Dünya azərbaycanlılarının III qurultayı diaspora tarixində mühüm hadisə oldu

 

Mobil Məmmədov: Prezident İlham Əliyevin qurultaydakı tövsiyələri  diasporamız üçün “yol xəritəsi” rolunu oynayacaq

 

İyulun 5-6-da Bakıda keçirilən Dünya azərbaycanlılarının III qurultayında böyük nümayəndə heyəti ilə təmsil olunan diaspor təşkilatlarından biri də Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) idi. Yeni Azərbaycan” qəzetinin qonağı olan RAMMM-ın sədri Mobil Məmmədov qurultaydan böyük təəssüratlarla ayrıldığını və toplantıda səslənən fikirləri Özbəkistanda yaşayan soydaşlarımızla bölüşmək üçün qardaş ölkəyə tələsdiyini vurğuladı.

- Mobil müəllim, qurultay təəssüratlarını bölüşməzdən öncə, istərdik rəhbərlik etdiyiniz təşkilat barədə oxucularımıza məlumat verəsiniz.

- Öncə, icazə verin, qurultay nümayəndələrinə göstərdiyiniz bu diqqətə görə, qəzetinizin kollektivinə öz təşəkkürümü bildirim. Qurultayda iştirak edən 10 nəfərlik nümayəndə heyətimiz Özbəkistanda yaşayan 40 mindən artıq azərbaycanlını təmsil edirdi. Bildiyiniz kimi, soydaşlarımız Özbəkistanda müxtəlif şəhərlərdə yaşayırlar. Təkcə paytaxt Daşkənddə 10 mindən artıq azərbaycanlı yaşayır. RAMMM-ın əsası 2003-cü ildə qoyulub. İlk yaranandan quruma sədrlik edirəm. Doğrudur, təşkilat əvvəllər Azərbaycanlıların Milli Mədəniyyət Assosiasiyası adlanırdı. Lakin 2010-cu ildə keçirilən konfransda belə qərara gəlindi ki, adımızda dəyişiklik edək. Və beləliklə də təşkilat RAMMM adlandırıldı. Bundan əlavə, Daşkənddə, həmçinin, 90-cı illərdən fəaliyyətə başlayan “Qardaşlıq” adlanan digər bir diaspor təşkilatımız da var. Təşkilatlar arasında sıx əməkdaşlıq mövcuddur. Bu baxımdan Özbəkistandakı Azərbaycan diaspor təşkilatları bir çox ölkələrdəki analoji qurumlara nümunə ola bilərlər. RAMMM-ın Özbəkistanın bütün vilayətlərində, iri şəhərlərində şöbələri fəaliyyət göstərir. Qurultayda iştirak edən 10 nəfərlik nümayəndə heyətimizin tərkibində ölkənin bütün ərazisini təmsil edən soydaşlarımız-ziyalılar, adamları, ölkədə nüfuzu olan şəxslər yer alıb.

Ümumiyyətlə, Özbəkistanda Azərbaycana çox isti münasibət mövcuddur. Təbii bu işdə Azərbaycanın Özbəkistandakı səfirliyinin də böyük rolu var. Səfirimiz Namiq Abbasov iki qardaş ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün daim əzmkarlıq göstərir. Bundan əlavə, qeyd etmək istərdim ki, Azərbaycan diasporasına Özbəkistanda çox yaxşı münasibət göstərilir. Orada ölkədə fəaliyyət göstərən diasporlarla Beynəlmiləl Milli Mədəniyyət Mərkəzi adlanan dövlət qurumu tərəfindən tənzimlənir. Qurumun sədri, şair, uzun illər müxtəlif diplomatik vəzifələrdə çalışmış, Nəsrəddin Muxammadiyev Azərbaycanın böyük dostudur. O, görkəmli şairimiz Bəxtiyar Vahabzadənin, eləcə də, digər şair və yazıçılarımızın əsərlərini özbək dilinə tərcümə edib. N.Muxammadiyev imkan daxilində, RAMMM-ın keçirdiyi bütün tədbirlərdə şəxsən iştirak edir, bizə tədbirlərin təşkilində yaxından köməklik göstərir.

Qeyd etmək istərdim ki, RAMMM-ın saytı da var. Keçirdiyimiz bütün tədbirlər barədə saytda məlumatlar yerləşdirir, onları soydaşlarımızla paylaşırıq. Çox yaxın vaxtlarda diasporamızın “Odlar Yurdu” adında qəzeti də fəaliyyətə başlayacaq. Üç dildə-Azərbaycan, özbək və rus dillərində çıxacaq qəzetimizdə ölkəmizlə, buradakı yeniliklərlə bağlı ətraflı məlumatlar veriləcək, eləcə də, diasporamızın fəaliyyəti işıqlandırılacaq. Həyata keçirəcəyimiz işlərimiz və planlarımız çoxdur. Qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün səylərimizi əsirgəmirik.

