Regionlarda inkişaf proqramları geniş vüsət alıb

 

Prezident İlham Əliyev: Bütün bölgələrdə canlanma, inkişaf vardır, konkret layihələr icra edilir. Mən istəyirəm ki, hər bir yerdə, hər bir rayonda işlər yüksək səviyyədə aparılsın

 

Məlumdur ki, ölkəmizdə regionların inkişafı ilə bağlı həyata keçirilən layihələr 2011-ci ilin əvvəllərindən başlayaraq geniş vüsət alıb. Bütün bölgələrdə yeni müəssisələrin, istehsal, xidmət, sosial infrastruktur obyektlərinin yaradılması, abadlıq quruculuq işlərinin aparılması davamlı xarakter alıb. Regionlarda mövcud olan iqtisadi potensialdan səmərəli istifadə edilməsi, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi ötən dövr ərzində infrastruktur sahələrinin bərpası genişləndirilməsinə, yeni istehsal emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub.

2011-ci ilin əvvəllərindən başlayaraq, Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərinin rayonlarda əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması, eləcə dövlət başçısının yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar göstərişlər verməsi proqramın icrasının əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub. Eyni zamanda, Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlər həyata keçirilib.

Dövlət başçısı ilin əvvəllərindən indiyədək respublikamızın bir çox rayonlarına səfərlər edib ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub. Prezident İlham Əliyev rayonlara səfərləri çərçivəsində iri istehsal xidmət müəssisələrinin açılış təməlqoyma mərasimlərində iştirak edib. Dövlət başçısının hər bir səfəri regionların inkişafı ilə bağlı tədbirlərin daha da sürətlənməsinə səbəb olur, rayonlarda insanların işgüzarlığı, iqtisadi fəallığı üçün əlavə stimul verir. Bu günlərdə Şabran Siyəzən rayonlarında olan Prezident İlham Əliyevin yerli sakinlərlə görüşü bir daha təsdiq etdi ki, dövlət başçısının səfərləri ölkə vətəndaşlarında böyük ruh yüksəkliyi yaradır onları daha əzmlə çalışmağa sövq edir. Cənab Prezident İlham Əliyev vətəndaşlarla açıq şəkildə təmas quraraq onların görmək istədikləri, arzu etdikləri məsələlərin həyata keçməsi üçün bütün tədbirlərin görüləcəyini əmin etməklə, insanlarda hökumətə olan dərin inamı daha da möhkəmləndirmiş olur.

Prezident İlham Əliyev Siyəzən Şabran sakinlərinin daha yaxşı yaşamaları, hər bir sosial infrastruktur kommunal xidmət növləri ilə təmin olunmaları, rahat istirahət etmələri üçün lazım olan bütün şəraitin yaradılacağını bildirib. Dövlət başçısı ölkəmizdə aparılan sürətli quruculuq işlərinin bu rayonlarda da geniş vüsət alacağını diqqətə çatdırıb: “Bildiyiniz kimi, Azərbaycanda son illər ərzində geniş quruculuq işləri aparılır. Bütün bölgələrdə canlanma, inkişaf vardır, konkret layihələr icra edilir. Mən istəyirəm ki, hər bir yerdə, hər bir rayonda işlər yüksək səviyyədə aparılsın. İlk növbədə, insanları narahat edən problemlər tezliklə aradan qaldırılsın bu istiqamətdə konkret addımlar atılmışdır. Bunu Siyəzən rayonunun timsalında da görə bilərik, infrastruktur layihələri icra edilir, yollar salınır, magistral yol çəkilmişdir, Bakıya gediş-gəliş çox rahatdır. Eyni zamanda, kənd yollarının çəkilişi ilə bağlı əlavə konkret tədbirlər görülməlidir görüləcəkdir. Elektrik enerjisi təchizatı. Bu məsələ ilə bağlı heç bir problem yoxdur. Qazlaşdırma proqramı icra edilir. Bilirsiniz ki, Siyəzəndə bütün dövrlərdə qaz təchizatı başqa rayonlara nisbətən daha da yaxşı olmuşdur. Ancaq qarşıya vəzifə qoymuşuq ki, bütün kəndlərə qaz xətləri çəkilsin. İndi bu istiqamətdə işlər görülür. İçməli su, kanalizasiya layihələrinin icrası ilə bağlı işlər gedir bu proqram da demək olar ki, bütün bölgələri əhatə edir”.

Respublikamızın bütün bölgələrində yeni istehsal xidmət müəssisələrinin istifadəyə verildiyini, yerlərinin açıldığını, abadlıq işlərinin aparıldığını xatırladan dövlət başçısı bu tədbirlərin birbaşa yerli sakinlərin, ümumilikdə, bütün ölkə vətəndaşlarının rahat yaxşı yaşamalarına xidmət etdiyini bildirib. Həyata keçirilən bütün tədbirlər insanların sosial rifahının yüksəlməsi üçün nəzərdə tutulub. Çünki bizim siyasət sosialyönümlü siyasətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanırdeyən Prezident İlham Əliyev hər bir yerdə, hər bir rayonda insanların normal yaşaması, ölkəmizin sosial-iqtisadi tərəqqisi üçün dövlət siyasətinin gücləndiriləcəyini bəyan edib: “Bu, bizim siyasətimizin konkret nəticələridir. Bizim siyasətimiz sosialyönümlüdür. Bir daha demək istəyirəm ki, sosial siyasətin əsas məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır”.

Göründüyü kimi, Prezident İlham Əliyevin rayonlara sistemli davamlı xarakter alan səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini həyata keçirilməsini təmin edir. Azərbaycanın dövlət başçısı regionlardakı kənd qəsəbələr, ölkənin hər bir yaşayış məntəqəsinin sosial infrastrukturunun yaxşılaşdırılması, abadlaşdırılması üçün tələb olunan maliyyə vəsaitlərinin ayrılmasını təmin edir. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına, firavan yaşamasına, hər bir kommunal vasitələrlə təmin olunmasına səbəb olur.

 

 

ELBRUS CƏFƏRLİ

 

Yeni Azərbaycan.- 2011.- 17 avqust.- S. 2.