Dövlət proqramlarının
uğurla icra olunması Ağdaş rayonunun inkişafında
yeni mərhələnin əsasını qoyub
Ağdaşlılar rayonun bugünkü inkişafına
görə, Ümummilli lider Heydər Əliyevin layiqli
davamçısı Prezident İlham Əliyevə minnətdardırlar
Ümummilli
liderimiz Heydər Əliyevin əsasını qoyduğu hərtərəfli
inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi
Qafqaz regionunun lider dövlətinə çevrilib. Məhz
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən regionların sosial-iqtisadi inkişafına
dair dövlət proqramlarının icrası nəticəsində
respublikamızın bütün bölgələri, o cümlədən,
Ağdaş rayonu da günü-gündən inkişaf etməkdədir.
Son illər həyata keçirilən
sosial-iqtisadi layihələr rayonun simasını dəyişdirərək
gözəlləşdirib, insanların sosial rifah halı daha
da yaxşılaşıb. Hər bir
ağdaşlı yaxşı bilir ki, bütün bu nailiyyətlərin
arxasında dövlətin, həmçinin, Prezident İlham Əliyevin
xüsusi diqqət və qayğısı dayanır. Yəni, Ağdaşda bu uğurlara məhz dövlət
başçısının imzaladığı Fərman, Sərəncam
və təsdiqlədiyi dövlət proqramlarından irəli
gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində
nail olunub. Ağdaşlılar rayonun
bugünkü inkişafına görə, Ümummilli lider
Heydər Əliyevin layiqli davamçısı Prezident
İlham Əliyevə minnətdardırlar.
Bu fikirləri rayon İcra
Hakimiyyətinin başçısı Rafiq Niftəliyev
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümü ərəfəsində müasir tələblər
səviyyəsində tamamilə yenidən qurulan Heydər Əliyev
parkının, Heydər Əliyev Mərkəzinin, həmçinin,
Ulu öndərin abidə kompleksinin
açılışı mərasimindəki
çıxışında bəyan edib.
Ağdaşlıların Ulu öndərin xatirəsinə
sevgi və ehtiramı...
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının Regional idarəetmə və
yerli özünüidarəetmə orqanları ilə iş
şöbəsinin böyük referenti Rəhim Məmmədov,
akademik Bəkir Nəbiyev, Xalq şairi Fikrət Qoca, Milli Təhlükəsizlik
Nazirliyinin İstintaq Baş idarəsinin rəisi, general-mayor
Mövlam Şıxəliyev və bir sıra nazirliklərin təmsilçilərinin,
həmçinin, Milli Məclisin deputatlarının və ətraf
rayonların rəhbərlərinin iştirak etdiyi mərasimdəki
çıxışında R.Niftəliyev bildirib ki, bu
möhtəşəm parkı ağdaşlılar Ulu öndərimizin
xatirəsinə sevgi və ehtiram əlaməti sayırlar:
“Ulu öndər Heydər Əliyev dəfələrlə qədim
Ağdaşa səfər etmişdir. Heydər Əliyevin
nəcib əməlləri Ağdaşda da gözəl bəhrələr
vermişdir. Rayonumuzun sakinləri buna
görə Ulu öndərə həmişə minnətdardırlar.
Ağdaşda iri layihələr həyata
keçirilir. Rayonun iqtisadiyyatı, kənd
təsərrüfatı inkişaf edir, əhalinin
yaşayış səviyyəsi artır. Cənab Prezidentin 2010-cu ildə təməlini
qoyduğu xeyli obyektlər sürətlə tikilir. Ağdaşa, ağdaşlılara göstərdikləri
diqqət və qayğıya görə Prezident İlham Əliyevə
və Onun xanımı Mehriban Əliyevaya minnətdarlığımızı
bildirir və cənab Prezidenti əmin edirik ki,
ağdaşlılar 2011-ci ildə qarşıya qoyulmuş
bütün vəzifələri uğurla icra edərək,
müstəqil Azərbaycanın inkişafına öz
sanballı töhfələrini verəcəklər”.
