Prezidentlərin Kazan
görüşü Dağlıq Qarabağ münaqişəsinin
həllində müəyyən irəliləyişlərin
olacağına ümid verir
Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvü, Milli Məclisin
deputatı Aydın Mirzəzadə www.yap.org.az saytına
müsahibə verib:
- Aydın müəllim,
hazırda Azərbaycan cəmiyyətinin diqqətində olan ən
vacib məsələ Rusiya prezidentinin təşəbbüsü
ilə
- Prezidentlərin
görüşündə müəyyən nəticələr
ola bilər. Bunu demək üçün əsaslar var.
Xatırladım ki, həmsədr dövlətlərin rəhbərlərinin
birgə bəyanatında konkretlik var idi. Əgər əvvəllər
onlar diplomatik çağırışlar edirdilərsə,
indi burada konkretliyin olması ciddi məsələdir. Artıq
Rusiya 7-8-ci dəfədir ki, dövlət
başçısı səviyyəsində bu
görüşlərdə iştirak edir. Ortada Rusiyanın
nüfuzu məsələsi də var. Yəni hazırkı
danışıqlar nəticə verməsə, prezident
seçkiləri öncəsi bu, Rusiyanın nüfuzu məsələsidir.
Bildiyiniz kimi, gələn il Rusiyada prezident seçkiləri
keçiriləcək. Ona görə də, Kazan
görüşündə kiçik də olsa, müəyyən
nəticə olmalıdır. Hər halda, Soçi
görüşünün nəticələri, həmsədr
ölkələrin başçılarının bəyanatı,
həmsədrlərin bölgəyə səfəri və
xarici işlər nazirlərinin gözlənilən
görüşü prezidentlərin apardığı
danışıqların müsbət nəticələnəcəyinə
müəyyən ümidlər verir.
Ancaq bütün ümidləri
bu görüşlə bağlamaq o qədər də
düzgün olmaz. Azərbaycan məsələlərə həmişə
real yanaşır. Çünki Ermənistanın tez-tez
danışıqlarda özünü qeyri-ciddi tərəf
kimi aparması, məsuliyyətsizliyi, götürdüyü
öhdəlikdən imtina etməsi və s. hallar da var. Bu
baxımdan, bütün ümidləri bu görüşə
bağlamaq düzgün olmaz. Düzdür, nəticənin
olmaması Azərbaycan üçün müəyyən
problemdir. Amma nəzərdən qaçırmayaq ki, nəticənin
olmaması bu gün Azərbaycandan da dəfələrlə
çox Ermənistan üçün problemdir. Hazırda əhali
Ermənistandan durmadan köçüb gedir, ölkə
iqtisadiyyatında inkişaf yoxdur, ermənilər regional layihələrdən
kənarda qalıb, qonşuları ilə münasibətləri
pisdir. Bu gün erməni diasporunun nümayəndələri və
erməni siyasətçiləri hakimiyyəti realist siyasət
yürütməyə çağırırlar. Bir neçə
həftə əvvəl Ermənistanın keçmiş
baş naziri Q.Baqratyanın maraqlı bir açıqlaması
oldu. O deyib ki, əgər Qarabağda müstəqilliklə
bağlı referendum keçirilərsə və əhalinin əksəriyyəti
Azərbaycanın tərkibində qalmağa səs verərsə
mən buna təəccüblənmərəm. Çünki
Azərbaycanın inkişafında böyük nəticələr
var və Ermənistan ona uduzur. Yəni bütün bunların
hamısı istər-istəməz Ermənistanı real
düşünməyə sövq edir. Amma prezidentlərin
görüşündə konkret nə olacaq, bunu iyunun 25-də
biləcəyik.
- ATƏT-in Minsk qrupunun həmsədri
olan ölkələrin başçıları Dovil bəyanatında
tərəflərə çağırışlar etdilər.
Bu çağırışlar nədən irəli gəlir?
- Diqqətəlayiqdir ki, son
iki ildə yalnız ATƏT-in Minsk qrupunun həmsədri olan
ölkələrin nümayəndələri yox, həm də
bu dövlətlərin başçıları bəyanatlarla
çıxış etməyə başlayıblar. Bundan
başqa, artıq iki ildən çoxdur ki, Minsk qrupunun həmsədri
olan dövlətlərdən birinin başçısı,
konkret olaraq Rusiya prezidenti Azərbaycan və Ermənistan
prezidentlərinin görüşlərində birbaşa
iştirak edir. Bu faktlar öz-özlüyündə ondan xəbər
verir ki, Azərbaycan və Ermənistanın dövlət
başçıları arasındakı görüşlər
keyfiyyətcə yeni bir formata keçib.
