KIVDF-nin Müşahidə Şurasının iclası keçirilib

 

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. Müşahidə Şurasının  iclasında  aşağıdakı məsələlər  müzakirə edilərək müvafiq qərarlar qəbul edilib:

1. Fondun 2010-cu il üçün həyata keçirdiyi tədbirlər büdcədən ayrılmış vəsaitin xərclənməsi barədə  hesabatın müzakirəsi;

2. 2011-ci il üçün Fondun Fəaliyyət proqramının  müzakirəsi;

3. Novruz Bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin  mövzularının  müzakirəsi;

Fondun icraçı direktoru Vüqar Səfərli birinci məsələ ilə bağlı çıxış edərək,  Fondun 2010-cu il üçün həyata keçirdiyi tədbirlər büdcədən ayrılmış vəsaitin xərclənməsi barədə  məlumat verib.  İcraçı direktorun məlumatına əsasən,  2010-cu ildə dövlət büdcəsindən Fonda 2.301.558  manat vəsait ayrılıb. O, ayrılmış vəsaitin büdcədə nəzərdə tutulan istiqamətlər üzrə sərf olunması barədə sənədləriüzvlərinin diqqətinə çatdırıb. Ayrılmış vəsaitdən ümumilikdə 4.876 manat xərclənməmiş qalıb ki, bu da dövlət büdcəsinə keçirilib.

İcraçı direktorun hesabatı Müşahidə Şurası üzvləri tərəfindən bənd-bənd müzakirə edilərək yekdil rəylə qəbul edilib.

İkinci məsələ ilə bağlı çıxış edən Müşahidə Şurasının sədri Umud Rəhimoğlu bildirib ki, Fondun 2011-ci il üçün fəaliyyət proqramının hazırlanması məqsədilə  üzvlərinə öncədən məlumat verilib, onların təklif rəyləri toplanıb. Bütün təklif rəylər nəzərə alınaraq Fondun 2011-ci il üçün fəaliyyət planı hazırlanıb. Vüqar Səfərli iclas iştirakçılarını 2011-ci ilin fəaliyyət proqramının ilkin layihəsi ilə  tanış edib.

2011-ci il üçün tədbirlər planı layihəsinin yaxın günlərdə yenidən müzakirə edilməsi qərara alınıb.

Sonda Novruz Bayramı münasibətilə keçiriləcək  fərdi jurnalist yazıları müsabiqəsinin mövzuları müzakirə edilib. Vüqar Səfərli müsabiqənin maliyyələşmə imkanları barədəüzvlərinə məlumat verib.  Fondun imkanlarını nəzərə alanüzvləri Novruz Bayramı  münasibətilə keçiriləcək  fərdi jurnalist yazıları müsabiqəsinin 7 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul ediblər.

 

 

Yeni Azərbaycan.- 2011.- 8 fevral.- S.6.