Qeyd edək ki,
Ulu öndər Heydər Əliyevin adını daşıyan
7 hektarlıq parkın müasir tələblər səviyyəsində
yenidən qurulmasına 6 ay əvvəl başlanılıb. Rayon sakinlərinin
sevimli istirahət mərkəzi olan bu parkın girişində
200 metr uzunluğunda istinad divarları tikilərək ağlay
və gülbağ daşlarla üzlənib. Dairəvi formada hörülən 400 metr
uzunluğundakı hasarlar isə təbii çay
daşları ilə bəzədilib. İstirahət
guşəsinin ərazisinə 3000 kvadratmetr tamet, 2000
kvadratmetr mərmər üzlük döşənib, rəngli
musiqili fəvvarə quraşdırılıb. 5000
ədəd ağac, bəzək və gül kolları əkilib.
5000 kvadratmetr sahədə yaşıllıq
salınıb. 120 ədəddən
çox müasir işıq dirəyi
quraşdırılıb.
Parkın mərkəzində
Heydər Əliyev abidə kompleksi yaradılıb. Kompleks boyunca
bir-birini əvəz edən mərmər lövhələrin
səthini dövlət atributları, tarixi keçmişimizi
və milli-mənəvi dəyərlərimizi əks etdirən
milli-memarlıq elementləri bəzəyir. Mütəxəssislərin qədim Şərq və
müasir memarlıq ənənələrinin incəliklərindən
məharətlə istifadə etməsi abidə kompleksinin əzəmətini
daha da artırır. Hündürlüyü
40 metr olan dövlət bayrağı meydana xüsusi
yaraşıq verir.
Parkdakı Heydər
Əliyev Mərkəzi əsaslı şəkildə yenidən
qurularaq sahəsi 500 kvadratmetr artırılıb. 3 zaldan ibarət
olan sarayda kompüter və ideoloji mərkəzlər, muzey,
uşaq və gənclərin yaradıcılıq mərkəzi,
həmçinin, müxtəlif dərnəklər fəaliyyət
göstərir. Mərkəzin muzeyində
9 bölmədə Ulu öndər Heydər Əliyevin tarixi fəaliyyəti
ilə bağlı 200-dən çox fotoşəkil və
qiymətli eksponat nümayiş etdirilir. Burada
məktəblilər yüksək ixtisaslı mütəxəssislərin
köməyi ilə rəsm, tarix, ədəbiyyat, şahmat dərnəklərində
bilik və bacarıqlarını artıracaqlar. Kompüter mərkəzi isə yeniyetmələrin
informasiya texnologiyalarına yiyələnməsində
mühüm rol oynayacaq.
Daim diqqət mərkəzində olan Ağdaş
Qədirbilən
ağdaşlılar Ümummilli lider Heydər Əliyevin 5 dəfə
rayonda olmasını, rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşüb qayğıları ilə
maraqlanmasını unutmayıblar. Ağdaşın tərəqqisində
Ulu öndərin tövsiyələri əhəmiyyətli rol
oynayıb. Bu gün isə Prezident
İlham Əliyev Ulu öndər Heydər Əliyev ənənəsini
davam etdirərək, rayonun sosial-iqtisadi inkişafının
daha da sürətlənməsinə, insanların həyat səviyyəsinin
yüksəlməsinə çalışır. Məhz
bu baxımdan 7 iyul 2005-ci il tarixi dövlətə
və dövlətçiliyə sadiq
ağdaşlıların hafizəsinə xüsusi olaraq həkk
olunub. Çünki məhz həmin tarixdə Prezident
İlham Əliyev və Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva Ağdaşa səfər edib.
2010-cu il
fevralın 12-si isə Prezident İlham Əliyevin Ağdaş
rayonuna növbəti səfəri ilə əlamətdar olub.
Həmin səfər zamanı dövlət
başçısı Heydər Əliyev Fondunun təşəbbüsü
ilə inşa edilmiş Ağdaş Musiqi Məktəbində
yaradılmış şəraitlə tanış olub, şəhərin
su-kanalizasiya şəbəkəsinin yenidən qurulması
layihəsi çərçivəsində ilkin suyun verilməsini
bildirən rəmzi açılış mərasimində,
Ağdaş Olimpiya İdman Kompleksinin
açılışında, eləcə də, Mərkəzi
Rayon Xəstəxanasının və Regional Elektrik
Yarımstansiyasının təməlqoyma mərasimlərində
iştirak edib.