- Qurultayda dövlət başçısının digər tövsiyəsi isə diaspora üzvlərinin yaşadıqları ölkənin ictimai həyatına aktiv inteqrasiyası, seçkili orqanlara irəli sürülməsi ilə bağlı oldu...

- Tamamilə doğrudur və əminəm ki, Prezident İlham Əliyevin qurultaydakı tövsiyələri diasporamız üçünyol xəritəsi” rolunu oynayacaqbiz öz gələcək fəaliyyətimizdə daim həmin tövsiyələrə müraciət edəcəyik, işimizi onların üzərində quracağıq. Cənab Prezidentimiz çox doğru qeyd etdi ki, diaspora üzvlərini həmişə irəliyə çəkmək, onları yüksək vəzifələrə çəkmək lazımdır. Bu, nə qədər çox olarsa, ölkənin təbliği baxımından bir o qədər xeyirdir.

Burada bir haşiyə çıxmaq istərdim. Məlumat üçün bildirim ki, hələ 1996-cı ildə Ulu öndər Heydər Əliyevin Özbəkistana səfəri çərçivəsində DaşkənddəKimeximoetaşinotAzərbaycan-Özbəkistan birgə müəssisəsi yaradılıb mən həmin müəssisənin rəhbəriyəm. Zavodda 500 əməkçinin böyük əksəriyyəti azərbaycanlılardır. Ümumiyyətlə, RAMMM olaraq, daim çalışırıq ki, Özbəkistanda yaşayan soydaşlarımızı işlə təmin edək. Deyə bilərəm ki, Özbəkistanda müxtəlif rəhbər vəzifələrdə, dövlət strukturlarında, hüquq-mühafizə strukturlarında çalışan azərbaycanlılarımızın sayı heç az deyil. Prezidentimizin tövsiyələrinə uyğun olaraq, çalışacağıq ki, belə nümunələri daha da artıraq.

- Ümumiyyətlə, qurultayın təşkilini necə qiymətləndirirsiniz?

- Qurultay çox möhtəşəm keçdi. Təbii, Prezidentimizin iştirakı proqram xarakterli çıxışı bu tədbiri daha da rövnəqləndirdi. Dövlət başçısı diasporamıza öz tövsiyələrini verdi, səfirliklərimizlə vəhdət şəklində fəaliyyət göstərməyi tövsiyə etdi.

Qurultayda cənab Prezidentin çıxışında mühüm bir məsələ ölkənin təbliği baxımından, xaricdəAzərbaycan Ticarət Evi”nin yaradılması ilə bağlı oldu. Biz Özbəkistanda bu istiqamətdə müəyyən işlər aparmışıq.

Bilirsiz ki, ötən il Prezidentimizin Özbəkistana səfəri çərçivəsində Daşkənddə Azərbaycan məhsullarından ibarət sərgi keçirildi. Azərbaycanın potensialı sərgi iştirakçılarında çox böyük maraq doğurdu. biz qərara gəldik ki, Azərbaycanda istehsal olunan məhsulları daha geniş təbliğ etmək üçün mütləq bir mərkəz- Ticarət Evi yaradaq. Bunun üçün müvafiq yer seçmişdik. İndi cənab Prezidentin tövsiyəsindən sonra, buradan qayıdan kimi, işlərimizi sürətləndirəcəyik.

Qeyd etmək istərdim ki, Özbəkistan 28 milyon əhaliyə malik, inkişaf etmiş böyük ölkədir. Amma, buna baxmayaraq, bəzi məhsullara hələ tələbatı var. Hesab edirəm ki, “Azərbaycan Ticarət Evi”ni yaratmaqla, biz ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatını müəyyən qədər ödəyə bilərik.

Bir misal söyləyim. Bizim şirkət kimya sahəsində fəaliyyət göstərir. Təkcə ötən il Azərbaycanla ticarət əlaqələrimiz 10 milyon ABŞ dolları təşkil edib. Ticarət Evini yaratmaqla isə biz iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmini 10 dəfələrlə artıra bilərik. Hesab edirəm ki, cənab Prezidentimizin bu tövsiyəsi lap yerinə düşdü.

- Qurultay iştirakçılarının əksəriyyəti öz çıxışlarında Azərbaycanda gördükləri bu inkişafı, yenidənqurma işlərini xüsusilə vurğulayırdılar. Bəs sizi Bakıda təəccübləndirən idi?

- 20 ildən artıq Özbəkistanda yaşasam da, Azərbaycana tez-tez gəlirəm. Amma buna baxmayaraq, Bakı, doğrudan da, məni təəccübləndirir. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın hər bir guşəsi, o cümlədən, paytaxt Bakı çox qısa zamanda inanılmaz dərəcədə gözəlləşib. Təbii, dostlar buna sevinir, Azərbaycanın düşmənləri isə kədərlənirlər. Hələ qarşıda “Eurovision” musiqi yarışması var. O vaxtadək, əminəm ki, şəhərimiz daha da gözəlləşəcək. Paytaxta gələn qonaqlar bütün bu gözəllikləri görüb, könül rahatlığı tapacaqlar. Ölkəmizi xaricdə təbliğ edəcəklər.

