Azərbaycanın dövlət müstəqilliyi xalqımızın qanı bahasına əldə edilib

 

Yusif Kərimov: Ulu öndər Heydər Əliyev ölkəmizi məhv olmaq təhlükəsindən qurtararaq, Azərbaycanın müstəqilliyini dönməz, əbədi etdi

 

Məlum olduğu kimi, bu il Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinin 20-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin Sərəncamına əsasən, bununla bağlı dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçiriləcək. “Yeni Azərbaycan” qəzeti olaraq, biz də müstəqilliyimizin ildönümü ilə əlaqədar bir sıra layihələr icra etməkdəyik. Bu istiqamətdə həyata keçirdiyimiz rubrikalarımızdan biri isə “Bu mənim mövqeyimdir” adlanır. Bu rubrikada Azərbaycanın görkəmli elm adamlarının, cəmiyyətdə nüfuzu olan ictimai, siyasi xadimlərin dövlətimizin müstəqillik tarixi, inkişaf yolu ilə bağlı fikirlərini dərc edir, bu şərəfli tarixi fərqli rakurslardan dəyərləndirməyə çalışırıq. Rubrikamızın növbəti qonağı isə Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar jurnalist Yusif Kərimovdur.

 

Müstəqilliyin əldə edilməsi ağrılı, itkili oldu

 

Söhbətimizə müstəqilliklə bağlı ümumi fikirlərlə başlayan Yusif Kərimov deyib ki, Azərbaycan ilk dəfə məhz 1918-ci ilin mayında müstəqillik əldə etmişdi. Lakin biz o zaman müstəqilliyimizi əlimizdə saxlaya bilmədik: “Bu da təsadüfi deyil. Çünki ümumiyyətlə, müstəqillik abstrakt, mücərrəd anlayış deyil. Müstəqilliyin ən böyük adı azadlıqdır. Bizim azadlığımızı da istəyənlər və istəməyənlər vardı. Məhz həmin o istəməyənlərin gücü ilə birinci dəfə müstəqilliyimizi əlimizdən aldılar. Bu yerdə bir misal çəkmək istəyirəm. Macar ziyalısı Şandor Petefi “Məhəbbətim üçün hər şeydən keçərəm. Azadlığım üçün isə məhəbbətimdən də keçərəm” deyib. Yəni, məhəbbət nə qədər qiymətli olsa da, azadlıq ondan da yüksəkdə durur”.

Azərbaycan Respublikasının ikinci dəfə dövlət müstəqilliyini əldə etməsinə gəlincə, Yusif Kərimov “bunun özü bir xoşbəxtlik idi. Çünki yenidən biz azadlığa qovuşurduqdeyib. Bəzi insanların “Sovet dövləti dağıldı, biz də müstəqil olduq” fikrinə qətiyyətlə etiraz edən Yusif müəllim Azərbaycanın dövlət müstəqilliyinin məhz xalqımızın qanı bahasına əldə edildiyini bildirib: “Bizim müstəqilliyimiz 20 Yanvar hadisələrindən keçdi. O böyük qurbanları ona görə verəsi olduq ki, bizim azad olmağımızı istəyən yox idi. Böyük güclər istəmirdilər ki, Azərbaycan azad, müstəqil olsun. Bununla belə, bütün maneələrə baxmayaraq müstəqillik əldə etdik”.

Yusif Kərimovun sözlərinə görə, qarşıda daha məsuliyyətli dövr dururdu-müstəqilliyin qorunub, saxlanması: “Ulu öndər Heydər Əliyev deyərdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Doğrudan da, belə oldu. Müstəqilliyimizin ilk illərində biz olmazın itkilər verdik. Dünya irtica qüvvəsi, o cümlədən, qonşularımız, böyük dövlətlər bizi müstəqil dövlət kimi görmək istəmirdilər. Ermənilərin işğalçılıq xisləti isə həmin qüvvələrə bu işdə yardımçı oldu. Yəni, bu qüvvələr bizə qarşı ermənilərdən istifadə etməyə başladılar. Nəticədə də xaricdən hərtərəfli dəstək alan ermənilər torpaqlarımızı işğal etdilər”.

