İnsanlara
xidmət etmək hər birimizin amalı olmalıdır
Sədaqət Vəliyeva: Əgər bir insan
bacarmadığı işi görməyə cəhd edirsə,
o, heç zaman həmin sahənin inkişafına öz
töhfəsini verə bilməyəcək
Ötən ilin noyabr
ayının 7-də Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilmiş növbəti seçkilərdə Yeni Azərbaycan
Partiyası (YAP) böyük üstünlüklə qalib gəldi
və partiyanın irəli sürdüyü namizədlərdən
71 nəfəri parlamentdə təmsil olunmaq hüququ
qazandı. Məlum olduğu kimi, parlamentdə
hakim partiyanı təmsil edən millət vəkillərinin
21-i yeni seçilmişlərdir. Onlar, eyni
zamanda, respublikamızın müxtəlif sahələrində
göstərdikləri səmərəli fəaliyyətlə
ölkəmizin inkişafına öz töhfələrini
verirlər. Bu baxımdan da, “Yeni Azərbaycan” qəzeti
YAP-ın parlamentə seçilmiş yeni deputatları ilə
cəmiyyəti daha yaxından
Vəliyeva Sədaqət
Süleyman qızı 1954-cü ildə anadan olub. 1972-ci ildə
Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil olub, 1978-ci ildə institutu bitirib.
Əmək fəaliyyətinə tələbəlik
illərindən Döş qəfəsi cərrahiyyəsi xəstəxanasında
tibb bacısı işləyərək, başlayıb.
1980-ci ildən isə Suraxanı 6 saylı Vərəm
Xəstəxanasında həkim-fiziatr işləməyə
başlayıb. 1984-cü ildən 1985-ci ilə
kimi 6 saylı Vərəm Xəstəxanasında baş həkiməvəzi
işləyib.
1985-ci ildən
1995-ci ilədək Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının
baş həkimi vəzifəsində çalışıb. 1995-1996-cı
illərdə Suraxanı rayon Səhiyyə şöbəsinin
müdiri işləyib. 1997-2002-ci illərdə
yenidən Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının
baş həkimi vəzifəsində çalışıb.
2002-ci ildən 2006-cı ilədək
Sabunçu rayon Səhiyyə şöbəsinə rəhbərlik
edib. 2006-cı ildə Sabunçu rayon 4
saylı Vərəm Əleyhinə Dispanserə baş həkim
vəzifəsinə təyin edilib. 1990-cı
ildə Suraxanı rayonu Zığ qəsəbə Sovetinin
deputatı olub. Ali dərəcəli həkimdir.
Bir qız övladı var.
Həkimlik ən şərəfli və məsuliyyətli
peşədir
Həkim sənəti
cəmiyyətdə ən məsul peşələrdən
biridir. Məhz, bu ixtisasın sahibləri insanlara şəfa
verir, onların dərdlərinə çarə
qılırlar. Uzun müddətdir insanlara
tibbi xidmət göstərən, səhhətində problemlər
yaranmış çoxsaylı soydaşlarımıza
sağlamlıq bəxş edən Sədaqət Vəliyeva da
vəzifəsinin öhdəsindən layiqincə gələn
həkimlərimizdən biridir. O, əvvəllər
Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasında,
Suraxanı və Sabunçu rayonu Səhiyyə şöbəsində,
hazırda isə Sabunçu rayonu 4 saylı Vərəm Əleyhinə
Dispanserdə uğurla fəaliyyət göstərərək
bir sıra nailiyyətlərə imza atmaqdadır.
Öz peşəsindən
danışan müsahibimiz deyir ki, əgər bir insan
bacarmadığı işi görməyə cəhd edirsə,
o, heç zaman həmin sahənin inkişafına öz
töhfəsini verə bilməyəcək: “Çünki
insan gərək işlədiyi sahə üzrə
bütün potensilanı, bacarığını ortaya qoysun.