Rayon ictimaiyyətinin
nümayəndələri qarşısında
çıxış edən dövlət
başçısı rayonda sosial-iqtisadi inkişaf istiqamətində
həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək
qeyd edib ki, Ağdaşda işlər yaxşı gedir, gözəl
sosial obyektlər tikilib istifadəyə verilir, regionların
sosial-iqtisadi inkişafına dair ikinci Dövlət
Proqramının icrası nəticəsində problemlər həllini
tapır, inkişafın sürəti artır. “Mən
çox şadam ki, Ağdaşda işlər yaxşı
gedir, gözəl obyektlər istifadəyə verilir. Əminəm ki, növbəti illərdə
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının ikinci mərhələsinin icrası nəticəsində
əsas məsələlər, sosial-iqtisadi məsələlər
öz həllini tapacaqdır. Bu
proqramın 2013-cü ildə başa çatması nəzərdə
tutulur. Əminəm ki, o vaxta qədər
bütün əsas məsələlər öz həllini
tapacaqdır.
Biz sizinlə
bundan sonra da görüşəcəyik. Əminəm
ki, Ağdaşda gözəl açılışlar hələ
çox olacaqdır”.
Ağdaşlıların zəhmətinə verilən ən
böyük qiymət
Yeri gəlmişkən,
dövlət başçısı, əldə edilən
uğurları qeyd etməklə yanaşı, bu istiqamətdə
əməyi olan ağdaşlıları da diqqətdən kənarda
qoymur. Belə
ki, Prezident İlham Əliyev 2011-ci il
yanvarın 12-də Ağdaş rayonunun ictimai-siyasi,
sosial-iqtisadi və mədəni həyatında xidmətləri
olan şəxslərin təltif olunması barədə sərəncamlar
imzalayıb. Həmin sərəncamlara əsasən, bir nəfər
“Əməkdar müəllim”, bir nəfər “Əməkdar həkim”,
bir nəfər “Əməkdar mühəndis”, bir nəfər
“Əməkdar mədəniyyət işçisi” adına
layiq görülüb, həmçinin, bir nəfər
“Dövlət qulluğunda fərqlənməyə görə”
medalı, dörd nəfər isə “Tərəqqi” medalı
ilə təltif olunub. Ağdaşlılar hesab
edirlər ki, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni
həyatında öz əməyi ilə fərqlənən
şəxslərin yüksək dövlət
mükafatları ilə təltif edilməsi dövlət
başçısının Ağdaşın bütün zəhmətsevər
insanlarına göstərdiyi böyük diqqət və
qayğısının təzahürüdür. Bu, ağdaşlıların zəhmətinə verilən
ən böyük qiymətdir. Sözügedən
sərəncamları böyük sevinc və minnətdarlıq
hissləri ilə qarşılayan rayon sakinləri Prezidentin bu
yüksək etimadını doğrultmaq üçün
bütün səy və bacarıqlarını səfərbər
ediblər.
Sosial-iqtisadi inkişafdan Ağdaşa da pay
düşüb
Yuxarıda da
qeyd etdiyimiz kimi, regionların sosial-iqtisadi inkişafına dair
dövlət proqramlarının icrası istiqamətində
Ağdaş rayonunda bir sıra tədbirlər həyata
keçirilib.
Məsələn, Ağdaş rayonunda 2003-cü ildən
İndiyədək 5323-ü daimi olmaqla, 14101 iş yeri
açılıb.
