Sumqayıtın ilk qadın
deputatı kimi üzərimə böyük məsuliyyət
düşür
Leyla Abdullayeva: Ulu öndər Heydər Əliyevin siyasətini
davam etdirən Prezident İlham Əliyev də
qadınların cəmiyyətdə rolunun
artırılması üçün çox böyük
şərait yaradıb
Məlum olduğu kimi, ötən
ilin noyabr ayının 7-də Azərbaycan
Respublikasının Milli Məclisinə keçirilmiş
növbəti seçkilərdə Yeni Azərbaycan
Partiyası (YAP) böyük üstünlüklə qalib gəldi
və partiyanın irəli sürdüyü namizədlərdən
71 nəfəri parlamentdə təmsil olunmaq hüququ
qazandı. Parlamentdə hakim partiyanı təmsil
edən millət vəkillərinin 21-i yeni seçilmişlərdir.
Onlar, eyni zamanda, respublikamızın müxtəlif
sahələrində göstərdikləri səmərəli
fəaliyyətlə ölkəmizin inkişafına öz
töhfələrini verirlər. Bu baxımdan da, “Yeni Azərbaycan”
qəzeti YAP-ın parlamentə seçilmiş yeni
deputatları ilə cəmiyyəti daha yaxından
Sumqayıtın ilk qadın deputatı
Leyla Arif
qızı Abdullayeva Naxçıvan şəhərində
ziyalı ailəsində anadan olub. 3 yaşından
Sumqayıtda yaşayır. Orta təhsilini
Sumqayıt şəhərinin 1 və 15 saylı orta məktəblərində
alıb. 1976-cı ildə M.F.Axundov adına
Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub, 1981-ci ildə
rus dili və ədəbiyyatı müəllimi ixtisasına
yiyələnərək, oranı müvəffəqiyyətlə
bitirib. 1984-cü ildən Sumqayıt şəhərində
15 saylı məktəbdə, 1994-cü ildən İstedad
liseyində müəllim kimi çalışıb. 2003-cü ildə Azərbaycan dili və ədəbiyyatı
üzrə ikinci ixtisasını alıb. 2005-ci ildən
F.Piriyev adına Sumqayıt şəhər
18 saylı orta məktəbin direktorudur. 2 dərs
vəsaitinin müəllifidir. Hakim Yeni Azərbaycan
Partiyasının (YAP) üzvüdür. Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Sumqayıt şəhər təşkilatının,YAP Sumqayıt şəhər təşkilatı
idarə heyətinin üzvüdür. 2009-cu ildə
Sumqayıt şəhər bələdiyyəsinə
keçirilən seçkilərdə partiyanın namizədi
kimi iştirak edib və bələdiyyə üzvü
seçilib. Əmək fəaliyyəti
dövlətimiz tərəfindən qiymətləndirilib və
2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi”
medalına layiq görülüb.
L.Abdullayevanın
rəhbərlik etdiyi təhsil ocağı isə 2010-cu ildə
“Ən yaxşı ümumtəhsil məktəbi” respublika
müsabiqəsinin qalibi olub. 2010-cu ildə 41
saylı Sumqayıt birinci seçki dairəsindən deputat
seçilib. Hazırda Milli Məclisin Mədəniyyət
komitəsinin üzvü olan L.Abdullayeva eyni zamanda,
Sumqayıtın tarixində ilk qadın deputatdır.
Azərbaycan günü-gündən inkişaf etməkdədir
Söhbətinə ona
göstərilən etimada görə, Yeni Azərbaycan
Partiyasına və şəxsən partiyanın Sədri, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarına
minnətdarlıq etməklə başlayan L.Abdullayeva deyib ki,
bu etimadı doğrultmaq üçün əlindən gələni
edəcək: “Bu bir həqiqətdir ki, Ümummilli liderimiz
Heydər Əliyev tərəfindən əsası qoyulan və
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilən Azərbaycan dövlətinin sosial inkişaf,
iqtisadi tərəqqi, beynəlxalq aləmə inteqrasiya siyasəti
ölkəmizi böyük inkişaf yoluna
çıxarıb. Nəticədə, Azərbaycan
bu gün regionun ən inkişaf etməkdə olan ölkəsinə
çevrilib. Bu isə hər şeydən
əvvəl, hər bir vətəndaşın
yaşayışının, həyat tərzinin və keyfiyyətinin
dəyişməsinə, yaxşılaşmasını təkan
verib. Belə ki, ölkə iqtisadiyyatı
sürətlə inkişaf edib, yüksəlib. İqtisadiyyatın inkişaf etməsi sayəsində
həyat dəyişib, insanların əməkhaqları,
pensiyalar artıb, şəhərlərimiz və kəndlərimiz
