Korrupsiya ilə mübarizə əhalinin sosial müdafiəsinin daha da güclənməsinə
stimul verir
Musa Quliyev:
Qazanılan uğurların,
eləcə də, ölkəmizdə digər
pozitiv addımların xalq
tərəfindən dəstəklənməsi
müxalifəti
narahat edir
Məlum olduğu kimi, Prezident İlham Əliyevin ölkəmizdə
liberal bazar iqtisadiyyatı
prinsiplərinin qorunması,
azad biznesin inkişafı və bütün fəaliyyət
sahələrində şəffaflığın
təmin edilməsi barədə tapşırığından
sonra aidiyyəti dövlət strukturları
öz sahələrinə
aid nöqsanların aradan
qaldırılması ilə
bağlı bir sıra addımlar atır. O cümlədən, korrupsiya ilə mübarizə tədbirlərinin
gücləndirilməsi məqsədilə
müvafiq dövlət
strukturları öz fəaliyyətlərini səfərbər
edərək iqtisadi və sosial həyatın bir sıra sahələrində
mövcud olan neqativ halların qarşısının alınması
üçün tədbirlər
görməkdədir. Dövlət başçısının müvafiq
orqanlara.
Bildiyimiz kimi, artıq bir sıra nazirlik və komitələr, icra orqanları Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə
üzrə Dövlət
Komissiyasının iclasında
verilmiş tapşırıqların
icrası ilə bağlı müəyyən
tədbirlər görüblər.
Nazirlik, komitə və iri dövlət qurumları kollegiya iclasları keçirərək
korrupsiya hallarına yol vermiş işçiləri cəzalandırıblar.
Bu istiqamətdə araşdırmalar davam edir və neqativ
hallara yol verən işçiləri
cəza tədbirləri
gözləyir.
Göründüyü kimi, korrupsiyaya və rüşvətxorluğa
qarşı barışmaz
mövqe tutan və güclü siyasi iradəsini nümayiş etdirən Azərbaycan hökuməti
bu kimi hallara
şərait yaradan, işində nöqsanlara yol verən məmurların cəzalandırılmasını
təmin edir. Yəni, ümumi
dövlət siyasətinin
əsas istiqamətlərindən
birini təşkil edən korrupsiya ilə mübarizə tədbirlərinin başlıca
xüsusiyyəti də
ondan ibarətdir ki, bu cür
əməllərlə məşğul
olan şəxslər
layiqli cəzalarını
alsınlar. Ən sərt
cəza tədbirləri
digərlərinə örnək
olsun, onlar dövlətin ümumi inkişafına mane olan, respublikamızın imicinə
xələl gətirən
bu kimi halların
sonda hansı aqibətlə nəticələnəcəyini
yaxşı anlasınlar.
Bu mənada cəzalandırılan
şəxslərin ünvanı
tam dəqiq olmalıdır,
onların hansı fəaliyyət sahələrində
problemlər yaratmasının
təfərrüatları bütün
detalları ilə aşkar olunaraq ictimaiyyətə təqdim
edilməlidir.
Məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı
mübarizə həmişə
olub. Bu məsələnin
yeni olmadığını
deyən M.Quliyev xatırladıb ki, hələ Ulu öndər Heydər Əliyev sovetlər dövründə Azərbaycanda
hakimiyyətə gələrkən
rüşvətxorluğa qarşı
genişmiqyaslı tədbirlər
keçirdi. Onun
sözlərinə görə,
sonrakı zamanlarda da bu iş
davam etdirildi. Hazırda isə korrupsiyaya qarşı mübarizə
ilə bağlı qanunlar qəbul olunub, eləcə də, müvafiq dövlət komissiyası
fəaliyyət göstərir.
“Bu istiqamətdə həyata keçirilən
kompleks tədbirlərdə
əsl günahkarlar öz layiqli cəzalarını almalıdırlar.
Yəni,
ölkəmizin ümumi
iqtisadi inkişafına,
sosial islahatlara, bir sözlə, fəaliyyət sahələrinin
hər bir bölməsində davam etdirilən dinamik işlərə kölgə
salan, bu islahatları ləngidən
və açıq şəkildə ölkəmizin
imicinə ciddi xələl gətirən
strukturların işçilərini
cəza gözləyir
və belə də olmalıdır.
Korrupsiya
ilə mübarizə
ümumdövlət siyasəti
olmaqla, cəmiyyətin
bütün təbəqələrini
və üzvlərini
əhatə etməlidir.
Ölkə ictimaiyyətinin bütün
üzvləri, vətəndaşlar
mütəşəkkil və
fəal şəkildə
bu neqativ hallara qarşı ciddi mübarizə aparmalıdır. İctimai fəallıq
nə qədər yüksək və güclü, dinamik olsa, korrupsiya ilə mübarizə tədbirlərində o qədər
effektiv nəticələr
əldə etmək mümkündür. Ona görə
də, bütün vətəndaşlar dövlətin
strateji məqsədlərindən
olan korrupsiyaya qarşı sistemli tədbirlərin həyata
keçirilməsində yaxından
iştirak etməlidir.
Unutmaq olmaz ki, bu tədbirlərin
sistemliliyi dövlətin
güclü milli iqtisadi təhlükəsizlik
şəbəkəsinin yaradılmasına
və sosial tərəqqiyə dərin
əsaslar yaradır”,
- deyə komitə sədrinin müavini vurğulayıb.
Müxalifət mətbuatının
korrupsiyaya qarşı
mübarizəyə şübhə
ilə yanaşdığını
xatırladan M.Quliyevin
sözlərinə görə,
bu mübarizə onların arzu etmədiyi məsələdir:
“Onlar həmişə
arzu edirlər ki, Azərbaycanda problemlər həll olunmamış qalsın. Qazanılan uğurların,
eləcə də, ölkəmizdə digər
pozitiv addımların xalq
tərəfindən dəstəkləndiyini
görəndə müxalifət narahat olur. Amma onlar
heç vaxt istəklərinə nail ola
bilməyəcəklər”.
Millət vəkili
bir daha vurğulayıb ki, bu mübarizəni aparmaq təkcə hökumətin və ya Milli Məclisin
işi deyil: “Bütün Azərbaycan vətəndaşları bu
istiqamətdə fəal
olmalıdır. İlk növbədə
hər kəs öz hüquqlarını
bilməlidir. Xüsusilə, sahibkarların öz sahələrində hüquqi
bilikləri aşağıdır.
Əgər hər kəs
öz hüququnu müdafiə edə bilərsə, qarşısına
qoyulan qeyri-qanuni tələbdən vaxtında
imtina edərsə, onda ölkədə bu mübarizə daha effektli nəticə
verər”. Millət
vəkilinin fikrincə,
bu mübarizə və onun müsbət
nəticələri xüsusilə
əhalinin sosial müdafiəsinin daha da güclənməsinə
stimul verir: “Çox böyük imkanlar açıla bilər ki, bəzi məhsulların,
o cümlədən, ərzaq
məhsullarının qiymətləri
aşağı düşsün. Görülən bu işlər
insanların dövlətə
inamını daha da gücləndirir. Fikrimcə, bu mübarizə qətidir, bundan sonra cəmiyyətdə korrupsiya və rüşvət olmayacaq”.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2011.- 18 fevral.- S.5.