə
edilmiş investisiyaların 96,4 faizi istehsal obyektlərinin
inşasına, 169 milyon 41,4 min
manatı isə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf
olunub və əvvəlki ilin müvafiq dövrünə nisbətən
86,8 faiz təşkil edib.
İstehlak və xidmət
bazarlarında əhaliyə 831 milyon 796,9
min manatlıq istehlak malları satılıb və pullu xidmətlər
göstərilib. Pərakəndə əmtəə
dövriyyəsi 556 milyon 857,3
min manata, pullu xidmətlərin həcmi 214 milyon 939,6 min manata
çatıb.
Ticarət şəbəkəsindən
satılmış məhsulların 9 faizi hüquqi şəxs
kimi fəaliyyət göstərən ticarət təşkilatları,
27,3 fazi yarmarkalar və bazarlar, 63,6 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən
fiziki şəxslər tərəfindən realizə olunub.
Rayonun iqtisadi və sosial sahələrində
işləyənlərin orta aylıq əməkhaqqı
2008-cı illə müqayisədə 5,4
faizi çoxalaraq 448,7 manata, sənaye sahəsində
çalışanların orta aylıq əməkhaqqı 6,4
faizi artaraq 666,9 manat, tikinti kompleksində
çalışanların orta aylıq əməkhaqqı isə
17,1 faizi artaraq 811,7 manat təşkil edib.
Hesabat dövründə
rayon üzrə 1259 yeni iş yeri açılıb. Bunun 42-i yeni yaradılmış müəssisə və
təşkilatlar, 672-i mövcud müəssisə və təşkilatlar,
545-i isə fiziki şəxslər
tərəfindən açılıb. Ümumiyyətlə,
son 6 il ərzində 8571 yeni iş yeri
açılıb ki, bunun da 8531-i daimi iş yeri olub.
2009-cu ildə
rayonun yerli xərcləri 3482781 manata qarşı 3327055 manat
icra olunub.
Ayrı-ayrı bölmələr üzrə xərclərin
icrası aşağıdakı kimi olub:
- “Qanunvericilik və icra
hakimiyyəti, yerli özünüidarəetmə
orqanlarının saxlanılması” bölməsi üzrə
hesabat dövründə 882848 manata qarşı 773499 manat;
- “Mədəniyyət, incəsənət,
informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən
sahədə fəaliyyət”
bölməsi üzrə 303068 manata qarşı 257670
manat;
- “Mənzil və Kommunal Təsərrüfatı”
bölməsi üzrə 2265073 manata qarşı 2264980 manat;
- Əsas bölmələrə
aid edilməyən xərclər bölməsi üzrə
30333 manata qarşı 30281 manat vəsait icra olunub.
Hesabat dövrü ərzində
rayon ərazisində tikinti və quruculuq işləri davam
etdirilib, küçə və meydanlar, parklar
abadlaşdırılıb, ayrı-ayrı ictimai binalarda, əsas
yollarda, qəsəbədaxili küçələrdə təmir
işləri aparılıb və yenidən qurulub, su və
kanalizasiya sistemləri yeniləşdirilib, yeni xidmət və
istehsal müəssisələri, bir sıra sosial-mədəni
obyektlər tikilərək əhalinin istifadəsinə
verilib.
Rayonda ekoloji məsələ
də diqqət mərkəzində saxlanılır. Belə ki, 2009-cu il ərzində 20136 ədəd ağac və
403 ədəd bəzək kolu əkilib. O cümlədən,
Şüvəlan qəsəbəsində 4315 ədəd, Mərdəkan
qəsəbəsində 1050 ədəd ağac və 40 ədəd
kol, Türkan qəsəbəsində 2670 ədəd, Zirə
qəsəbəsində 8316 ədəd ağac və 43 ədəd
kol, Zirə-Qala yolunda 3000 ədəd, Mərdəkan-Qala
yolunda 700 ədəd, Qala qəsəbəsində 100 ədəd,
Buzovna qəsəbəsində 300 ədəd ağac və
120 ədəd kol, Şüvəlan-Qala yolunda 1200 ədəd,
Pirallahı qəsəbəsi ərazisində 2800 ədəd
ağac və 200 kol əkilib. 2010-cu il “Ekologiya ili” çərçivəsində
isə rayon ərazisində
100.000 ağacın əkilməsi nəzərdə tutulub ki,
bunun da artıq 4167 ədədi əkilib.
Bununla yanaşı, Heydər
Əliyev adına Beynəlxalq hava limanından Mərdəkan dairəsinə və
Bilgəh qəsəbəsi istiqamətində mərkəzi
yolun yenidənqurulması və genişləndirilməsi
işi aparılıb, Binə qəsəbəsində yerləşən
yarmarkaların köçürüldüyü ərazilərdə
abadlıq işləri aparılıb, ərazi təmizlənib,
yaşıllıq zolaqlarının salınmasına
başlanılıb.
Hesabat
dövrundə rayonun qəsəbələrində asfalt
yolların əsaslı və cari təmiri işləri
görülüb. Dövlət Proqramına müvafiq olaraq
Gürgan-Pirallahı qəsəbələrini birləşdirən
keçid yolunda yenidənqurma işləri davam etdirilib.
