“Azəriqaz”
İB-də tikinti-quraşdırma işləri geniş
vüsət alıb
Kamandar Eyvazlı: Ümumilikdə
64 yaşayış məntəqəsinə təbii qaz verilib və bu, “Azəriqaz”
üçün 6367 yeni abonent deməkdir
“Azəriqaz”
İB tərəfindən mövcud qaz nəqletmə şəbəkəsi
genişləndirilir, yenidən qurulur və qaz təchizatının
tələbata uyğun təmin edilməsi üçün
lazım olan bütün tədbirlər görülür. Bu
istiqamətdə həyata keçirilən irimiqyaslı tədbirlər
bu ilin ilk 6 ayında da davam etdirilib. Qurumun İctimaiyyətlə
əlaqələr şöbəsinin rəisi Kamandar
Eyvazlı həmin tədbirlərdən danışıb:
-
2011-ci ilin 6 ayı ərzində 808,6 km qaz kəməri əsaslı
təmir edilib. Qaradağ, Zabrat, Digah, Böyük-Şor,
Xırdalan, Suraxanı və Mehdiabad qazpaylayıcı
stansiyalarının əsaslı təmiri işləri
aparılıb. Yeni əhali abonentlərinin mənzillərində
188.461 ədəd məişət
qaz sayğacı quraşdırılıb ki, bunun 79.970 ədədi Bakı şəhərinin,
108.49 ədədi isə regionların payına
düşüb.
-
Paytaxtın qaz problemi varmı?
- Demək
olar ki, yoxdur. Bir sıra ərazilərdə qazın təzyiqi
ilə bağlı hansısa xırda problem ola
bilər. Bütövlükdə şəbəkədə
hər hansı nasazlıq yoxdur və olmaması
üçün “Azəriqaz” əlindən gələni edir.
Elə götürək Bakı şəhərinin
Xəzər, Qaradağ, Nizami, Sabunçu, Xətai və Səbail
rayonlarında apardığımız işləri. Bu
rayonların qaz təchizatının
yaxşılaşdırılması, qaz kəmərlərinin
çəkilməsi və yenidən qurulması məqsədilə
ümumən 43,76 km boru xətti
quraşdırılıb.
- Ölkə Prezidenti çıxışlarında
bütün regionların qazlaşdırılması məsələsini
daim vurğulayır. Yəqin ki, Bakı şəhəri və onun
rayonlarından kənarda da işlər görülür?
- Ölkəmizin
hər bir bölgəsini qazlaşdırmaq üçün
“Azəriqaz”
irimiqyaslı tədbirlər görməkdədir.
Bu ilin 6 ayı ərzində qazlaşdırma Goranboy, Bərdə,
Masallı, Zərdab, Qusar, Yevlax, Quba, Qax, Ağcabədi,
Hacıqabul, Oğuz, Füzuli, Balakən, Şəki, Daşkəsən,
Lerik, Ağdam, Gədəbəy, Göygöl, Samux, Kürdəmir,
Şamaxı, Sabirabad, Salyan rayonları və Naftalan şəhərini
əhatə edib. Ümumilikdə 64 yaşayış məntəqəsinə
təbii qaz verilib və bu, “Azəriqaz”
üçün 6367 yeni abonent deməkdir.
- Magistral
qaz kəmərlərinin çəkilməsi istiqamətində
hansı işlər görülüb?
- Təbii
ki, qazlaşdırma təsərrüfatın bütün sahələrini
əhatə edir. Təkcə bu ilin 6 ayı ərzində “Astara-Qazıməmməd” 1220
mm-lik magistral qaz kəmərinin Biləsuvar rayonu ərazisində
“Araz” çayının yeni məcrasına düşən
hissəsinin yerinin dəyişdirilməsi üçün
6,59 km qaz xətti çəkilib. Astara Kompressor
stansiyasının 2-ci mərhələdə genişləndirilməsi
işləri başa çatdırılıb və istismara qəbul
edilib.
-
Qazlaşdırma ən kiçik kəndlərdə, qəsəbələrdə
də həyata keçirilir. Bu istiqamətdə
ötən 6 ayda hansı yeniliklər olub?