Müstəqilliyin əldə edilməsindən danışarkən, əksər ekspertlər bir məqamı xüsusi olaraq vurğulayırlar. Onların qənaətinə görə, digər keçmiş SSRİ respublikalarından fərqli olaraq Azərbaycanda müstəqilliyin əldə edilməsi daha çətin, daha itkili oldu. Həmin fikirlərlə razılaşan müsahibimiz bunun səbəbsiz olmadığını bildirib: “Kimsəyə sirr deyil ki, postsovet məkanındakı digər respublikaların müstəqillik əldə etməsi asan başa gəldi. Bizdə isə müstəqilliyin əldə edilməsi ağrılı, itkili oldu. Çünki bizdə torpaq, Vətən motivi var idi. Bizim torpağımız əldən gedirdi. Müstəqillik bizi nə qədər sevindirirdisə, torpaqlarımızın işğal edilməsi o qədər bizə zərbə olurdu. Sanki azadlığı, müstəqilliyi əldə etdiyimiz üçün torpaqlarımızı işğal yolu ilə əlimizdən aldılar. Lakin bir həqiqəti də etiraf etmək lazımdır. Torpaqlarımızın işğal edilməsində düşmənlərimizin Azərbaycana qarşı məkrli planları həyata keçirməsi ilə yanaşı, həm daxili soyuqqanlılığımız, həm sovetlərə inanımımızın qalması, həm də daxilimizdəki “sapı özümüzdən olan baltalar”ın ölkəmizin əleyhinə atdıqqları addımlar öz rolunu oynadı. Bir tərəfdə Bakıda hakimiyyət uğrunda mübarizə gedir, digər tərəfdə isə, torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Bax, o torpaq, Vətən itkisi bizə müstəqilliyi çox baha başa gətirdi. Biz indio itkilərin ağrısını çəkirik”.

 

Ulu öndərin hakimiyyətə gəlişindən sonra ölkəmizdə xaosanarxiyaya son qoyuldu

 

Yusif Kərimov qeyd edib ki, bu cür ağrılı, itkili, xaoslu dönəmə məhz Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra son qoyuldu: “Mənim Ümummilli liderimiz Heydər Əliyev haqqında esselərim varonlar “Əbədiyyət yolu” adlı kitabımda oxuculara təqdim olunub. Orada mən müstəqilliyimizin ilk illərini aşağıdakı bənzətmə ilə vermişəm. Qeyd etmişəm ki, müstəqilliyimizin ilk illərində Azərbaycan hürküdülmüş ilxı kimi uçuruma doğru gedirdi. Lakin məhz Ulu öndər Heydər Əliyev ölkəmizi uçurumun kənarından xilas edərək, məhv olmaq təhlükəsindən qurtararaq, Azərbaycanın müstəqilliyini, dönməz, əbədi etdi. Yəni, Ulu öndərin ölkəmizin müstəqilliyinin qorunub, saxlanmasında, həmçinin, Azərbaycanın inkişaf dövrünə qədəm qoymasında böyük xidmətləri oldu. Çünki müstəqilliyimizin ilk illərində dövlət atributlarımız yox idi. Bizim müstəqil ölkə kimi pasportumuz belə yox idi. Biz xarici ölkələrə keçmiş sovet pasportları ilə gedirdik. Eyni zamanda, büdcəmizdə pul yox idi. Bu azmış kimi, hakimiyyət uğrunda qanlı toqquşmalar gedirdi. Bir daha qeyd edim ki, Ulu öndərin hakimiyyətə gəlişindən sonra bütün bu kimi mənfi hallara, ümumilikdə, ölkəmizdə xaosanarxiyaya son qoyuldu. Ümummilli liderimizin uzaqgörən, düşünülmüş siyasəti sayəsində “Əsrin müqaviləsi” imzalandı və dünyanın nəzər-diqqəti Azərbaycana yönəldi. 1993-cü ilin iyununa qədər xaos, anarxiya, çevrilişlər məkanı kimi tanınan Azərbaycan, Ulu öndərin hakimiyyətə gəlişindən sonra, Qərbin aparıcı neft şirkətləri ilə əməkdaşlıq edən, demokratiya, insan haqları prinsiplərinə üstünlük verən bir ölkəyə çevrildi”.

 

Müstəqillik həm də iqtisadi qüdrətdir

 