İnkişafa səbəb olacaq, nailiyyətlərin
əldə olunmasına əlverişli şərait yaradacaq
potensial olmadıqda isə, insan işlədiyi sahənin tərəqqisinə
öz töhfəsini verə bilməyəcək. Mən hələ Vərəm Dispanserində
çalışarkən, bu prinsipin nə qədər vacib
olduğunu anlamışdım. Müxtəlif
psixoloji vəziyyətdə olan adamlarla işləməli
olmuşdum. Ümumiyyətlə,
sağlamlıqlarında müəyyən problemlər olan
insanların şəfa tapması üçün ən
azından onlarla səmimi münasibətin qurulması
vacibdir”.
Vərəm xəstəliyinə
düçar olmuş insanlarla ünsiyyətin xoş və səmimi
atmosfer üzərində qurulmasının vacibliyini söyləyən
baş həkim bu işin bəzən həddən artıq
ağır olduğunu deyir: “İllərlə bu xəstəliyin
mənfi təsirləri ilə üzləşmiş insanlarda
psixoloji gərginliyin olması, gələcəklə
bağlı düşüncələrində bir növ ruh
düşkünlüyünün oturuşması onlara
qarşı olan diqqətin artırılmasını vacib amilə
çevirir. Məhz, bu cür problemli insanlarla
işləmək həm peşəkarlıq, həm də səmimi
münasibət tələb edir”.
Azərbaycanda səhiyyə
sahəsinə olan dövlət qayğısından
danışan Sədaqət Vəliyeva deyir ki, ölkəmizin
səhiyyə sisteminin inkişaf səviyyəsi heç zaman
bugünkü qədər yüksək olmayıb: “Cənab
Prezident İlham Əliyevin və Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban Əliyevanın xüsusi diqqət və
qayğısı nəticəsində səhiyyə sahəsində
böyük irəliləyişlər əldə olunub. Bu gün Azərbaycanın elə bir bölgəsi
yoxdur ki, orada müasir standartlara cavab verən xəstəxana
olmasın. Hər bir rayonda bütün
müasir avadanlıqlarla təchiz olunmuş diaqnostika mərkəzləri
insanlarımıza xidmət edir. Dövlət
siyasətinin əsas hədəfini insan amili təşkil
etdiyindən bütün bu işlərin məntiqini, fəlsəfəsini
başa düşmək o qədər də çətin
olmur. Prezident İlham Əliyevin
tapşırıqlarına əsasən respublika əhalisinin
sağlamlığının qorunması ilə bağlı
görülən tədbirlər çərçivəsində
ölkəmizdə müasir tibbi avadanlıqlarla təchiz
olunmuş yeni səhiyyə ocaqlarının yaradılması
davam etdirilir. Məhz, Prezident İlham Əliyevin
Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm
Xəstəlikləri Sanatoriyasının yeni binasının
tikintisi ilə bağlı tədbirlər haqqında
imzaladığı Sərəncam da yuxarıda söylənilən
fikrin əyani sübutudur”.
Ümumiyyətlə,
həkimliyin ən şərəfli və məsuliyyətli
peşə olduğunu söyləyən baş həkim
bildirir ki, bundan sonra da insanlara xidmət edəcək və səhhətilə
bağlı problemləri olan adamların şəfa
tapmasına yardım göstərəcək.
YAP dövlətimizin inkişafında müstəsna rolu
olan bir partiyadır
Səhiyyə
sahəsindəki uğurlarla yanaşı, Sədaqət Vəliyeva
siyasi fəaliyyət sahəsində də müvəffəqiyyətlər
qazanıb.
Hazırda, Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının
sədri olan Sədaqət Vəliyeva bu sferada özünəməxsus
iş prinsipinə malikdir.
YAP rayon təşkilatının sədri əminliklə
söyləyir
ki, bu gün Azərbaycan cəmiyyətində ən
güclü siyasi təşkilat kimi qəbul edilən partiya məhz
Yeni Azərbaycan Partiyasıdır: “Bunu həm seçki
kampaniyaları, həm müxtəlif günlərlə
bağlı tədbirlər, həm də sadə vətəndaşlarla
görüşlər zamanı müşahidə etmişəm.