- Dövlət
başçısının tapşırığına əsasən
2012-ci ilin sonuna kimi ölkə ərazisinin
qazlaşdırılması 95 faizə
çatdırılmalıdır. Bunun
üçün “Azəriqaz” İB-də bütün
mövcud imkanlar səfərbər edilib. Cari
ildə Abşeron rayonunun Digah, Qobu, Məhəmmədi,
Çaylı, Qobustan, kəndlərinin, Atyalı və
Nübar qəsəbələrinin
qazlaşdırılması demək olar ki başa
çatıb. Mehdiabad kəndinin qaz kəməri
yenidən qurulub. Masazır və Saray qəsəbəsi
üçün yeni daşıyıcı qaz kəmərlərinin
çəkilməsi və qəsəbədaxili qaz kəmərlərinin
yenidən qurulması prosesi yekunlaşmaq üzrədir. Fatmai və Goradil kəndlərinin və bağ
massivlərinin daşıyıcı qaz kəmərləri
polietilen borularla dəyişdirilib. Abşeron rayonunun
yaşayış məntəqələrinin qaz təchizatının
yaxşılaşdırılması və
qazlaşdırılması, o cümlədən, Ceyranbatan qəsəbəsinin
yeni yaşayış massivlərinin
qazlaşdırılması, Novxanı bağ massivində
S.Orucov küçəsində 159 mm diametrli qaz kəmərinin
çəkilməsi başa çatdırılıb. Nəticədə
sözügedən rayonda cəmi 650 km-dən çox qaz xətləri
çəkilib və 976 ədəd qaz sayğacı
quraşdırılıb. Sumqayıt şəhərində
1, 2, 3, 4, 5 və 14-cü məhəllələrinin
yeraltı qaz kəmərləri yer üstünə
çıxarılıb və şəhərə 1,8 km qaz xətti çəkilib.
- Bölgələrdə
necə, bu işlər davam etdirilirmi?
- Bəli,
məsələn, Mingəçevir şəhərinin AzDRES
qəsəbəsində yeni yaşayış sahəsində
yerləşən fərdi evlərin
qazlaşdırılması üçün 2,2
km qaz xətti çəkilib. Şəhərin
“Günəşli” yaşayış massivinin
qazlaşdırılması işləri başa
çatdırılıb. Ağsu-Kürdəmir
orta təzyiqli qaz kəmərinin daha böyük diametrli
polietilen borularla yenidən qurulması da başa
çatdırılıb. Yevlax rayonu
Cırdaxan, Salahlı, Ağqıraq və Varvara kəndlərinin
qazlaşdırılması davam edir. Səmədabad
kəndi də təbii qazla təmin edilib. Ağcabədi rayonunun qazlaşdırılması da
uğurla davam edib. Yuxarı Qiyamadanlı, Mirzə-Haqverdili,
Hacıbədəlli, Cəfərbəyli, Ağabəyli,
Şənlik, Nəcəfqulubəyli, Arazbar və Pərioğullar
kəndləri, Taxtakörpü ərazisində məcburi
köçkünlər üçün salınmış qəsəbə
qazlaşdırılıb və burada 98,45 km qaz xətti
çəkilib, 1239 ədəd qaz sayğacı
quraşdırılıb. Ağdaş rayonu Ləki
qəsəbəsinin təbii qaz təchizatının
yaxşılaşdırılması məqsədilə bir
sıra işlər görülüb. Burada
daşıyıcı qaz kəmərinin yenidən
qurulması ilə qəsəbənin yeni salınmış
yaşayış massivinin qazlaşdırılması başa
çatıb. Bundan başqa, Beyləqan rayonu
Dünyamallar kəndinin qazlaşdırılması
üçün isə 34,5 km qaz xətti
çəkilib. Zaqatala rayonunun Əliabad qəsəbəsində
də qazlaşdırma davam edib və cəmi 6,7
km polietilen boru xətti quraşdırılıb. Bərdə
rayonunda Mirzəlibəyli, Şatırlı, Hacılı,
Qazaxlar, Kürdborakı, Nazırlı, Həsənqaya,
Saatlı kəndləri də artıq
qazlaşdırılıb və 32,56 km qaz
xətti çəkilib. Bərdə rayonunda Samux kəndinin
qaz təchizatının bərpası məqsədi ilə 6,6 km qaz xətti çəkilib və 350 ədəd
qaz sayğacı quraşdırılıb. Deyim ki, təkcə
Göyçay rayonunda 23,75 km qaz xətti
çəkilib. Nəticədə rayonun 3 kəndinin
- Ərəbcəbirli, Şəhadət və Mirzəhüseynli
kəndlərinin qazlaşdırılması reallaşıb.