“Müstəqillik həm də iqtisadi qüdrətdir” deyən, Y.Kərimov sovet dövrü ilə bağlı maraqlı bir məqamı da xatırladıb: “Sovet dövründə bizim neftimizi sovurub aparırdılar. Əvəzində isə bizə o vaxtın pulu ilə cüzi məbləğdə büdcə ayırırdılar. Mən “Azərbaycan gəncləri” qəzetinin redaktoru idim. İdman sarayı tikilirdibiz orada müxbir postunu yaratmışdıq. Həmin kompleks 15 ilə tikilditam tikilib qurtarmadı. Çünki o zaman bizim var-dövlətimizi özümüzə vermirdilər. Neftimizdən milyonlar, milyardlar qazanan sovet rəhbərliyi adi bir idman sarayının tikilib sona çatdırılması üçün lazımi vəsait ayırmırdı. Onu da deyim ki, bu gün aeroport yolunun ətrafında aparılmış quruculuq-abadlıq işləri sovet dövründə bəlkə də 100 ilə başa gələ bilərdi. Bunu təsadüfən xatırlatmadım. Yəni, təkcə bu faktın özü müstəqil dövlət olmağın, öz qazancını özün üçün xərcləməyin nə demək olduğunu təsdiqləyir. Bir daha qeyd edim ki, müstəqilliyimizin kağız üzərində qalmaması, hərtərəfli olması, yəni, müstəqil dövlət kimi bütün sahələrdə, xüsusilə də iqtisadi sahədə inkişaf əldə etməyimizə görə məhz Ulu öndərə borcluyuq. Əsasını Ümummilli liderimiz Heydər Əliyevin qoyduğuPrezident İlham Əliyev tərəfindən davam etdirilən quruculuq siyasəti nəticəsində Azərbaycan bu gün regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi qürdətinin günü-gündən artması isə öz növbəsində digər sahələrdəki tərəqqi və inkişafa da təkan verir”.

Müsahibimizin sözlərinə görə, iqtisadi qüdrətə malik Azərbaycan bu gün möcüzələr yaradır: “Mən “Aviasiyanın möcüzələri” adlı məqaləmdə bu barədə ətraflı bəhs etmişəm. Qeyd etmişəm ki, bir neçə il bundan əvvəl “Azərbaycanda təyyarə, özüpilotsuz təyyarə istehsal olunacaq” desəydilər, bu, gülüş doğurardı. Bu gün isə, bu, həqiqətə çevrilib. Eyni zamanda, ordu quruculuğu sahəsində, müdafiə sənayesi sahəsində hansı uğurlara nail olduğumuz da kimsəyə sirr deyil”.

Yusif Kərimov deyib ki, müstəqilliyin verdiyi digər imkan da mənəvi ucalıqla bağlıdır: “Mən 1975-ci ildə Türkiyəyə getmişdim. Təsəvvür edirsiniz, onlar belə həmin vaxt Azərbaycanın harada olduğunu bilmirdilər. Yəni, sovetlər dönəmində xaricdə Azərbaycan adlı məmləkətin harada olduğunu demək olar ki, bilən yox idi. Bu gün isə Azərbaycanı bütün dünya tanıyır. Ölkəmizlə hesablaşmayan hansısa bir beynəlxalq qurum yoxdur. Bu bizim mənəvi, siyasi ucalığımızdır”.

 

Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan Qərbin etibarlı tərəfdaşına çevrilib

 

Müsahibimizin sözlərinə görə, təbii ki, buna da Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində nail olmuşuq: “Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, respublikamızı Qərbin etibarlı tərəfdaşına çevirib. Məhz bu siyasətin uğurla icrasının, həmçinin, balanslaşdırımış xarici siyasət strategiyamızın nəticəsidir ki, Azərbaycan bu gün Avropanın əsas enerji təchizatçılarından biri kimi qəbul edilir. Yəni, Azərbaycanın ən nəhəng layihələrin reallaşmasına nail olması, ən iri layihələrinin təşəbbüskarı kimi rəqabətdə qalib olması regionda söz sahibi kimi gücünün möhkəmlənməsi ilə nəticələnib. İstər enerji təhlükəsizliyi, istər nəqliyyat-infrastruktur, istərsə də kommunikasiya layihələrində bütün məsuliyyəti üzərinə götürərək istəyinə nail olan respublikamız bu cür siyasi iradə nümayiş etdirməsinə görə beynəlxalq təşkilatların, supergüclərin diqqət mərkəzində dayanır. Məhz buna görə də, dünyanın aparıcı ölkələri və xarici şirkətlər Cənubi Qafqazda hansısa bir strateji layihənin icrası zamanı ölkəmizin mövqeyini mütləq nəzərə alırlar. Azərbaycan, həmçinin, beynəlxalq təhlükəsizliyin təmini, terrorçuluğa qarşı mübarizə məsələsində də ön sıralarda dayanan ölkələrdəndir. Bu gün azərbaycanlı hərbçilər İraqda və Əfqanıstanda beynəlxalq sülhməramlı qüvvələrin tərkibində təhlükəsizliyin təmin olunmasına öz töhfələrini verirlər”.

