Qanunsuz tikililərin qeydiyyata alınmasına başlanıb

 

Dövlət başçısı İlham Əliyevin bununla bağlı verdiyi tapşırıqlar paytaxt sakinləri tərəfindən yüksək qiymətləndirilir

 

Ölkə başçısı 2011-ci il 9 mart tarixində Bakı Şəhər İcra Hakimiyyətindəki nitqində əhalinin sosial problemləri ilə yanaşı, qeydiyyatsız evlərin sənədləşdirilməsi mülkiyyətə verilməsi ilə bağlı məsələlərə toxunub. Hətta, qeydiyyataalma zamanı əsassız tələblərin maraqların ola biləcəyini nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısına məsələnin həlli üçün şəffaf mexanizmin işlənilməsinə dair göstəriş verib. Yarana biləcək korrupsiya rüşvətxorluq faktlarının aradan qaldırılması qanunsuz tikililərin qeydiyyata alınması kimi xoşniyyətli bir təşəbbüsün yeni problemlərə gətirib çıxarmaması üçün məsələnin qanun çərçivəsində tənzimlənməli olduğunu söyləyən Prezident İlham Əliyevin göstərişini əhali sevinclə qarşılayıb. Əsasən ölkənin paytaxt ərazisində digər iri şəhərlərdə inşa edilən qanunsuz tikililərin qeydiyyata alınması əhali tərəfindən dövlət başçısının növbəti humanist addımı kimi qiymətləndirilir.

 

Qanunsuz tikililər hansılardır?

 

Mütəxəssislər söyləyirlər ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız həmin əmlak dövlət qeydiyyatına alındığı andan tanınır. dövlət qeydiyyatından sonra həmin əmlakın müdafiəsinə təminat verilir. Əgər torpaq sahəsi alınarkən ya onun üzərində tikili tikilərkən qanunun tələbləri nəzərə alınmayıbsa, səlahiyyətli orqanın icazəsi, layihə sənədləri olmadan tikinti aparılıbsa, bu, artıq özbaşına tikinti hesab olunur. Hətta, torpağın sənədləri olsa belə üzərində aparılan tikili üçün rəsmi şəkildə icazə alınmayıbsa, yenə qanunsuz tikili hesab olunur.

Bu halda yalnız məhkəmə vasitəsilə tikilinin qeydiyyata alınmasına icazə verilir. Amma bu zaman da ərazi qanunda nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Məsələn, qaz kəmərinin üzərində, elektrik xəttinin altında, dəmiryol xəttinə bitişik, mədənlərdə tikilən evlərə sənəd verilməsi mümkün deyil. Vətəndaşın tikili apardığı torpaq rəsmi şəkildə alınmayıbsa, bu zaman onun üzərində olan tikilinin məhkəmə vasitəsilə qeydə alınmasına yol verilmir.

 

Tələblərə cavab verməməsi evin sökülməsi demək deyil

 

Bir neçə il öncə  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mətbuata verilən məlumatda təkcə Bakı şəhərində 500 minə yaxın özbaşına tikililərin mövcud olduğu bildirilirdi. O da qeyd olunurdu ki, özbaşına tikililərin əksəriyyəti mövcud sanitar, texniki-yanğından mühafizə normalarına cavab vermir.

Məsələ ilə əlaqədar olaraq paytaxt sakinləri ilə görüşdük. Dövlət başçısı İlham Əliyevin qanunsuz tikililərlə bağlı göstərişinin paytaxt sakinləri tərəfindən sevinclə qarşılandığını yazının əvvəlində qeyd etmişik. Söhbət etdiyimiz sakinlər uzun illərdir ki, çox böyük narahatlıqlar içərisində yaşayıblar. Onların arasında, hətta, 80-ci illərdə ev inşa edən lakin mülkiyyət hüququ ala bilməyənlər belə var. Prezidentin tapşırığından sonra qəsəbə sakinlərinin əksəriyyəti yerli bələdiyyə orqanlarına icra nümayəndəliyinə baş çəkiblər. Tələblərinə müsbət cavab alan sakinlər inşa etdikləri evlərə aid bütün sənədləri həmin qurumlara təqdim ediblər. Zabrat qəsəbə icra nümayəndəsi Vüqar Əsədov söhbət zamanı bildirib ki, artıq ərazidə olan 5000-dən çox evin sahibi onlara müraciət edib müvafiq sənədlərə imza atıblar. Amma V.Əsədovun sözlərinə görə hələ ərazidə mövcud olan 3000-ə yaxın ev siyahıya əlavə olunacaq. Lazımi sənədlərin, ev sahiblərinin ərizələrinin qəbulu başa çatdıqdan sonra toplanmış materiallar Bakı Şəhər İcra Hakimiyyətinə təqdim ediləcək. İcra nümayəndəsi onu da bildirib ki, kənd bələdiyyəsinə müraciət edənlər var. Prezidentin tapşırığından irəli gələn məsuliyyətdən dolayı onlar bu işi ən qısa zamanda başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Üstəlik, qeydiyyatsız olduğundan sökülmək təhlükəsi ilə üz-üzə qalan evlərin sahibləri özləri bu işdə çox böyük fəallıq göstərirlər. İcra nümayəndəsi heç bir sənədi olmayan-məhkəmə qətnaməsi ya yerli bələdiyyə tərəfindən verilmiş sənədləri belə olmayan evləri qeydiyyata aldıqlarını bildirib: “Ailə üzvləri notariusdan təsdiq olunmuş ərizə ilə bizə müraciət edirlər ki, evin onlara müraciət edən şəxsin adına sənədləşdirilməsinə etiraz etmirlər”.

Bir sözlə, ölkə başçısı İlham Əliyevin humanist addımı, paytaxt sakinlərinin fəallığı yerli orqanların öz işinə məsuliyyətlə təmiz vicdanla yanaşması zəmin yaradır ki, vətəndaşların mülkiyyət hüquq ilə bağlı problemləri aradan qaldırılsın.

 

 

KƏBUTƏR

 

Yeni Azərbaycan.- 2011.- 8 aprel.- S.3.