Ötən il
ərzində Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən
qəsəbələrdəki çoxmərtəbəli
binaların su, qaz, kanalizasiya və elektrik xətlərində,
yaşayış evlərinin fasad və dam örtüklərində
təmir işləri aparılıb. Su təchizatında
yaranan problemləri aradan qaldırmaq məqsədilə Mərdəkan
qəsəbəsi B.Əliyev 15, 8 və 71 saylı binalarda,
R.Qasımov küçəsi 28 ünvanlarında, Şüvələn
qəsəbəsi A.İldırım küçəsi 15,
41, 38 və 30 saylı binalarda, H.Məmmədov küçəsi
52-də binalara suvuran nasoslar və
su quyuları təmir olunub, su xətlərində mövcud
olan neqativ hallar aradan qaldırılıb, elektrik mühərrikləri
yenisi ilə əvəz edilib.
Eyni zamanda, təbii
qaza olan tələbatın təmin edilməsi istiqamətində
vacib tədbirlər həyata keçirilib, qaz infrastrukturunun
yenidən qurulmasında xeyli irəliləyişlər baş
verib. Nəticədə, əvvəllər təbii qazla təchiz
olunmayan qəsəbə və kəndlərdə qaz kəmərləri
çəkilib, əhaliyə verilən təbii qazın dəyərinin
tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə
sayğaclaşma işləri, əsasən təmin edilib.
Bununla yanaşı, qeyd olunmalıdır ki, təbii
qaz istehlakçıları üzrə sayğacların
quraşdırılmasınadək olan dövrdə
istehlakçılar və xüsusən əhali tərəfindən
istifadə edilmiş təbii qazın dəyərinin tam
ödənilməməsi illər üzrə borcların
yığılmasına səbəb olub. Əhalinin təbii
qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi
tədbirləri barədə Azərbaycan Respublikası
Prezidentinin 29 dekabr 2009-cu il tarixli Fərmanı ilə rayon
üzrə əhalinin 30,5 milyon manat borcu
silinib.
Hesabat dövründə
rayonun Qaz İstismar İdarəsi tərəfindən əhalinin
təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə
Binə qəsəbəsi və Hövsan
südçülük sovxozu ərazisində 10,2 km,
Pirallahı qəsəbəsində 1 km, Buzovna qəsəbəsində
6,9 km, Mərdəkan qəsəbəsində 1,12 km, Türkan
qəsəbəsində 23,2 km,
Zirə qəsəbəsində 8,4 km qaz kəməri çəkilib.
Digər qəsəbələrdə də qaz təchizatını
yaxşılaşdırmaq istiqamətində işlər
davam etdirilir.
Rayonun Enerji Təchizatı
və Satış İdarəsi tərəfindən əhalinin
elektrik enerjisi ilə təchizatını
yaxşılaşdırmaq istiqamətində də müəyyən
işlər görülüb. Belə ki, hesabat dövrü ərzində
rayon ərazisində 29 ədəd yeni transformator məntəqəsi
quraşdırılıb, 60 ədəd güc transformatoru,
182 ədəd dəmir dayaq dəyişdirilib, 19857 metr kabel,
73062 metr naqil çəkilib.
Hesabat
dövründə rayon ərazisində məskunlaşmış
qaçqın və məcburi köçkünlərə
qayğı göstərilib, onların sosial vəziyyəti
diqqət mərkəzində saxlanılıb, məskunlaşdıqları
binaların texniki vəziyyəti öyrənilib, ümumi
istifadə yerlərinin, texniki qurğuların təmiri
üçün müvafiq işlər görülüb.
2009-cu il ərzində Sosial
Müdafiə Fondu tərəfindən əhaliyə pensiya və
müavinətlərin ödənilməsi üçün tələb
olunan məbləğ 26457,5 min manat təşkil edib, 19389 nəfər
pensiyaçıya plastik kartlar vasitəsilə
pensiyaların ödənilməsi təmin edilib. Onlardan yaşa görə 13195 nəfər, əlilliyə görə
4625 nəfər (o cümlədən,
I qrup 505 nəfər, II 3643 nəfər,
III qrup - 427 nəfər) ailə başçısının
itirməsinə görə 1621 nəfər pensiyaçıya vəsait ödənilib.
Hesabat dövründə Əhalinin Sosial Müdafiə Mərkəzinə
ünvanlı dövlət sosial yardımı
üçün 2263 ailə müraciət edib ki, bunlardan 2258
ailənin sənədləri qeydiyyata alınaraq müvafiq
komissiya tərəfindən ünvanlı sosial yardımı
təyin olunub. Rayon üzrə cəmi 2495 nəfərə
307 min 610 manat məbləğində ünvanlı
yardımın ödənilməsi davam etdirilir.
