Azərbaycanla
ABŞ mühüm hərbi-strateji və iqtisadi tərəfdaş ölkələrdir
Prezident İlham Əliyev: Enerji təhlükəsizliyinin
təmin edilməsi, qlobal təhdidlərə və beynəlxalq
terrorizmə qarşı mübarizə sahəsində fəal
qarşılıqlı işimiz münasibətlərimizi
strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir
Qloballaşma
proseslərinin sürətləndiyi və geniş vüsət
aldığı müasir dövrdə dövlətlər
arasında möhkəm əməkdaşlıq əlaqələrinin
qurulması inkişaf və təhlükəsizlik
baxımından böyük əhəmiyyət
daşıyır. Məhz qarşılıqlı etimad və
maraqlar əsasında qurulan Azərbaycan-ABŞ əlaqələri
hər iki tərəfin mənafeyinə cavab verməklə
yanaşı, beynəlxalq sülh və təhlükəsizliyin
təmin olunmasına da töhfədir. İki ölkə
arasındakı münasibətlərin yüksək səviyyədə
olması bu günlərdə Prezident İlham Əliyevin
ABŞ Prezidenti Barak Obamaya anadan olmasının 50 illiyi
münasibətilə göndərdiyi təbrik məktubunda da
əksini tapıb. Məktubda da bildirildiyi kimi, Azərbaycan-ABŞ
əlaqələri yüksək səviyyədədir: “Məmnunluq
hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası
ilə Amerika Birləşmiş Ştatları arasında təşəkkül
tapmış dostluq və əməkdaşlıq münasibətləri
bu gün hərtərəfli və dinamik inkişaf
yolundadır. Enerji təhlükəsizliyinin təmin edilməsi,
qlobal təhdidlərə və beynəlxalq terrorizmə
qarşı mübarizə sahəsində fəal
qarşılıqlı işimiz münasibətlərimizi
strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir”.
Məktubda,
həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin tezliklə aradan
qaldırılması yönündə ABŞ-ın dəstəyi
yüksək qiymətləndirilib, ardıcıl səylərin
öz bəhrəsini verəcəyinə ümid ifadə
olunub.
İki ölkə əlaqələri
yüksək hərbi-strateji tərəfdaşlıq nümunəsi
kimi
Qeyd
olunduğu kimi, Azərbaycanla ABŞ arasında yüksək səviyyəli
əməkdaşlıq əlaqələri mövcuddur. Hər
iki ölkə rəsmiləri əlaqələrin inkişaf
etdirilməsində maraqlı olduqlarını dəfələrlə
nümayiş etdirib və hazırda bütün sahələrdə
əməkdaşlıq həyata keçirilməkdədir.
Bildiyimiz kimi, Azərbaycan-ABŞ münasibətlərinin
mühüm istiqamətlərindən birini hərbi-siyasi və
təhlükəsizlik sahəsində əməkdaşlıq
təşkil edir. Bura Təhdidlərin Birgə
Azaldılması proqramı və ABŞ-ın İxraca Nəzarət
və Sərhəd Təhlükəsizliyi proqramı, NATO
çərçivəsində, eləcə də, beynəlxalq
terrorizmə qarşı mübarizədə birgə səylər,
Azərbaycan sərhədlərinin, xüsusən də dəniz
sərhədlərinin möhkəmləndirilməsi,
ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi və
Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi sahəsində
əməkdaşlıq və digər məsələlər
daxildir.
Dünyanı
narahat edən bir çox məsələlərdə Azərbaycanla
ABŞ-ın mövqelərinin üst-üstə düşməsi
uzunmüddətli strateji əməkdaşlığa imkan verən
başlıca faktorlardandır. Belə ki, hər iki ölkə
dünyada sülh və təhlükəsizliyin, əmin-amanlığın
tərəfdarı kimi çıxış edir. Bu
baxımdan, Azərbaycanla ABŞ arasında terrorçuluqla
mübarizə sahəsində əməkdaşlığı
xüsusi vurğulamaq lazımdır. Bildiyimiz kimi, son onilliklərdə
dünyanı narahat edən başlıca problemlərdən
birinə çevrilən terrorizmə qarşı mübarizədə
ABŞ-da baş verən 2001-ci il 11 sentyabr faciəsindən
sonra yeni mərhələnin başlanğıcı qoyulub.
ABŞ-ın dünyada həyata keçirdiyi
genişmiqyaslı antiterror əməliyyatlarına qoşulan
ilk ölkələrdən biri də Azərbaycandır. Bu
vaxtadək Azərbaycan Silahlı Qüvvələrinin
bölmələri Kosovoda, İraqda, Əfqanıstanda
gerçəkləşdirilən sülhyaratma əməliyyatlarında
uğurla iştirak edərək bu mübarizəyə öz
töhfələrini verib. Hazırda isə Azərbaycan Əfqanıstandakı
antiterror əməliyyatlarına hərbi heyətlə
yanaşı, quru və hava məkanından yüklərin
daşınması üçün istifadə olunmasına
imkan verməklə də yardım göstərir. ABŞ-la
ikitərəfli əlaqələr və NATO ilə tərəfdaşlıq
çərçivəsində görülən bu işlər
ABŞ rəhbərliyi tərəfindən hər zaman
müsbət qarşılanıb. ABŞ prezidenti və digər
rəsmi şəxslər Azərbaycanı bu ölkənin Cənubi
Qafqazdakı mühüm strateji tərəfdaşı
olduğunu dəfələrlə vurğulayıblar.