gözəlləşib. Siyasi, iqtisadi,
hüquqi, sosial islahatlar davam etdirilir, Azərbaycanın hərbi
qüdrəti artır. Bu cür quruculuq
dövründə Milli Məclisin üzvlüyünə namizədliyimin
Ulu öndərimiz qadınlara yüksək dəyər
verirdi
Sumqayıtın ilk qadın
deputatı kimi tarixə düşməsinə gəlincə,
Leyla xanım bunun ümumilikdə ölkəmizdə
qadınlara göstərilən xüsusi diqqət və
qayğının daha bir nümunəsi kimi dəyərləndirib:
“Ümummilli liderimiz Heydər Əliyev hər zaman
qadınların problemlərinin həll edilməsinə,
onların müxtəlif vəzifələrə irəli
çəkilməsinə çox böyük əhəmiyyət
verirdi. Ulu öndərimiz deyirdi ki, əgər sən
işin layiqincə, vaxtında, səliqəli və
qanunauyğun görülməsini istəyirsənsə bu
işi qadınlara tapşır. Hesab edirəm ki, Azərbaycan
qadını üçün bundan böyük qiymət və
dəyər ola bilməz. Həmin
siyasəti uğurla davam etdirən möhtərəm
Prezidentimiz İlham Əliyev də qadınların cəmiyyətdə
rolunun artırılmasına, onların öz potensiallarından
layiqincə istifadə etməsinə çox böyük
şərait yaradıb. Məhz, bunun nəticəsidir
ki, hazırda Azərbaycan qadınları təkcə ənənəvi
sahələrdə - təhsil və səhiyyədə
çalışmır, həmçinin, ölkəmizin
siyasi, sosial və ictimai həyatının bütün sahələrində
öz potensiallarını nümayiş etdirirlər.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban Əliyevanın fəaliyyəti biz
qadınlar üçün nümunə təşkil edir. Onu da deyim ki, Sumqayıtın ilk qadın deputatı
kimi üzərimə böyük məsuliyyət
düşür”.
Təhsilimizə dövlət qayğısı yüksəkdir
Bir təhsil işçisi
kimi, Azərbaycanda bu sahəyə olan dövlət
qayğısından da danışan L.Abdullayeva ölkəmizdə
təhsil sisteminin inkişaf səviyyəsinin heç zaman
bugünkü qədər yüksək
olmadığını bildirib: “Ulu öndərin əsasını
qoyduğu siyasətin uğurla davam etdirilməsi nəticəsində
digər sahələr kimi təhsil sahəsi də xüsusi
inkişaf mərhələsinə qədəm qoyub. Daha
doğrusu, Prezident İlham Əliyevin və Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban Əliyevanın xüsusi diqqət və
qayğısı nəticəsində ölkəmizdə təhsil
sahəsində böyük irəliləyişlər əldə
olunub. İstər müxtəlif dövlət proqramları,
istərsə də Heydər Əliyev Fondunun dəstəyi ilə
reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb”
layihəsi çərçivəsində Azərbaycanın
bütün bölgələrində, hətta ucqar kəndlərdə
belə müasir standartlara cavab verən təhsil müəssisələri
tikilib, həmçinin, uzun illər istismarda olduğu
üçün yarasız vəziyyətə
düşmüş orta məktəb və bağçalar əsaslı
təmir edildikdən sonra yenidən uşaqlarımızın
ixtiyarına verilib. Dövlət başçısının
sərəncamları əsasında artıq bir neçə
ildir ölkəmizdə “İlin ən yaxşı ümumtəhsil
məktəbi” və “İlin ən yaxşı müəllimi”
müsabiqələri keçirilir ki, bu da orta məktəblərdə
təhsilin keyfiyyətinin daha da yaxşılaşmasına, həmçinin,
müəllimlərin öz üzərində işləməsinə
əlavə stimul verir. Prezident İlham Əliyevin təsdiq
etdiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı”na əsasən hər il
yüzlərlə istedadlı Azərbaycan gənci dövlət
hesabına dünyanın müxtəlif ən nüfuzlu ali məktəblərində
təhsil almaq imkanı qazanırlar. Bütün
bunlar, həmçinin, təhsil sahəsində
çalışanların əməkhaqlarının
artırılması, sosial problemlərin tədricən aradan
qaldırılması isə ölkəmizdə təhsilə
dövlət tərəfindən, şəxsən Prezident
İlham Əliyev tərəfindən xüsusi diqqət və
qayğının göstərildiyini təsdiq edir”.