Hacıqabul rayon mərkəzinin qaz təchizatının yenidən
qurulması işləri çərçivəsində 136,21 km uzunluğunda qaz kəməri
quraşdırılıb. Rayonun Talış kəndinin
qazlaşdırılması üçün cəmi 30,5 km qaz kəməri quraşdırılıb.
Rayonun Qubalı Baloğlan, Qızılburun, Atbulaq, Muğan, Nəvahi,
Pirsaat və digər kəndlərində qaz kəmərlərinin
yenidən qurulması işləri aparılıb və 220 km
uzunluğunda qaz kəməri quraşdırılıb.
İmişli şəhərinin qaz təchizatının bərpası
və yaxşılaşdırılması, genişlənmiş
hissələrin qazlaşdırılması məqsədilə
21,5 km qaz xətti
quraşdırılıb. Neftçalada da rayon
mərkəzinin qaz şəbəkəsi tam şəkildə
yenidən qurulur. Artıq burada 22,62
km müxtəlif diametrli boru xətti
quraşdırılıb. Kürdəmir rayonunda Təklə
kəndinin qazlaşdırılması üçün 13,5 km qaz xətti çəkilib. Sabirabadın Nərimankənd,
Kürkəndi, Yeni Qəsəbə, Ulacalı, Mürsəli,
Bulduq, Qalağayın kəndlərinin, şəhərdə
yerləşən 3 ədəd 5 mərtəbəli, 12 ədəd
2 mərtəbəli, 1 ədəd 1 mərtəbəli
yaşayış binalarının
qazlaşdırılması məqsədi ilə 183,45 km boru xətti
quraşdırılıb. Salyan rayonunun Təzəkənd ölçü
qovşağından Qırxçıraq kəndinə
qədər 4,5 km qaz kəməri çəkilib. Salyan şəhərinin
mərkəzini təbii qazla təmin edən 159 mm diametrli orta
təzyiqli qaz kəmərinin 0,8 km hissəsi
yenidən qurulub. Salyan şəhəri Plastik
yeni yaşayış massivində yerləşən 150 evə
qaz verilib. Rayonun Yolüstü, Parça Xələc,
Şeyidan, Cəngan və Piratman kəndlərinin qazlaşdırılması
üçün 31,34 km qaz xətti və 186 ədəd qaz
sayğacı quraşdırılıb. Zərdab rayonunun
Salahlı kəndinin qazlaşması üçün 1,94 km qaz kəməri çəkilib. Ağsu
rayonunun Ərəbsərvan, Bəyimli, Çiyni, Hacıqədirli,
Axundlu və Göydəlləkli kəndlərinin
qazlaşdırılması üçün 25,33
km uzunluğunda daşıyıcı və paylayıcı
qaz kəmərləri çəkilib. Rayonun Novçu,
Axundlu, Hacıqədirli, Məlikçobanlı, Ərəbsərvan
kəndlərinin
qazlaşdırılması işləri çərçivəsində
23,48 km polietilen qaz xətti quraşdırılıb. Qobustan
rayonu Nabur kəndinin qazlaşmamış hissəsinin
qazlaşdırılması məqsədi ilə 13,8 km uzunluğunda qaz
xətti quraşdırılıb. Şamaxı rayonunun
Göylər, Kəlləxana, Adnalı, Məlikçobanlı,
Dağbağırlı, Nüyüdü, Carhan, Osmanbəyli
kəndlərində təbii qaz təchizatının bərpası
ilə bağlı 22,5 km yeni daşıyıcı qaz kəməri
çəkilib, Nağaraxana kəndinin
qazlaşdırılması zamanı cəmi 22,7 km
uzunluğunda qaz xətləri quraşdırılıb.