Həmçinin, Azərbaycan
və Ermənistan prezidentlərinin bu ilin iyun ayında Kazanda
keçiriləcək görüşü ərəfəsində
həmsədr dövlətlərin
başçılarının birgə bəyanatı onu
göstərir ki, münaqişə tərəflərinin rəhbərləri
arasındakı müzakirələrin təşkilini
yalnız Rusiya tərəfinin təşəbbüsü kimi
qiymətləndirmək lazım deyil. Başqa sözlə, bu
fakt ABŞ və Fransa tərəfindən də Dağlıq
Qarabağ münaqişəsinə diqqətin olduğunu
göstərir. Onu da qeyd etmək lazımdır ki, əvvəllər
- ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin prezidentlərinin bəyanatındakı çağırışlar daha çox hansı tərəfə ünvanlanmışdı? Bu çağırışlardan hansı nəticələr çıxarılmalıdır?
- Təbii ki, prezidentlərin birgə bəyanatı diplomatik qaydada tərtib olunub, orada konkret adlar göstərilmir. Amma nəzərə almaq lazımdır ki, onlar torpaqların azad edilməsi məsələsinə toxunublar. Münaqişə tərəflərindən kimin torpağı işğal edilib? Aydın məsələdir ki, Azərbaycanın. Ona görə də, söhbət bir dövlətin torpaqlarının azad olunmasından gedirsə, onda məlum olur ki, həmsədr ölkə başçılarının bəyanatında göstərilmiş çağırışlar bilavasitə Ermənistana aiddir. Digər tərəfdən, Ermənistan ABŞ və Fransadan fərqli olaraq, Rusiya üçün strateji müttəfiqdir. Buna görə də, həmin faktora əsasən nəzərə almaq lazımdır ki, Rusiya prezidentlərin birgə bəyanatını imzalamaqla öz müttəfiqini gələcəkdə səhvlər etməkdən çəkinməyə çağırır. Axı, Azərbaycan torpaqlarının işğalı Ermənistana müsbət heç nə gətirmədi. Yuxarıda dediyim kimi, Ermənistan gerçəkləşdirilən regional layihələrdən kənarda qaldı, bu ölkə regionda Cənubi Qafqazın əsas dövləti olan Azərbaycan tərəfindən həyata keçirilən tədbir və layihələrdə iştirak edə bilmir.
Bununla əlaqədar, Ermənistanın daxilində baş verən hadisələrə görə, əhalinin vəziyyəti gündən-günə pisləşir. Son hesablamalar göstərir ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvo vəziyyəti davam etdikcə, Ermənistan əhalisi 2020-ci ildə azalaraq cəmi 1 milyon olacaq. Bütün bunlar erməni dövlətinin məhv olmasına gətirib çıxaracaq. Məhz bu amilləri nəzərə alaraq, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri diplomatik yolla Ermənistan rəhbərliyini öz ölkəsinin gələcəyi haqqında düşünməyə çağırırlar.
- Aydın müəllim, necə hesab edirsiniz, Rusiya tərəfinin münaqişənin həll olunmasında fəallıq nümayiş etdirməsi bu problem ətrafındakı status-kvonun dəyişməsinə gətirib çıxara bilərmi?
- Nəzərinizə çatdırım ki, əgər əvvəllər Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı iştirakında beynəlxalq və regional məsələlərdə yalnız öz mövcudluğunu bəyan etməyə çalışırdısa, indi o, Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsində maraqlı olduğunu ifadə edir. Çünki Azərbaycan Rusiyanın bölgədə ən yaxın müttəfiqlərindən birinə çevrilməkdədir. Buna görə də, Moskva Bakı ilə olan əlaqələri itirmək istəmir və Azərbaycanın güclənməsində maraqlı olduğunu xüsusi vurğulayır.
Ermənistanla
münasibətlərə gəldikdə isə, rus və erməni
xalqları arasında tarixən mövcud münasibətləri
nəzərə alsaq, Ermənistanın zəifləməsi
Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinə
gətirib çıxarır. Buna görə də, Rusiya bir
tərəfdən Qarabağ probleminin tez bir zamanda nizama
salınması yolu ilə Ermənistanın gələcəkdə
bir dövlət kimi mövcud olmasını zəmanət
altına almaq istəyir, digər tərəfdən isə Azərbaycanla
münasibətləri korlamamağa çalışır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki,
bütün şübhələrdən uzaq şəkildə,
münaqişənin tərəflərinə birtərəfli
yanaşma problemin həllinə kömək etməsə də,
Rusiya indiki şəraitdə Dağlıq Qarabağ
münaqişəsinin həllində maraqlıdır. Belə
ki, Qarabağ probleminin həlli Rusiya üçün cənub
sərhədlərindəki gərginliyi aradan qaldırmaq, eləcə
də, onun bu bölgədəki maraqlarının müdafiəsi
deməkdir.
Yeni Azərbaycan.- 2011.- 8 iyun.- S.5.