Mehriban xanım Əliyeva
məqsədyönlü fəaliyyətilə Azərbaycan
muğamını bəşəriləşdirib
Mehriban xanım Əliyeva: Muğam
Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin
daşıyıcısıdır. Torpağa, köklərə
bağlılıq, vətənpərvərlik, milli ləyaqət
hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət,
emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin
əsasındadır
Muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud
olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni
irsinin formalaşmasında
və bugünkü dövrə qədər gəlib çatmasında
mühüm rol oynayıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın söylədiyi kimi, təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə
sığışmayan, azad,
özü-özündən bəhrələnən bir
sənətdir. Muğam sənəti
əsrlər boyu Azərbaycan xalqının
milli tanıtma nişanlarından biri kimi milli-mədəni irsimizin əsas hissəsini təşkil edib. Bu mənada,
bizi millət kimi qoruyub saxlayan
bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur.
Muğam sadəcə hansısa bəstəkar tərəfindən
bəstələnmiş sadə
bir musiqi və ya avaz
deyil. Muğam insan ruhunu oxşayan, onun psixologiyasına müxtəlif
istiqamətli təsirlər
göstərə bilən
unikal bir vasitədir. Dərin
fəlsəfi məna
daşıyan poeziyaya
əsaslanan hər hansı muğamı diqqətlə dinləyərkən,
Füzuli, Nəsimi, Seyid Əzim Şirvani, Vahid və başqalarının
qəzəllərinin mənası
üzərində düşünərkən,
insan sehrli bir aləmə dalır, keçirdiyi hisslər həmin muğamın musiqi obrazlarına uyğun gəlir. Bəli, söylənildiyi kimi, bu heyrətamiz
musiqi bütün hallarda bizim daxili ovqatımıza təsir edir. O, həmişə yerinə
düşür - kədərli
və qüssəli anlarımızda da, sevinc və sevgi duyğuları aşıb-daşanda da. Muğam bizi həyatımızın
əvvəlindən sonuna
qədər daim müşayiət edir.
Muğam
fenomeni də məhz ondan ibarətdir ki, o, əsrlər boyu insanı müşayiət
edib, ona ruhi saflıq və ucalıq bəxş edərək, ən qədim dövrlərdən bu günə və gələcəyə körpü
olub.
Əlbəttə, muğam ifaçılığının
əsas keyfiyyət meyarı xanəndənin peşəkarlığıdır. Lakin mütəxəssislər haqlı
olaraq hesab edirlər ki, xanəndənin ustalığı,
onun muğam ifa edərkən dinləyicini başqa bir aləmə aparmaq bacarığı da az rol oynamır. Muğam sənətinin ecazkarlığı,
sehri məhz bundadır. Burada səsin gözəlliyi
çox vacib amildir. Yaxşı deyiblər ki,
muğamda dinləyicini
ovsunlayan birinci amil ifaçının gözəl səsidir.
Ruhu oxşayan ifa dinləyicinin qəlbində
ülvi duyğular oyadır, onu xəyallar aləminə aparır, ruhlandırır.
Muğamın əhəmiyyəti söylədiklərimizdən qat-qat artıqdır. Muğamı daha dolğun şəkildə ifadə etmək üçün yeni fikirlər tapmaq getdikcə çətinləşir. Amma bir şey məlumdur ki, muğam bizim həyatımızın, varlığımızın bir hissəsidir. Mehriban xanım Əliyeva muğamı obrazlı şəkildə çox dəqiq səciyyələndirib: “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz, muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində muğamımız toyxana, kiçik konsert salonları səviyyəsindən çıxarılıb YUNESKO səviyyəsinə qaldırılıb, muğama layiq olduğu beynəlxalq statusu verilib. Bu gün Avropanın böyük dövlətlərinin, ABŞ-ın bir çox ştatlarının, Yaxın Şərq və Orta Asiya ölkələrinin səhnələrində Azərbaycan muğamı sevilərək dinlənilir və sürəkli alqışlarla qarşılanır. Niyazinin “Rast”, Fikrət Əmirovun sözün həqiqi mənasında sensasiyaya çevrilmiş “Şur”, “Kürd ovşarı”, “Gülüstan-Bayatı Şiraz” əsərləri o vaxta qədər mövcud olmayan simfonik muğam janrının ilk nümunələri kimi bütün musiqi dünyasını heyran edib. Təsadüfi deyil ki, son illərdə İngiltərə, Fransa, Almaniya, Yaponiya və ABŞ-da muğama maraq xeyli artıb, bu ölkələrdə muğamı çox yüksək səviyyədə qəbul edirlər. Görünür, bu fakt onunla izah edilməlidir ki, qədim Azərbaycan muğamı bu əsrin əvvəlinə qədər milli ənənələri xalis şəkildə qoruyub saxlayıb və mütəxəssislərin fikrincə, kifayət qədər inkişaf edib, mədəni dəyərlərin yüksək bədii ifadə formasına çevrilib.