Şabran rayonunun mərkəzinin qaz təchizatı şəbəkəsinin
tam şəkildə yenilənməsi 65,1
km müxtəlif diametrli qaz xəttinin
quraşdırılmasından sonra mümkün olub. Naftalan
şəhərinin Əlirzalı kəndinin
qazlaşmamış hissəsinin, Xanqərvənd kəndinin
qazlaşması da bu ilin ötən 6 ayında 44,79 km uzunluğunda qaz xəttinin
quraşdırılması nəticəsində mümkünləşib.
Daşkəsən rayonunun Xoşbulaq kəndinin
qazlaşdırılması üçün isə 30 km qaz xətti
quraşdırılıb. Goranboy rayonunun Məşəli,
Börü, Zəyvə və Şəfəq kəndlərinin
qazlaşdırılması nəticəsində cəmi 30 km-ə
yaxın boru xətti quraşdırılıb. Gədəbəy
rayonunun Düzrəsullu kəndinin
qazlaşdırılması məqsədi ilə 6,8 km qaz xətti çəkilib və 577 ədəd
qaz sayğacı quraşdırılıb.
Şirvan
şəhərinin “Kənd evləri”nin
qazlaşdırılması aparılıb və 772 ədəd
qaz sayğacı quraşdırılıb. Xaçmaz rayonu
Qusarçay kəndinin qazlaşdırılması, Xudat şəhərində
yeni yaşayış massivinin qaz təchizatının təmin
olunması üçün 16,53 km qaz xətti
çəkilib və 2 ədəd QSQO
quraşdırılıb. Quba rayonunun Qəçrəş kəndinin
qazlaşdırılması və ətraf kəndlərin qaz
təchizatının yaxşılaşdırılması
üçün yeni daşıyıcı qaz kəmərinin
çəkilməsi işləri aparılıb, rayonun Qələdüz,
Dağlı, Qımılqazma, Küsnətqazma,
Kürçal, Üçgün kəndlərinin
qazlaşdırılması üçün 107,11 km qaz xətti
quraşdırılıb. Qusar rayonunun Samur qəsəbəsinin,
Şirvanovka, Aşağı İmamqulukənd, Mucuğoba,
Üzdənoba, Salehoba, Kufoba, Zuxuloba, Avaran, Xürel,
Suaçal kəndlərinin qazlaşdırılması məqsədi
ilə 15,99 km qaz xətti çəkilib. Astara
rayonu Penser, Kaklos, Şahağacı və Siyəkəran kəndlərinin
qazlaşdırılması işləri aparılıb.
Bu məqsədlə 38,38 km qaz xətti
quraşdırılıb. Cəlilabad rayonu, Günəşli
və Alar kəndlərinin qazlaşdırılması
üçün 84,98 km qaz xətti quraşdırılıb. Lerik
rayonunun Pirzəküçə kəndinin
qazlaşdırılması üçün 3,53
km polietilen boru xətti quraşdırılıb. Rayonun Piran,
Zərküməco, Blaband, Vizəzəmin, Hamarmeşə,
Peştətük, Təbrizi, Haran, Sipyəreğon, Almu, Cənginovud,
Bibiyoni, Kornədi, Şivəkəran və Hücü kəndlərinin
qazlaşdırılması üçün 21 km
daşıyıcı qaz kəmərinin çəkilməsi
işləri aparılıb. Lənkəran
rayonunun Boladı kəndinin təbii qaz təchizatının
bərpası məqsədilə 24 km uzunluğunda qaz kəməri
çəkilib. Masallı şəhərində qaz kəmərlərinin
yenidən qurulması işləri aparılıb, cəmi 63,15 km uzunluğunda müxtəlif diametrli qaz kəmərləri
çəkilib. Rayonun Qızılavar kəndinin
qazlaşdırılması üçün 19,41 km qaz xətti çəkilib, 28 ədəd
qaz sayğacı quraşdırılıb. Qəbələ
rayonu da qazlaşma prosesindən kənarda qalmayıb. Vəndam qəsəbəsinin
qazlaşdırılması zamanı 33 km qaz xətti çəkilib.
Qəbələ şəhərində Beynəlxalq Hava Limanınadək yolun
genişləndirilmiş hissəsində qaz kəmərinin və qurğuların yerinin dəyişdirilməsi
məqsədi ilə 7,22 km qaz xətti çəkilib.
