Gənclərlə
bağlı qəbul olunan yeni
Dövlət Proqramı məqsədyönlü sosial siyasətin göstəricisidir
Prezident
İlham Əliyev: Əminəm ki, proqramda nəzərdə
tutulmuş bütün məsələlər 2015-ci ilə qədər
həllini tapacaq və beləliklə, gənclərin həm
məşğulluğu, həm təhsillə bağlı
olan problemlər, asudə vaxtlarının təşkili, gənclər
üçün xüsusi fondun formalaşması və o
fondun xətti ilə müxtəlif proqramların keçirilməsi
təmin olunacaqdır
Kimsəyə sirr deyil ki,
Azərbaycan gəncliyinin
parlaq gələcəyinin
təmin edilməsi, gənclərimizin istedadının,
potensial imkanlarının
aşkara çıxarılması
və genişləndirilməsi,
onların şəxsiyyət
kimi formalaşmasına
lazım olan hər bir şəraitin
yaradılması dövlət
əhəmiyyəti daşıyan
bir məsələdir. Bu baxımdan, ölkə rəhbərliyinin gənclərin
sosial təminatına
yönələn tədbirləri
həm də dövlətin uzaqgörən
siyasətinin göstəricisi
kimi qiymətləndirilməlidir.
Sirr deyil ki, bu
gün Azərbaycan gəncliyi dövlətin artan diqqətini öz üzərində
hiss edir. İldən-ilə təkmilləşdirilən gənclər
siyasəti gənc nəslin ictimai həyatdakı rolunun artmasına, ölkənin
aparıcı qüvvəsinə
çevrilməsinə imkan
verir.
Bu isə o deməkdir
ki, dövlətin sosialyönümlü islahatları
digər sferalarda olduğu kimi, gənclər siyasəti sahəsində də özünü doğruldur. Məlumdur ki,
gənclərlə bağlı
həyata keçirilən
proqramlar ölkədə
reallaşdırılan sosial
siyasətin mühüm
tərkib hissəsidir.
Əhalinin müxtəlif təbəqələrindən
olan vətəndaşların
sosial təminatının
yaxşılaşdırılması istiqamətində görülən
tədbirlərin mərkəzində
məhz gənclər
dayanır. Daha dəqiq
desək, bu gün ölkə gəncləri dövlətin
onlara göstərdiyi
hərtərəfli diqqət
və qayğıdan yararlanır. Bu diqqət
və qayğının,
eləcə də, dövlətin gənclər
siyasətinin ardıcıl
və məqsədyönlü
xarakter daşıdığını
göstərən mühüm
faktlardan biri də Prezident İlham Əliyevin 6 aprel 2011-ci il
tarixli Sərəncamı
əsasında hazırlanan
və bu günlərdə təsdiq
olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramıdır.
144 bənddən, 88 fəsildən
ibarət olan Proqram gənclərin azərbaycançılıq, vətənpərvərlik
ideyaları, milli və ümumbəşəri
dəyərlərə hörmət
ruhunda tərbiyə olunmasına, cəmiyyət
həyatında aktiv şəxsiyyət kimi yetişməsinə xidmət
edən gənclər
siyasətinin daha da təkmilləşdirilməsi,
habelə gənclərin
məşğulluğunun təmini
və sosial-maddi vəziyyətinin yüksəldilməsi
məqsədini daşıyır.
Dövlət Proqramında
gənclərin təhsil, iş şəraitinin yaxşılaşdırılması, peşəkar gənc kadrların hazırlanması,
gənc sahibkarların
dəstəklənməsi, ailə institutunun möhkəmləndirilməsi, gənclərin
inkişafına yönəlmiş
infrastrukturun yaradılması
və digər bir çox vəzifələrin həyata
keçirilməsi qarşıya
məqsəd kimi qoyulub. Proqramın əhəmiyyətini artıran önəmli məqamlardan biri ondan ibarətdir ki, layihə hazırlanarkən ölkənin
müxtəlif bölgələrindən
olan gənclərin rəy və təklifləri nəzərə
alınıb.