Azərbaycanın
antiterror əməliyyatlarında bu qədər fəal
iştirak etməsi heç də təsadüfi deyil. Ermənistan
tərəfindən dövlət terroru ilə üzləşən
ölkəmiz əsasən dinc əhaliyə, qadın və
uşaqlara qarşı yönələn bu cinayət fəaliyyətinin
insanlıq üçün nə demək olduğunu
yaxşı bilir. Doğrudur, bu gün Əfqanıstanda və
digər regionlarda terrorizmə qarşı bir çox dövlətlərin
iştirakı ilə fəal mübarizə aparılır.
Lakin nəzərə almaq lazımdır ki, terrorçuluq
problemi Cənubi Qafqazda da mövcuddur və bu bəladan əsasən
Azərbaycan, ölkəmizin sakinləri, xüsusən də
uşaqlar zərər çəkir. Belə olan təqdirdə,
Azərbaycan tərəfi haqlı olaraq terrorçuluğa
qarşı mübarizədə ABŞ-dan ciddi dəstək
gözləyir. Lakin təəssüf ki, aşkar surətdə
törətdiyi terror əməllərinə görə Ermənistan
nə ABŞ-dan, nə də beynəlxalq ictimaiyyətdən
hər hansı ciddi təpki almayıb. Halbuki, regiondakı
qeyri-stabilliyin və terror təhlükəsinin başlıca
mənbəyi məhz işğalçı Ermənistandır.
Bu ölkənin terrorçuluq fəaliyyəti də məhz
onun işğal siyasətindən və mövcud vəziyyəti
olduğu kimi saxlamaq istəyindən irəli gəlir.
Doğrudur, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli yönündə fəallıq
nümayiş etdirən ölkələrdən biridir. ATƏT-in
Minsk qrupunun üç həmsədr ölkəsindən biri
olan ABŞ problemin beynəlxalq hüquq normaları əsasında
sülh yolu ilə həlli naminə öz səylərini əsirgəmir.
Lakin çoxillik cəhdlərin uğurla nəticələnməsi,
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi
üçün Ermənistana təzyiqlər
artırılmalı, onun işğalçılıq və
terrorçuluq əməllərinə son qoyması tələb
olunmalıdır.
İqtisadi əlaqələr
yüksək səviyyədədir
Məlum
olduğu kimi, Azərbaycan ABŞ-la geniş iqtisadi əməkdaşlıq
əlaqələri qurub. Əməkdaşlığın əsas
istiqamətlərini Azərbaycanda neft və qaz sektorunun
inkişafı, yeni boru kəmərlərinin tikintisi və
istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin
həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində
qarşılıqlı ticarətin genişləndirilməsi
və s. təşkil edir. O da bəllidir ki, ABŞ Azərbaycanın
enerji sahəsinə daha böyük maraq göstərir.
Xüsusilə də 1994-cü il sentyabrın 20-də “Əsrin
müqaviləsi”nin imzalanması ilə ABŞ-ın bir
sıra neft şirkətləri Xəzər dənizinin Azərbaycan
sularında neft və qazın hasilatına cəlb olunub.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz layihələrinin
uğurla reallaşmasında ABŞ-ın dəstəyinin
böyük rolunun olması danılmazdır.
İki
ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin
göstəricilərindən biri olaraq, ticarət dövriyyəsinin
həcmi də ildən-ilə artmaqdadır. Belə ki, bu ilin
ilk 6 ayı ərzində Azərbaycanla ABŞ arasında ticarət
dövriyyəsinin həcmi 1 176,52 milyon dollar, o cümlədən,
idxalın həcmi 316,35 milyon dollar, ixracın həcmi isə
860,17 milyon dollar təşkil edib. Bu, ötən ilin
müvafiq dövrü ilə müqayisədə xarici ticarət
dövriyyəsinin 49,72 faiz, eləcə də, ixracın 24,06
faiz, idxalın isə 3,42 dəfə artması deməkdir.
Bu
gün həm Azərbaycan, həm də ABŞ rəhbərliyinin
ikitərəfli münasibətlərə böyük önəm
verməsi qarşılıqlı əməkdaşlığın
bundan sonra da davam edəcəyini deməyə əsas verir. Bu
isə hər iki ölkənin maraqlarına cavab verməklə
bərabər, regionda təhlükəsizliyin və stabilliyin
təmin olunmasına töhfədir.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.- 2011.- 6 avqust.- S.
2.