Yeri gəlmişkən, söhbət zamanı Yusif müəllim müstəqilliyimizi istəməyən, Azərbaycanın qüdrətli dövlət olmasından narahatlıq keçirən qüvvələrin yenidən fəaliyyətə keçdiklərini də bildirib. Onun sözlərinə görə, müstəqilliyimizi həzm edə bilməyən həmin qüvvələr ölkəmizin əldə etdiyi uğurların qarşısını almaq üçün zaman-zaman çirkin fəaliyyətə keçirirlər: “Bu bir həqiqətdir ki, Azərbaycanın regionda lider dövlət kimi siyasi nüfuzunun, iqtisadi qüdrətinin, geosiyasi mövqeyinin artması ölkəmizin tərəfdaşları və müttəfiqləri ilə strateji əlaqələrinin artmasına dərin zəmin yaradıb. Azərbaycanın deyilən istiqamətlərdə nümunəvi bir dövlətə çevrilməsi hökumətin həyata keçirdiyi siyasətin nəticəsi sayıla bilər. Bu tendensiyanın getdikcə dərin xarakter alması respublikamızın bütünlüklə dünya miqyasında faydalı əməkdaşlıq üçün açıq dövlət olmasını şərtləndirir. Lakin Azərbaycanın son illərdə əldə etdiyi inkişaf bir sıra xarici qüvvələri narahat etməyə başlayıb. Bununla yanaşı, ölkəmizin beynəlxalq arenada ildən-ilə öz mövqeyini gücləndirməsi, böyük dövlətlərin bizimlə əməkdaşlığa can atması, o cümlədən, dövlətin xaricidaxili siyasət sferasında müstəqil qərarlar qəbul etməsi, milli maraqlar çərçivəsində hərəkəti bədxahların Azərbaycana qarşı qeyri-obyektiv yanaşma sərgiləməsinə yol açır. Bu isə nəticə etibarı ilə hər zaman olduğu kimi, ölkəmizə qarşı ikili standartlar çərçivəsində yanaşılmaya, qeyri-obyektiv bəyanatlara səbəb olur. Lakin həmin qüvvələrin məkirli niyyətləri heç zaman baş tutmayacaq. Çünki ölkədə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur”.

 

Müstəqillik illərində Azərbaycan mətbuatı bir sıra uğurlara nail olub

 

Nəhayət, müstəqillik illərində mətbuatın inkişafı ilə bağlı mövzuya da toxunan Yusif Kərimov aşağıdakıları bildirib: “Düzdür, müstəqilliyimizin ilk illərində jurnalistikamız döyüşkən jurnalistikaya çevrildi. Həmin vaxt qələm sanki silaha çevrilmişdi. Bunun da əsasında Vətən, torpaq uğrunda savaş dayanırdı. Bu yolda neçə-neçə jurnalistimizin şəhid olduğu da kimsəyə sirr deyil. Lakin təəssüflər olsun ki, sonradan digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də anormal proseslər hökm sürməyə başladı. Çünki sovetin ağır nəzarət buxovundan azad olan mətbuat özünə gəlməmiş meydana yeni mənfi tendensiyalar çıxdı. Daha doğrusu, bir-birinə qarşı amansız mübarizə aparan qüvvələr mətbuatdan bir vasitə kimi istifadə etməyə başladılar. Bu isə Azərbaycanda sözün əsl mənasında azad mətbuatın inkişafını əngəlləyirdi”.