Bu gün Ümummilli ider Heydər Əliyevin ortaya qoyduğu ideyaların reallaşdırılması, “Muğam Azərbaycanın milli sərvətidir”, - deyən Prezident İlham Əliyevin dəstəyi, diqqət və qayğısı, “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq”, - söyləyən Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində muğam sənəti yeni inkişaf mərhələsini yaşayır.
Bunun nəticəsidir ki, 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub.
Qeyd edək ki, bu qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul olunub.
Azərbaycan muğamına, eləcə də musiqisinə bu dərəcədə doğmalığın, yaxınlığın sirri nədədir görəsən? Sərhəd tanımayan, bir-birindən fərqli musiqilərin geniş yayıldığı çağdaş dünyamızda musiqimizin bu qədər populyarlıq qazanması heç də təəccübli deyil. Ən azı ona görə ki, biz sadəcə olaraq musiqini təkcə səsin içində dinləyiciyə təqdim etmirik, həm də onu “danışdırırıq”. Bəlkə də bu, çoxlarında təəccüb doğuracaq. Amma inanın ki, bizim musiqimiz dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, hər bir dinləyici ilə onun öz dilində danışa bilir...
Azərbaycan xalqının qədim irsi olan muğam çoxdan geniş kütlələrin ümumi mənəvi sərvətinə çevrilib. Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən başlayaraq dünya mədəniyyəti məkanına daxil olmağa başlayıb. 1971-ci ildə YUNESKO 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” plastinkasını da daxil edib. 1975-ci ildə Azərbaycan muğamları yenə də YUNESKO tərəfindən “Musiqi mənbələri” seriyasında buraxılıb. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan “Stalker” filmində də səslənib.
Bütün bunlar azmış kimi muğamlarımız təkcə Yer kürəsi sakinlərini deyil, həm də göy cisimlərini özünə cəlb edib. ABŞ Milli Kosmik Agentliyi (NASA) Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsini 1977-ci ildə peyklə kosmosa göndərib.
Muğam Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin daim diqqətini cəlb edib. Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilib.
Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyub. Yüzilliklərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti zənginləşən Azərbaycan muğamının müasir tarixində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. YUNESKO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir.
Həm Heydər Əliyev Fondu, həm də Azərbaycan Mədəniyyət Fondu bu sahəyə öz layiqli töhfələrini veriblər. Son illər ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilib, muğam müsabiqələri təşkil olunub, “Qarabağ xanəndələri” albomu buraxılıb, “Muğam” jurnalı, “Muğam ensiklopediyası” nəşr edilib. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanıb.
Azərbaycan muğamına yeni bir həyat bəxş edən Mehriban xanım Əliyeva bu bənzərsiz sənət inciləri ilə bağlı fikirlərini belə dilə gətirir: “Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırıb. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlayıb.
Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm”.
Bizim sərhəd tanımayan milli musiqimiz həm də dünyanı özünə cəlb edə bilir. Artiq üçüncü dəfədir ki, ənənəvi olaraq hər ilin avqust ayında Azərbaycanın ən gözəl guşələrindən birində - Qəbələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Beynəlxalq musiqi festivalı keçirilir. Qəbələ Beynəlxalq musiqi festivalı statusunu almış bu incəsənət bayramına dünyanın ən tanınmış musiqiçiləri gəlirlər. Bu möhtəşəm tədbir çərçivəsində pianoçuların müsabiqəsi, musiqinin müxtəlif janrlarına aid konsertlər, ustad dərsləri keçirilir. Azərbaycan mədəniyyətinin təbliğinə yönələn bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılmasına xidmət edir.
Bu gün Heydər Əliyev Fondunun dəstəyi
ilə Azərbaycanda bir-birindən maraqlı beynəlxalq
musiqi festivalları təşkil edilir. Bu siyahıya Üzeyir
Hacıbəyli, Qara Qarayev, Mstislav Rostropoviçin
adını daşıyan musiqi festivallarını daxil etmək
olar. Hər bir belə hadisə, hər bir belə
musiqi festivalı böyük bir bayrama çevrilir. Dünya müsiqiçilərinin
diqqətini cəlb edən ən maraqlı məqamlardan biri Azərbaycanda keçirilən müxtəlif
təyinatlı bütün
beynəlxalq əhəmiyyətli
musiqi tədbirlərinin
hər birində muğam elementlərinin olmasıdır. Bir sözlə,
bizim muğamımız
bu gün bütün dünyanı
fəth etmək, dilindən, dinindən, irqindən, miliyyətindən
asılı olmayaraq, hər kəsin qəlbini, ruhunu oxşamaq iqtıdarındadır.
İnanırıq ki, bu gün dünyanı dolaşan, çoxsaylı
dinləyici sevgisi qazanan, hamını öz dilində danışdırmağı bacaran
muğamımızın zənguləsi
tezliklə doğma, dədə-baba torpaqlarımz
olan Qarabağda səslənəcək. O gün uzaqda deyil və mütləq
gələcək.
Yeni Azərbaycan.- 2011.- 27 avqust.- S.
3.