Seçicilərin problemləri diqqət mərkəzindədir
Yeri gəlmişkən,
ötən müddət ərzində parlamentin gündəliyinə
çıxarılmış məsələlərin
müzakirəsi zamanı təklif və rəylərini səsləndirən
millət vəkili, eyni zamanda, cari məsələlərin
müzakirəsi zamanı da seçiciləri, o cümlədən,
sumqayıtlıları narahat edən məsələləri
qaldırıb: “Sumqayıt hadisələrinin
ildönümü münasibəti ilə cənab Prezident
İlham Əliyevin bu hadisələrin yenidən tədqiq
olunmasına dair göstərişinin sumqayıtlılar tərəfindən
dəstək və sevinclə qarşılanmasını
parlamentdəki çıxışım zamanı xüsusi
olaraq vurğulamış, eyni zamanda, xarici dövlətlərin
və beynəlxalq təşkilatların müvafiq
qurumları, tədqiqatçıları tərəfindən
xüsusi araşdırmaların aparılması
üçün qrantların və təqaüdlərin
ayrılmasına əsaslanan tədqiqatlara dəstək, həmçinin,
həvəsləndirmə sisteminin yaradılmasını,
bunun nəticəsində Sumqayıt, Xocalı elmi proqram və
təqaüdlərinin təsis edilməsini təklif etmişəm”.
Millət vəkili
üzvü olduğu Mədəniyyət komitəsinin
işində də fəal iştirak edir. Komitənin
iclas və tədbirlərində öz təkliflərini irəli
sürən L.Abdullayeva xüsusilə teleradio yayımı sahəsində
qanunvericiliyə əlavələrin edilməsini, əxlaqa, mənəviyyata
qarşı olan, qəddarlığı əks etdirən
verilişlərin məhdudlaşdırılmasını,
bunun üçün xüsusi loqo-işarələrdən
istifadə edilməsini təklif edib. Eyni
zamanda, L.Abdullayevanın komitənin fəaliyyətində mədəniyyət
və incəsənət sahəsini təmsil edən şəxslərin
iştirakıyla dəyirmi masaların təşkilinə dair
təklifi komitə üzvləri və KİV tərəfindən
böyük maraqla qarşılanıb.
Ötən müddət ərzində
millət vəkili məhz, seçicilər tərəfindən
daxil olan yazılı və şifahi müraciətlər əsasında
dövlət idarə, təşkilat və vəzifəli
şəxslərə deputat sorğusu və müraciət
göndərib: “Birinci qrup müraciətlərlə əlaqədar
biz Sumqayıt şəhər Məşğulluq İdarəsilə
əlaqə yaratmışıq ki, nəticədə də
müraciət edən şəxslər üçün mini əmək
yarmarkası keçirilib. 4 nəfər vətəndaşa
yarmarka vasitəsilə göndəriş verilib ki, hazırda
onlar müvafiq işlə təmin olunmaq növbəsini
gözləyirlər. İkinci qrup
müraciətlərdə isə sənədləşmə
məsələsi əsas yer tutur. Bir
neçə vətəndaşa daşınmaz əmlakın
sənədləşdirilməsi üçün hüquqi
yardım edilib”.
YAP-ın ölkəmizdə
alternativsiz siyasi qüvvə olduğunu deyən millət vəkili
əlavə edib ki, partiyamızın gücü Ulu öndər
Heydər Əliyevin ideyalarında və Prezident İlham Əliyevin
həyata keçirdiyi siyasətdədir: “Əsası
Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
və bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən siyasi kurs ölkə vətəndaşlarının
rifahına, dövlətimizin inkişafına xidmət
göstərir. Xalqımız Ulu öndərimizin
ideyalarına sadiq olmaqla bərabər dövlət
başçısının siyasətini tam dəstəkləyir.
Bütün bunlar partiyamızın
uğurlarını şərtləndirən əsas amillərdir”.
“YAP-ın digər
partiyalardan fərqi həm də ondan ibarətdir ki, hakim
partiya öz ətrafında intellektual insanları birləşdirib”,
- deyən millət vəkilinin sözlərinə görə,
partiyamızda gənclər də üstünlük təşkil
edir: “YAP üzvlərinin təxminən 40 faizini gənclər
təşkil edir. Əgər ölkənin
bilikli, müasir dünyagörüşlü gəncləri
öz siyasi talelərini YAP-la bağlayırlarsa, bu,
partiyamızın uğurlu perspektivlərindən xəbər
verir”.
Cəmiyyətimiz radikalizmi
birmənalı olaraq qəbul etmir
Söhbətmizin sonunda son
günlər ölkədə baş verən bəzi xoşagəlməz
olaylara da münasibət bildirən L.Abdullayeva bəyan edib ki,
ümumiyyətlə, Azərbaycan cəmiyyəti radikalizmi
birmənalı olaraq qəbul etmir: “Azərbaycanda radikal
müxalifət partiyalarının ictimai-siyasi sabitliyi pozmaq
istiqamətində fəaliyyəti cəmiyyətimiz tərəfindən
mənfi qarşılanır. Bu da təbiidir.
Azərbaycan dövləti sivil və demokratik
qanunlar əsasında idarə olunur və inkişaf edir.
Biz hüquqi dövlətdə
yaşayırıq və hüquqi dövlətin ən vacib məsələsi
qanunun aliliyi prinsipidir”.
Millət vəkilinin
sözlərinə görə, müxalifətin radikal qanadının
mövqeyi nə elmə, nə reallığa, nə tarixi təcrübəyə
əsaslanır.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2011.- 8 aprel.- S.3.