Nicat Məmmədov Azərbaycan çempionu oldu

 

Azərbaycan Şahmat Federasiyasının mənzil-qərargahında keçirilən kişilər arasında Azərbaycan çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, 12 iştirakçının dairəvi sistemlə qüvvəsini sınadığı yarışın qalibi adını Nicat Məmmədov qazanıb. Beynəlxalq qrossmeyster 11 turdan 8 xal toplayaraq qızıl medallara sahib olub.

Fəxri kürsünün II pilləsinə Rüfət Bağırov yüksəlib. O, çempiondan 1 xal az toplayıb. İlk “3-lüyü” isə 6,5 xala malik Qədir Hüseynov qapayıb. Yarışın reytinq-favoriti Vasif Durarbəyli Azər Mirzoyevlə eyni xal yığsa da, əlavə əmsallara görə rəqiblərini üstələyib.

Qaliblərin mükafatlandırma mərasimi bu gün Mərkəzi Bankda keçiriləcək.

Qeyd edək ki, çempionatda ölkəmizin aparıcı zəka sahibləri - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov Vüqar Həşimov mübarizə aparmayıblar.

 

 

Yeni Azərbaycan.- 2011.- 2 fevral.- S.8.