Dönməz əqidəli, dövlətçilik marağını hər şeydən üstün tutan bütöv şəxsiyyət

 

Rəhimzadə Arif Qafar oğlu 1941-ci il fevralın 3-də Gəncə şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutu Bakı Ali Partiya Məktəbini bitirib. Kənd təsərrüfatı elmləri namizədidir.

1963-cü ildən Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun elmi işçisi, 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi vəzifələrində çalışıb. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində baş referent, 1974-cü ildən Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini işləyib. 1987-1989-cu illərdə Quba rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993-1994-cü illərdə Azərbaycan Respublikasının Dövlət müşaviri vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvüdür.

Azərbaycan SSR on birinci on ikinci çağırış Ali Sovetinin, Azərbaycan Respublikası birinci, ikinci üçüncü çağırış Milli Məclisinin deputatı, 1994-cü ilin oktyabr ayında parlament sədrinin birinci müavini vəzifəsinə seçilib.

2010-ci il parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən IV çağırış Azərbaycan parlamentinə deputat seçilib. Hazırda Milli Məclisin Regional məsələlər komitəsinin sədridir. vaxt hansı vəzifədə çalışmasından asılı olmayaraq, o, həmişə dövlətçilik maraqlarına xidmət edib.

Ömrü insana Tanrı bəxş edir. Amma həmin ömrü necə yaşamasını insan özü müəyyənləşdirir. Bəzi insanların yaşadığı ömür yalnız fərdi çərçivə ilə məhdudlaşır heç bir ictimai çəki daşımır. Belə insanlar dilemma qarşısında qaldığı zaman geriyə çəkilə bilirlər. Bəzi insanlar isə düz bildikləri, real saydıqları gerçəklik uğrunda sona qədər döyüşürlər. Onlar mühitdən situasiyadan asılı olmayaraq hər zaman həqiqətin tərəfində olurlar. Çünki bu insanlar artıq şəxsiyyətə çevrilirlər...

Dünən 70 yaşı tamam olan hörmətli millət vəkilimiz, tanınmış ictimai-siyasi xadim Arif Rəhimzadə haqq uğrunda savaşmağı bacaran insanlardandır. Arif Rəhimzadə fərqli nəsillərin yaddaşında özünə yer tapan,  fəaliyyəti ilə bu yaddaşlara həkk olan bir şəxsiyyətdir. Yaşlı nəsil Arif müəllimi rəhbərlik etdiyi Quba rayonunun sosial-iqtisadi problemlərinin həlli uğrunda çalışan işgüzar məsuliyyətli rayon rəhbəri kimi xatırlayırsa, orta nəsil onu Azərbaycanın xilası uğrunda parlamentdə çoxluğu ələ almış hakimiyyəti zəbt etmiş qruplara qarşı savaşa qalxan, xalqının, dövlətinin maraqlarını qoruyan, Ulu öndər Heydər Əliyevin Bakıya qayıdışının müstəqilliyimizin qorunması üçün yeganə çıxış yolu olduğuna səmimi qəlbdən inanan bu inamın arxasınca sona qədər gedən, xalqının dövlətinin maraqlarını şəxsi təhlükəsizliyindən üstün tutan siyasi xadim, gənc nəsil isə ölkəmizdə hələ yeni-yeni təşəkkül tapan özünüidarə strukturunun-bələdiyyələrin formalaşdırılmasında, bu istiqamətdə qanunların hazırlanmasında böyük əmək sərf edən, rəhbərlik etdiyi Milli Məclisin Regional məsələlər üzrə komitəsinin mütəşəkkil işini yüksək səviyyədə tənzimləyən mütəxəssis kimi xarakterizə edir.