Çünki YAP bu gün Azərbaycan dövlətinin
inkişafında müstəsna rolu olan bir partiyadır. Partiyamızın ideoloji prinsipləri azərbaycançılıq,
dövlətçilik, qanunçuluq və sosial ədalət
prinsipləridir. 1992-ci ildə Ümummilli
lider Heydər Əliyev YAP-ın Proqram və Nizamnaməsini
necə yazmışdısa, həmin sənədlərdə əks
olunmuş prinsiplər bu gün də olduğu kimi Azərbaycanda
həyata keçirilməkdədir. YAP-ın əsas məramı
Azərbaycan xalqının müstəqil, demokratik və
çox zəngin yaşamasıdır. Partiyamız
bu yolda cənab Prezident İlham Əliyevin rəhbərliyilə
uğurla fəaliyyət göstərir”.
Sədaqət
Vəliyevanın sözlərinə görə, Ulu öndər
Heydər Əliyevin yaradıcısı olduğu, ölkənin
ictimai-siyasi həyatında fəal rol oynayan
Sədaqət Vəliyeva, həmçinin,
Yeni Azərbaycan Partiyasının gücünün və
nüfuzunun göstəricisi kimi, partiyanın rayon təşkilatının
üzvlərinin günü-gündən
artdığını göstərib: “Hazırda rayon təşkilatının
üzvlərinin sayı 7905 nəfərdir. Onlardan
3923 nəfəri qadınlar, 3372 nəfəri isə gənclərdir”.
“YAP-ın digər
partiyalardan fərqi həm də ondan ibarətdir ki, öz ətrafında
intellektual insanları birləşdirib” deyən rayon təşkilatının
sədrinin sözlərinə görə, partiyamızda gənclər
də üstünlük təşkil edir: “YAP üzvlərinin
təxminən 40 faizini gənclər təşkil edir. Əgər ölkənin bilikli, müasir
dünyagörüşlü gəncləri öz siyasi talelərini
YAP-la bağlayırlarsa, bu, partiyamızın uğurlu
perspektivlərindən xəbər verir”.
Millət vəkili olmaq çox böyük məsuliyyət
tələb edir
2010-cu ilin noyabr ayının 7-də keçirilmiş parlament seçkilərində seçicilərin 67 faizinin səsini qazanaraq Milli Məclisə üzv seçilən Sədaqət Vəliyeva hazırda parlamentdə Sosial siyasət komitəsinin və İntizam komissiyasının üzvüdür.
Deputat deyir ki, millətin vəkili olmaq çox böyük məsuliyyət və əhəmiyyət kəsb edir: “Çünki sənə etimad göstərmiş insanların problemlərini həll etmək, qarşılaşdıqları ədalətsizlikləri aradan qaldırmaq üçün ciddi səylə çalışmalısan. Bu mənada, həmçinin, millət vəkili seçilmək istəyən şəxs imkanları daxilində seçicilərinə vəd verməlidir. Bu da o baxımdan əhəmiyyətlidir ki, Milli Məclisə üzv seçildikdən sonra tam məsuliyyətlə işləməyi bacarasan”.
“Millət vəkili seçilmiş şəxs, eyni zamanda, bu günə qədər qəbul edilmiş qanunları və bütövlükdə qanunvericiliyi öyrənməlidir”, - deyən Sədaqət Vəliyevanın sözlərinə görə, bu amil seçicilərin hüquqlarını daha effektli şəkildə müdafiə etməyə şərait yaradır: “Komitəmizdə insanların sosial vəziyyəti ilə bağlı hansısa qanun layihəsi hazırlanarkən, onun yerlərdə ictimai müzakirəsini biz millət vəkilləri həyata keçirməliyik. Bununla biz insanların hansı tələblərinin olduğunu öyrənə və yeni fikirlər irəli sürə bilərik. Düşünürəm ki, ictimai nəbzi yoxlamaqla, daha doğru nəticələrə gəlmək olar”.
Sədaqət Vəliyeva son olaraq bildirib ki, bundan sonra da insanlara xidmət etmək amalına sadiq qalacaq və onların etimadını doğruldacaq.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.-
2011.- 19 fevral.- S.9.