Oğuz rayonunun Bucaq kəndinin qazlaşdırılması
işləri də davam edib və 42,5 km
uzunluğunda qaz xətti çəkilərək qaz təminatı
bərpa edilib.
- Yəqin
ki, cəbhə bölgələrinin qazlaşdırılması
da gündəmdə olan məsələlərdəndir?
- Təbii
ki, bu sualınıza cavab olaraq bildirirəm ki, Qazax rayonunun
Bala Cəfərli kəndinə qaz xətti çəkilərək
36 ədəd qaz sayğacı quraşdırılıb. Rayonun Daşsalahlı və Hüseynbəyli kəndinin
də qaz təchizatının bərpası prosesi başa
çatdırılıb. Tovuz rayonunun Qonaqlı, Qaralar,
Kirən, Çataq, Şıxheybət, Qoşa və Muncuqlu
kəndlərinin qazlaşdırılması üçün 4,97 km qaz xətti çəkilib.
Tovuz rayonunun Əlimərdanlı kəndinin qaz təchizatının
bərpası işləri aparılıb, 1,6
km qaz xətti çəkilib . Ağdam rayonunda Hacıməmmədli,
Əfəlli, İsalar, Küdürlü, Mahrızlı, Zəngişalı,
Həsənxanlı, Qəhrəmanbəyli, Məmmədbağırlı,
Evoğlu, Qaradağlı, Rzalar kəndlərinin
qazlaşdırılması işləri aparılıb, 96,09
km qaz xətti çəkilib. Dördyol-1 və Dördyol-2 qəsəbələrinin
qazlaşdırılması məqsədi ilə 13,4 km qaz xətti çəkilib və 272 ədəd
qaz sayğacı quraşdırılıb. Rayonun Quzanlı və
Təzəkənd qəsəbələrində fərdi
yaşayış evlərinin qazlaşdırılması
üçün 28,19 km qaz xətti çəkilib
və 71 ədəd qaz sayğacı
quraşdırılıb. Füzuli rayonunun Şükürbəyli,
Alxanlı, Kərimbəyli və Böyük Bəhmənli kəndlərinin
qazlaşdırılması üçün 107,69
km qaz xətti çəkilib. Kərimbəyli kəndinin
qazlaşdırılması üçün 16,6
km qaz xətti çəkilib və 522 ədəd qaz
sayğacı quraşdırılıb.
- Bəs QPS-lərdə hansı işlər
aparılır?
- Bildirirəm
ki, Hacıqabul QPS-2-nin 15-25 atmosfer təzyiqli girişindən
Şirvan şəhərinə qazın verilməsi
üçün yeni tənzimləyici qovşağın və
315 mm-lik yeraltı qaz kəmərinin tikinti işləri həyata
keçirilib. Samux rayonunun Alıuşağı kəndi ərazisində
QPS-in tikintisi və həmin QPS-dən Göygöl rayonunun
Hacıməlik qəsəbəsindəki ölçü
qovşağına qədər 9,4 km
polietilen borularla qaz kəməri çəkilib. Rayonun Əlibayramlı və Füzuli (Sunu) kəndlərinə
31 km uzunluğunda qaz xətti çəkilib və 496 ədəd
qaz sayğacı quraşdırılıb. Balakən AQPS-dən rayon mərkəzinə gedən
500 mm-lik qaz kəmərinin dəyişdirilməsi prosesi də
yekunlaşıb. Bu ilin 6 ayı ərzində 5,86 km uzunluğunda qaz xətti çəkilib.
Rayonun Katex kəndinin qazlaşdırılması işləri
aparılıb və 28,53 km qaz xətti
quraşdırılıb. Qax rayonunun Marsan,
Qorağan kəndlərinin qazlaşdırılması
yekunlaşıb. Şamaxı rayonunun
Hacılı kəndində yeni QPS-in tikintisi də başa
çatmaq üzrədir. Yaxın vaxtlarda
həmin QPS-dən 4 kəndi əhatə etməklə 1400
abonentə təbii qazın verilişi təmin ediləcək.
RUHİYYƏ
Yeni Azərbaycan.- 2011.- 26 iyul.-
S.6.