Mədəniyyət
sahəsi üzrə hesabat dövründə Binə qəsəbəsində
mədəniyyət evi, kitabxana və musiqi məktəbi
kompleksinin və Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Türkan qəsəbəsində Mədəniyyət
Evinin tikintisi davam etdirilib. Pirallahı qəsəbəsindəki
Mədəniyyət evi Dövlət Neft Şirkəti tərəfindən
əsaslı təmir olunaraq istifadəyə verilib.
Hesabat dövründə təhsilin
davamlı inkişafı prioritet istiqamətlərdən biri
kimi diqqətdə saxlanılıb, təhsilin keyfiyyətcə
yeniləşməsi, müasir dövrün tələblərinə
uyğun kadr heyətinin, şagirdlərdə yeni təfəkkür
və dünyagörüşün formalaşması, təhsil
sahəsində islahat proqramına uyğun olaraq məktəblərdə
dövlət standartlarının tələblərinin yerinə
yetirilməsi üçün davamlı və məqsədyönlü
işlər aparılıb.
Hesabat
dövründə təhsil müəssisələrinin
müasir avadanlıqlar və inventarlarla, müasir informasiya və
kommunikasiya texnologiyaları ilə təmin edilməsi də
diqqət mərkəzində saxlanılıb, məktəblər
kompüterlərlə təchiz edilib.
Hesabat dövründə
rayon ərazisində Heydər Əliyev Fondu tərəfindən 122, 262, 241 və 237 saylı məktəblərdə və 212
saylı uşaq
bağçasında əsaslı təmir işləri
tamamlanaraq istifadəyə verilib. Bununla yanaşı, Təhsil
Nazirliyi tərəfindən Binə qəsəbəsindəki
218 saylı uşaq bağçası, Dövlət Neft
Şirkəti tərəfindən isə Gürgan qəsəbəsindəki
231 saylı orta məktəbin dam örtüyü təmir
olunub.
Əhaliyə
göstərilən tibbi xidmətin müasir səviyyədə
həyata keçirilməsinə ötən dövrdə də
xüsusi diqqət göstərilib, vətəndaşlara
nümunəvi xidmət məqsədilə tibb müəssisələrinin
maddi-texniki bazası xeyli genişləndirilib.
Hesabat dövründə Gənclər
və İdman Nazirliyi tərəfindən Şağan
qəsəbəsindəki Olimpiya İdman Mərkəzinin
tikintisi tamamlanaraq istifadəyə verilib, Binə qəsəbəsində
idman zalının tikintisi və Şimal Dres
yaşayış massivində isə stadionun yenidən
qurulması davam etdirilib.
Müharibə
əlilləri və şəhid ailələri
üşün Pirallahı qəsəbəsində çoxmərtəbəli
yaşayış evinin tikintisi də davam etdirilir.
Göründüyü
kimi, 1960-cı ildə yaradılmış Əzizbəyov
rayonunda bu gün həyata keçirilən tədbirlər nəticəsində
rayon simasını tamamilə dəyişib, əhalinin rihaf
halı yüksəlib. Əzizbəyov rayonu qarşıdakı
illərdə də Azərbaycan Respublikası Prezidentinin Fərman,
Sərəncam və tapşırıqlarını
vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın
layiq olduqları rifahlı yaşayışın təmin
edilməsi üçün bütün imkanları səfərbər
edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən
layiqincə gəlməyə çalışacaq.
Rayon əhalisi Ulu öndərimizin ideyalarına sadiqdirlər
Əzizbəyov
rayonunda müşahidə edilən sosial-iqtisadi yüksəliş
rayonun ictimai-siyasi həyatında da əks olunub. Yeni Azərbaycan Partiyası
(YAP) Əzizbəyov rayon təşkilatının sədri,
partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov
deyib ki, bütövlükdə ölkədə insanların
sosial rifah halının yüksəldilməsinə, müasir
infrastruktur quruculuğuna hesablanmış milli siyasətin
yürüdülməsi xalq-iqtidar birliyini daha da möhkəmləndirir:
“Ölkədə ardıcıllıqla həyata keçirilən
dinamik iqtisadi inkişaf strategiyası, mütərəqqi
ideyalar əsasında reallaşdırılan sosial-iqtisadi layihələr
ölkənin iqtisadi potensialını və əhalinin həyat
səviyyəsini xeyli yüksəldib. İndi
inamla deyə bilərik ki, ölkədə həyata
keçirilən dövlət siyasəti vətəndaşların
layiqli yaşayış səviyyəsinə, azad vətəndaş
cəmiyyəti quruculuğu və hüquqi dövlətin
inkişafına yönəldilib. Rayonumuzun sakinləri
görülən işləri layiqincə qiymətləndirir
və birmənalı şəkildə Ulu öndər Heydər
Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq
olduqlarını, dövlət başçısı cənab
İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini bildirirlər”.
YAP Əzizbəyov rayon təşkilatının
7500 üzvü olduğunu söyləyən Namiq Əhmədov
bildirib ki, rayon əhalisi Ümummilli liderin ideyalarına
sadiqliyini keçirilmiş seçkilər zamanı yüksək
fəallıq nümayiş etdirməklə bir daha sübut
ediblər.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2010.- 30 yanvar.- S.7.