Arif Rəhimzadə Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olaraq Heydər Əliyev siyasi xəttinə sədaqəti ilə seçilən şəxsiyyətlərdəndir. 1993-cü ildə Bakıda hakimiyyəti ələ almış AXC-Müsavat cütlüyü Azərbaycanın müstəqilliyini uçuruma doğru sürüklədiyi, ölkədə vətəndaş qarşıdurması yaratdığı bir dönəmdə Arif Rəhimzadə bu çətin problemin yalnız Ulu öndər Heydər Əliyev tərəfindən həll oluna biləcəyinin mümkünlüyünü dərk edən onu təbliğ edənlərdən biri idi. Heydər Əliyev şəxsiyyətinin, zəkasının, istedadının təcrübəsinin dövlətçiliyimizin xilası üçün qədər vacib olduğunu bilən Arif Rəhimzadə çəkinmədən Ulu öndərin siyasi kursunu dəstəklədiyini o zamanın hakimiyyətinə açıq şəkildə bəyan etdi...

Sonrakı illərdə siyasi fəaliyyətini Yeni Azərbaycan Partiyasında davam etdirən Arif Rəhimzadə bu gün partiyanın Siyasi Şurasının İdarə Heyətinin üzvüdür. Arif Rəhimzadə dövlətçiliyimizin inkişafında, müstəqillyimizin qorunmasında, ölkəmizin iqtisadi-siyasi inkişafında özünəməxsus yer tutan YAP-ın fəaliyyətində yaxından iştirak edən bir insandır. Dövlətçiliyimizə sədaqətlə xidmətləri ilə seçilən hörmətli millət vəkilimiz hər zaman özünü fəxarətləUlu öndər Heydər Əliyev siyasi məktəbinin sadiq əsgəriadlandırır... Arif Rəhimzadəni xalqının gözündə ucaldan, sevdirən ən mühüm məqamlardan biri məhz Heydər Əliyev siyasi məktəbinə bağlılığı, əqidəsində möhkəmliyi dönməzliyidir...

Arif Rəhimzadə artıq 16-cı ildir ki, Azərbaycan parlamentinin üzvüdür. Bu illər ərzində o, hər zaman xalqının mənafeyini, hüquqlarını qoruyan deputat kimi daim diqqət mərkəzində olub. İstər Milli Məclisin vitse-spikeri olduğu zaman, istərsə , Regional məsələlər komitəsinə rəhbərlik etdiyi dövrdə Arif müəllimin savadlı, peşəkar siyasətçi kimi irəli sürdüyü təşəbbüslər qanunvericiliyimizin təkmilləşdirilməsində mühüm rola, əhəmiyyətə malik olub. Arif Rəhimzadə həm Milli Məclisin gənc üzvləri üçün əsl örnəkdir. O hər zaman qanunvericilik sahəsindəki təcrübəsini, biliyini gənc həmkarları ilə bölüşməyə hazır bir millət vəkilidir.

Təmsil etdiyi Neftçala rayonunda seçicilərinin problemlərinin həlli üçün bütün gücünü səfərbər edən Arif Rəhimzadə tez-tez bu insanlarla ünsiyyətdə olur, onları narahat edən məsələlərlə yerindəcə tanış olmağa üstünlük verir. Arif Rəhimzadə parlamentdə təmsil etdiyi rayonun bütün kəndlərinin problemlərinin həlli uğrunda əsl millət vəkili kimi fəaliyyət nümayiş etdirir. Bu səbəbdəndir ki, bu gün Neftçala rayonunda böyükdən-kiçiyə hər kəs Arif Rəhimzadəni sevgi ilə qarşılayır, onun adını böyük məhəbbətlə çəkir. Bu rayonun seçiciləri hər zaman fəxrləbizim deputatımız Arif Rəhimzadədirdeyirlər...

Biz Yeni Azərbaycanqəzeti olaraq hörmətli Arif Rəhimzadəni 70 illik yubileyi münasibətilə təbrik edir, millət vəkilimizə cansağlığı, fəaliyyətində uğurlar diləyirik. 70 yaşınız mübarək ARİF MÜƏLLİM!!!

 

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2011.- 4 fevral.- S.3.