Mən Bakıya gələndə hər dəfə özümlə fotoaparat gətirirəm. Yeni tikililəri lentə alıram. Sonra onları saytda yerləşdiririk. Soydaşlarımızla paylaşırıq, onlar da bu gözəllikləri görüb, fərəh hissi keçirirlər.

- Bədnam qonşularımız orada sizin işlərinizə maneçilik törətmirlər ki?

- Digər ölkələrdən fərqli olaraq, Özbəkistanda erməni diasporası deyilən bir güc yoxdur. Tamamilə zəifdirlər. Diaspora fəaliyyəti, hər şeydən əvvəl, ölkələr arasındakı münasibətlərlə bağlı olan bir məsələdir. Prezident İslam Kərimov keçmiş Sovet respublikalarından yeganə dövlət başçısıdır ki, Ermənistana olan münasibətini açıq şəkildə bəyan edib. Bütün dünyaya bildirib ki, Dağlıq Qarabağ məsələsi öz həllini tapmayınca Ermənistanla heç bir diplomatik münasibətlər qurulmayacaq. Bu ölkənin Daşkənddə nəinki səfirliyi, heç konsulluğu belə yoxdur. Ermənilər bunu yaxşı başa düşürlər bizdən uzaq gəzməyə çalışırlar. Bəzən işləri düşəndə, deyirlər ki, biz o ermənilərdən deyilik, yaltaqlanırlar. Bizim özbəklərlə olan dostluq qardaşlıq münasibətlərimizi görüb qısqanırlar.

Təbii, niyə qısqanmasınlar. Ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyədə inkişaf edib. Dövlət başçıları qarşılıqlı surətdə Daşkənddə Bakıda rəsmi səfərlərdə olublar. Çox sevindirici haldır ki, Daşkənddə, şəhərin mərkəzində Nizami Gəncəvi adına Pedaqoji Universitet fəaliyyət göstərir. Universitetin qarşısında dahi şairimizin büstü qoyulub. Xalqlarımız arasındakı bu dostluğun nümunəsi kimi, Bakıda da özbək xalqını dünyaya tanıdan, böyük şair, mütəfəkkir, N.Gəncəvinin sirdaşı olan Əlişir Nəvainin heykəli qoyulub. Paytaxt şəhərlərimiz arasında hava reysi mövcuddur. Həftədə iki dəfəAerobus”lar bu reyslərdə xidmət göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə yüksəlir. Bunlar azdır məgər? Təbii ki, bizi, qısqanacaqlar.

Daha bir məqama toxunmaq istərdim. Ermənilər Özbəkistanda öz saxtakarlıqlarını edə bilmirlər. Məsələn, mahnılarımızı “oğurlaya” bilmirlər. Milli mətbəx nümunələrimizə əl uzada bilmirlər. Özbəklər özləri onların “dərslərini” verir, deyirlər ki, bu Azərbaycan mahnısıdır, bunu filan dahi sənətkar, məsələn, Rəşid Behbudov, yaxud Şövkət Ələkbərova oxuyub. Eləcə , yeməklərimizi götürək. Yeməyin adı belə türk sözü olduğu halda, onu necə erməniləşdirmək olar? Hətta toylarına belə bizim musiqiçiləri aparırlar ki, Azərbaycan mahnılarını eşitsinlər. Bir sözlə, bu baxımdan bəxtimiz gətirib, ermənilər bizim, eləcə , özbək qardaşlarımızın qabağında həmişə başıaşağı gəzirlər, səslərini çıxarmırlar.

- Son olaraq soruşmaq istərdim, qurultaydan, ümumiyyətlə Bakıdan, hansı təəssüratlarla dönürsünüz?

- İkinci dəfədir ki, Dünya azərbaycanlılarının qurultayında iştirak edirəm. Bu qurultay mənim üçün xüsusilə təsirli oldu. Möhtərəm Prezidentimizin çıxışı, diaspora üzvlərinə ünvanladığı fikirlər, verdiyi tövsiyələr çox qiymətlidir. Hesab edirəm ki, mən, eləcə , digər qurultay iştirakçıları hələ uzun müddət özümüzü bu çıxışın təsir dairəsində hiss edəcəyik. Odur ki, Bakıdan çox zəngin təəssüratlarla qayıdıram. əminəm ki, bütün diaspor təşkilatının rəhbərləri, tez bir zamanda möhtərəm Prezidentimizin tövsiyələrinin icrasına başlayacaqlar. Çünki bu birlik-diplomatik nümayəndəlik-diaspora vəhdəti yaranmasa, işimizdə irəli gedə bilmərik. hər kəsi bu birliyi möhkəmləndirməyə, doğma Vətənimizin - Azərbaycanımızın inkişafı, daha da qüdrətlənməsi naminə birgə mübarizəyə çağırıram.

 

 

Səlim Loğmanoğlu

 

Yeni Azərbaycan.- 2011.- 8 iyul.- S.5.