YAP xalqın etimadını
doğruldan partiyadır
Partiyanın Qaradağ rayon təşkilatının
yaradılmasının 18-ci ili tamam
olub
Yeni Azərbaycan
Partiyası (YAP) Qaradağ
rayon təşkilatının yaradılmasının 18-ci ili tamam olub. Dünən rayon təşkilatı bu münasibətlə tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın
Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı
və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi
önünə gül
dəstələri düzüblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində
davam etdirilib. Öncə Yeni
Azərbaycan Partiyasının
yaranmasından, fəaliyyətindən
bəhs edən film nümayiş etdirilib və 18 yaşı tamam olmuş gənclərə partiyaya
üzvlük vəsiqəsi
təqdim olunub.
Tədbirdə çıxış edən
rayon təşkilatın sədri,
YAP Siyasi Şurasının
üzvü Aydın Hüseynov partiya üzvlərini ildönümü
münasibətilə təbrik
edərək onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
A.Hüseynov bildirib ki, Ulu
öndər Heydər
Əliyevin qurucusu olduğu partiyanın təsis yığıncağı
keçiriləndən sonra
bölgələrdə onun
yerli strukturları formalaşdırılmağa başlayıb. Onun sözlərinə görə,
təşkilatın sıralarının
artmasının ciddi səbəbləri var: “Müqayisəolunmaz faktdır
ki, YAP-ın bütün uğurlarının
arxasında xalqın inamı və bu inamdan doğan
dəstəyi dayanır.
Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu
və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik
etdiyi YAP-a böyük
etimad göstərir, inanır. Onu da vurğulamalıyıq
ki, partiyamız da gördüyü işlərlə, üzərinə
götürdüyü missiya
ilə xalqın inamını doğruldub.
Yeni Azərbaycan Partiyası Azərbaycanın və ümumiyyətlə, regionun
ən böyük və güclü siyasi partiyası kimi daim inkişaf
edir, müasir dünyanın təcrübələrini
mənimsəyir”.
YAP Qaradağ
rayon təşkilatının sədri Aydın Hüseynov Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu YAP-ın böyük nailiyyətlər
əldə etdiyini bildirib, dövlətçiliyin
möhkəmləndirilməsində və Azərbaycanın regionda lider dövlətə çevrilməsində
Ulu öndərin xidmətlərindən danışıb.
Bildirilib
ki, hər zaman xalqın rifahını nəzərə
alaraq, çoxsaylı
dövlət əhəmiyyətli
proqramlar irəli sürən
A.Hüseynov qeyd edib ki, 122 ilk təşkilatda 10 mindən
çox üzvü birləşdirən YAP Qaradağ
rayon təşkilatı partiyanın
proqram vəzifələrinin
həyata keçirilməsində,
ölkəmizin sosial-iqtisadi
inkişafında fəal
iştirak edir. Öz fəaliyyətində Ümummilli
lider Heydər Əliyevin müəyyən
etdiyi prinsipləri rəhbər tutan təşkilat Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilən siyasətin həyata keçirilməsində yaxından
iştirak edir.
YAP İcra
katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası Qaradağ rayon
təşkilatının yaradılmasının
18 illiyi münasibətilə
tədbir iştirakçılarını
təbrik edib. Siyavuş Novruzov söyləyib ki, 18 il ərzində
rayon təşkilatı böyük
işlər görüb,
çox hadisələrin
şahidi olub: “Qeyd olunduğu kimi, kiçik bir otaqda yaradılmış
YAP Qaradağ rayon təşkilatı
qısa müddət ərzində sıralarını
genişləndirərək, mütəşəkkil bir
təşkilata çevrilib.
Bu gün rayon təşkilatı öz sıralarında rayonun ictimai-siyasi həyatında
aktiv iştirak edən 10 mindən artıq insanı birləşdirir. Əlbəttə ki, bütün bunlar Ümummilli liderimiz Heydər Əliyevin ideyalarının
dəstəklənməsinin göstəricisidir. Bu gün burada əyləşmiş bir çox insanlar ağır şəraitdə
məsuliyyətli qərarlar
qəbul edərək
yaratdıqları bu
rayon təşkilatının ölkəmizin inkişafı
naminə nümayiş
etdirdiyi fəaliyyətlə
fəxr edə bilərlər”.
Siyavuş Novruzov söyləyib
ki, YAP Qaradağ rayon təşkilatının digər rayon təşkilatlarından
fərqləndirici cəhətləri də var: “Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev məhz,
Qaradağ rayonundan deputat seçilib, eyni zamanda, bir neçə
qurultayda YAP Qaradağ rayon təşkilatı tərəfindən
seçilmiş nümayəndə kimi, həmçinin, cənab
Prezident İlham Əliyev sizlərlə birlikdə YAP
Qaradağ rayon təşkilatının tədbirlərində
də iştirak edib”.
İcra
katibinin müavini sonda tədbir
iştirakçılarını bir daha təbrik edərək,
onlara uğurlar arzulayıb.
Qaradağ Rayon
İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov tədbirdə çıxış edərək,
18 yaşının tamam olması münasibətilə YAP
Qaradağ rayon təşkilatının üzvlərini təbrik
edib. O, qeyd
edib ki, müstəqil dövlətimizin möhkəmləndirilməsində
YAP fəallarının özünəməxsus rolu var:
“Hazırda partiyamızın 530 mindən çox üzvü
var.
Natiq bildirib ki, Ulu öndər
Heydər Əliyevin xalqımızın təkidli tələbi
ilə hakimiyyətə qayıdışı müstəqil
dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv
olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən,
beynəlxalq təcriddən xilas edib: “Ümummilli liderin
işləyib hazırladığı müstəqil dövlət
quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin
uğurlarının bünövrəsində dayanaraq gələcək
inkişafın əsasını qoymuşdur”.
Hazırda Azərbaycanın
dünyada bənzəri olmayan sürətlə inkişaf
etdiyini vurğulayan Süleyman Mikayılov əsası Ulu
öndər tərəfindən qoyulan siyasətin bu gün
Prezident İlham Əliyev tərəfindən böyük
uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Digər
çıxışçılar da xalqımızın
YAP-ın Sədri, Prezident İlham Əliyevin ətrafında
sıx birləşdiyini bildiriblər.
Tədbirin
sonunda media nümayəndələri də
mükafatlandırılıblar.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.-
2011.- 17 mart.- S.3.