Bundan əlavə,
gənclər siyasəti
üzrə proqramların
həyata keçirilməsinin
təmin olunması məqsədilə Gənclər
Fondu da yaradılacaq. Fond, eyni
zamanda, peşəkar kadrların formalaşmasına,
elm sahəsində çalışan
gənclərin fəaliyyətinin
dəstəklənməsinə, istedadlı gənclərin
milli və beynəlxalq əhəmiyyət
daşıyan layihələrdə
iştirakının təmin
olunmasına da xidmət edəcək.
Nazirlər Kabinetinin
2011-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına
həsr olunmuş iclasındakı nitqində
Prezident İlham Əliyev sözügedən
məsələyə də
toxunaraq yeni qəbul olunan Proqramın Azərbaycan gəncliyi üçün
uğurlu olacağına
inamını ifadə
edib: “Əminəm ki, proqramda nəzərdə
tutulmuş bütün
məsələlər 2015-ci ilə qədər həllini tapacaq və beləliklə, gənclərin həm məşğulluğu, həm
təhsillə bağlı
olan problemlər, asudə vaxtlarının təşkili, gənclər
üçün xüsusi
fondun formalaşması
və o fondun xətti ilə müxtəlif proqramların
keçirilməsi təmin
olunacaqdır”.
Bu bir daha onu göstərir ki, dövlətin gənclərə dəstəyi
bütün sahələri
əhatə edir. Azərbaycan gəncliyinin
elm, idman, mədəniyyət
və digər sahələrdə irəliləməsi,
uğurlar qazanması
üçün hər
cür şərait yaradılıb. 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramının tam həyata
keçiriləcəyi təqdirdə
isə ölkə gənclərinin məşğulluq,
sosial-maddi təminatla
bağlı ehtiyaclarının
əsas etibarilə təmin olacağını
əminliklə söyləmək
mümkündür. Onu da qeyd edək ki, bu, Azərbaycanda
gənclər siyasəti
ilə bağlı
ilk dövlət proqramı
deyil. 2005-2009-cu illəri
əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın icrası nəticəsində gənclər
siyasətinin səmərəliliyi
xeyli artırılıb.
Göründüyü kimi, əvvəlki
illərin təcrübəsi
də Azərbaycanda gənclər siyasətinin
kifayət qədər
uğurla aparıldığını
deməyə əsas verir. Hazırda qəbul edilən
və daha da təkmilləşdirilmiş
yeni Proqramın həyata keçirilməsi
isə Azərbaycan gəncliyinin hərtərəfli
inkişafında yeni mərhələ rolunu oynayacaq.
Digər tərəfdən, bu gün Azərbaycanda gənc nəslə dövlət qayğısının
artırılmasını, gənclərin mənəvi
inkişafına, bilik
səviyyəsinin yüksəlməsinə,
sosial vəziyyətinin
yaxşılaşmasına yaradılan şəraiti ölkəmizin ümumi inkişaf göstəriciləri
kontekstində dəyərləndirmək
lazımdır. Çünki gənclərlə bağlı layihələrin,
dövlət proqramlarının
həyata keçirilməsinə
şərait yaradan başlıca amil ölkəmizin iqtisadi cəhətdən dinamik inkişafı, maliyyə imkanlarının genişlənməsidir.
Milli maraqlara söykənən
dövlət siyasəti
isə əldə olunan gəlirlərin xalqın mənafeyinin təmin olunmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına
yönəldilməsinə xidmət edir. Beləliklə də, Azərbaycan
dövlətinin gerçəkləşdirdiyi
düşünülmüş, ardıcıl sosial islahatlardan əhalinin bütün təbəqələri
kimi gənclər də hərtərəfli
şəkildə yararlanır.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.- 2011.- 20 iyul.- S.5.