Bu cür mənfi halların 1993-cü ilin yayına qədər davam etdiyini deyən müsahibim əlavə edib ki, məhz Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsi bütün sahələrdə, o cümlədən, mətbuatın inkişafında da mühüm dəyişikliklərə səbəb oldu: “Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Ulu öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiyanın 47-ci maddəsi vətəndaşların sözfikir azadlığını təsbit etdi. Hər bir kəsə məlumat azadlığı verən 50-ci maddə KİV-də, o cümlədən, mətbuatda dövlət senzurasını qadağan etdi. Ulu öndərin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər” haqqında 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edildi. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində mətbuatın üzləşdiyi ən böyük çətinliklərdən birimaddi-texniki bazanın zəifliyi, vəsait çatışmazlığı idi. İdarəçilik sahəsində hər bir xırda detalı belə nəzərdən qaçırmayan Ulu öndər bu istiqamətdə də KİV-ə əsaslı dəstək olan bir addım atdı. Belə ki, KİV-in maddi-texniki vəziyyətini yaxşılaşdırmaq məqsədilə 1998-ci ilin sonundan bütün mətbuat və informasiya vasitələri əlavə dəyər vergisindən (ƏDV) azad olundular. Lakin, bu, KİV-in sosial durumunun yaxşılaşdırılması istiqamətində atılan heç də yeganə addım deyildi. Belə ki, sözügedən dövrdə Ulu öndər Heydər Əliyev tərəfindən qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcu donduruldu. Ulu öndərin hakimiyyəti dövründə KİV-lə bağlı həyata keçirilən islahatlardan danışarkən 1999-cu il dekabrın 7-də “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulunu xüsusi olaraq qeyd etmək lazımdır. KİV-in, o cümlədən, mətbuatın sərbəst fəaliyyətinə hər cür şəraitin yaradılması və qanunvericiliyin təkmilləşdirilməsi üçün qəbul edilən bu qanunda jurnalistlərin daşıdığı hüquq və vəzifələr, eləcə də, dövlətlə KİV-in qarşılıqlı münasibətləri, KİV-in fəaliyyətinin iqtisadi əsasları, vergi, gömrük güzəştləri müəyyənləşdirildi. 2000-ci il martın 6-da Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə təsdiqlənən “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı”nın uğurla həyata keçirilməsi mətbuatın inkişafında mühüm təkan rolunu oynadı. Bundan başqa, Ulu öndərimiz cəmiyyətdə jurnalistlərə yüksək münasibətin formalaşmasında mühüm rol oynadı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzet baş redaktorları ilə görüşlər keçirən Ümummilli liderimiz mətbuatın problemləri ilə daha yaxından tanış olaraq, müvafiq qərarlar qəbul etdi, mətbuatın inkişafına nail oldu. Beləliklə, hər addımında mətbuata, jurnalistikaya diqqət və qayğı göstərən Ulu öndər Heydər Əliyev 2002-ci ildə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görüldü”.

 

Mətbuata dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir

 

Yusif Kərimov onu da bildirib ki, əsasını Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir: “Dövlət başçısının mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin sürətlə irəliləməsinə, mətbu orqanların fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Məhz bunun nəticəsidir ki, hazırda milli mətbuatın bazasının möhkəmləndirilməsi, dövlət orqanları ilə mətbuat arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin Milli Mətbuatın yaranmasının 130-cu ildönümü münasibətilə ölkənin aparıcı jurnalistlərini dövlətin ali mükafatları ilə təltif etməsi, “Əməkdar jurnalist” fəxri adının bərpa olunması, aparıcı qəzet redaksiyalarına birdəfəlik maliyyə yardımlarının ayrılması, həmçinin, bu sahə ilə bağlı imzaladığı digər Fərman və sərəncamlar dövlət başçısının mətbuata diqqət və qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin 2006-cı il 8 fevral tarixli Sərəncamını isə Ulu öndərin mətbuatın maddi-texniki imkanlarının yaxşılaşdırılması yönündə həyata keçirdiyi siyasətin davamı kimi qiymətləndirmək olar. Çünki sözügedən tarixdə dövlət başçısının imzaladığı “Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının ödənilməsi barədə” Sərəncama əsasən qəzetlərin nəşriyyata olan 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənildi. Yeri gəlmişkən, mətbuatın maddi durumunun yüksəldilməsi istiqamətində görülən işlərin davamı olaraq Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamlarını göstərmək olar. Prezident İlham Əliyevin 2009-cu il aprelin 3-də imzaladığı “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncam isə mətbuatın inkişafı yönündə görülən işlərin sistemli və davamlı xarakter daşıdığını təsdiqləyən daha bir addım oldu. Təbii ki, ötən müddət ərzində KİV-in inkişafı ilə bağlı təkcə sərəncamlar və fərmanlar imzalanmayıb, eyni zamanda, bir sıra qanunlara əlavə və dəyişikliklər edilib.

Bir sözlə, istər silsilə tədbirlərin keçirilməsi, istərsə də dövlət başçısının milli mətbuatımızın 135 yaşının tamam olduğu gün, yəni, iyulun 22-də imzaladığı sərəncamlar əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu mətbuat siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlayeni keyfiyyətdə davam etdirilməsini bir daha təsdiqləyir. Məlumat üçün deyək ki, həmin sərəncamlarla bir qrup mətbuat işçisinə fəxri adlarmükafatlar verilib, bir sıra KİV orqanlarına birdəfəlik maliyyə yardımları edilib, həmçinin, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə dövlət başçısının Sərəncamı əsasında 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. Məhz bunun nəticəsidir ki, jurnalistlər 2010-cu ildə Prezident İlham Əliyevi “Jurnalistlərin dostu” seçdilər. Yəni, bu, bir həqiqətdir ki, Prezident İlham Əliyevin mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin sürətlə inkişaf etməsinə, mətbu orqanların fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub”.

 

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2011.- 13 avqust.- S. 8.