Şəhid Fərid Əhmədovun qəhrəmanlığı
gənc nəsil üçün örnəkdir
YAP Yasamal rayon təşkilatında şəhid Fərid
Əhmədovun xatirəsinə həsr olunmuş tədbir
keçirilib
Bu gün YAP Yasamal rayon
təşkilatında şəhid Fərid Əhmədovun
xatirəsinə həsr olunmuş tədbir keçirilib. Rayon
təşkilatının sədri, YAP Siyasi
Şurasının üzvü Fikrət İsmayılov F.Əhmədovun
torpaqlarımızın azadlığı uğrunda şəhid
olduğunu deyərək onun qəhrəmanlığının
hər bir gəncə örnək olduğunu
vurğulayıb. «Fevralın 13-də Fəridin ad günü
tamam oldu. Yaşasaydı onun 25 yaşı tamam olacaqdı. Amma
o, qəhrəmanlıq edərək şəhidlik zirvəsinə
ucalıb. Şəhidlər isə heç zaman
ölmür»-deyə o, qeyd edib. F.İsmayılov
xatırladıb ki, dövlət başçısı F.Əhmədovun
vətən qarşısında xidmətlərini dəyərləndirərək
onu «İgidliyə görə» medalı ilə təltif edib. Tədbirdə
digər çıxış edənlər də şəhid
F.Əhmədovun qəhrəmanlığının gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə olunmasında
böyük rol oynadığını qeyd ediblər.
Bayramlı Nardar
Yeni Azərbaycan.- 2011.- 16 fevral.- S.4.