Öz işini ölkə
Prezidentinin tövsiyə və tapşırıqlarına
uyğun şəkildə quran Ağdaş rayon İcra
Hakimiyyəti sakinlərin qayğıları ilə yerində
və vaxtında məşğul olmaq üçün səyyar
qəbulların səmərəli təşkil edilməsi, gərəkli
tədbirlərin həyata keçirilməsinə ciddi nəzarət,
həmçinin, müraciət və ərizələrə
operativ reaksiya və s. istiqamətində önəmli
addımlar atıb. Eyni zamanda, əməkhaqlarının
ödənilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi,
aztəminatlı təbəqələrə pensiya və
müavinətlərin çatdırılması, sosial
yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi,
ünvanlı dövlət sosial yardımının təyin
olunması kimi məsələlər diqqət mərkəzində
saxlanılır, bu sahədə müntəzəm və məqsədyönlü
işlər görülür.
Ağdaş
şəhərinin Heydər Əliyev prospekti və 25
küçəsi asfaltlaşdırılıb və ya
hazırda da asfaltlaşdırılmaqdadır. Küçələrdə
600 ədəd elektrik dirəyi quraşdırılıb.
Ləki qəsəbəsinin 2 küçəsi, 10,5 kilometr uzunluğunda Ağdaş-Pirkəkə,
Orta Ləkinin və Əmirarx-Güvəkəndin kəndlərarası
yollarına da asfalt örtüyü çəkilib.
Ağdaş şəhərinin
su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində
suqəbuledici qurğu, nasos stansiyası, su anbarları və
xlorator qurğusunun tikintisi, şəbəkəyədək
olan magistral boru xətlərinin dəyişdirilməsi, eləcə
də, su kanal idarəsi üçün yeni inzibati binanın
və istehsal bazasının tikintisi başa çatıb. Yaxınlarda layihənin ikinci mərhələsinin
icrasına başlanılacaq.
Ağdaşda əhalinin
kommunal xidmətlərlə normal təmin olunmasına ciddi
fikir verilir. İstehlakçıların elektrik enerjisi və təbii
qazla təminatını yaxşılaşdırmaq məqsədilə
təmir işləri indi də davam edir.
Ötən ilin əlamətdar
hadisələrindən biri də Ağdaş şəhərində
5,3 hektar ərazidə 100
çarpayılıq xəstəxananın tikintisinə
başlanmasıdır. Hazırda tikinti işləri
sürətlə davam edir. Xatırladaq ki, dövlət
başçısının 5 noyabr 2010-cu il
tarixli Sərəncamı ilə bu obyektin tikintisi
üçün Prezidentin Ehtiyat Fondundan əlavə 1 milyon
manat vəsait ayrılıb. Ağdaş Olimpiya İdman
Kompleksi və Gürcuva kəndindəki 180 şagirdlik yeni məktəb
binası da ötən il istifadəyə
verilən obyektlər sırasındadır. Ötən il, həmçinin, mərkəzi avtomat telefon
stansiyası 4192 nömrəlik elektron ATS-lə əvəz
olunub. Kəndlərdəki 27 ATS isə elektronlaşdırılır.
Sahibkarlığın
inkişafı üçün yaradılan şərait və
bu sahəyə göstərilən dövlət
qayğısı sayəsində Ağdaşda ötən il
istehsal olunmuş sənaye məhsulunun 93,4
faizi, ümumi daxili məhsulun isə 95,6 faizi özəl
sektorun payına düşüb. Sahibkarlar tərəfindən
Ağdaşda 200-dən çox müəssisə və
obyekt inşa edilib.
Ağdaşın
şəhər, qəsəbə və kəndlərinin
sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində
və yerli əhəmiyyətli məsələlərin həllində
bələdiyyələrin və yerli icra hakimiyyəti
orqanlarının Əlaqələndirmə
Şurasının fəaliyyəti mühüm əhəmiyyət
kəsb edir. Şuranın təşkilatçılığı
ilə rayonun sosial-iqtisadi inkişafı sahəsində yerli
icra orqanları və bələdiyyə qurumları tərəfindən
işlər davam etdirilir.
Kadr potensialı və təhsilə qayğı diqqət
mərkəzindədir
Ağdaşda
olanda onu da öyrəndik ki, rayon İcra Hakimiyyəti
başçısı aparatında və ərazi icra
nümayəndəliklərində kadrların ixtisasına,
qabiliyyətinə və bacarığına uyğun yerləşdirilməsinə
xüsusi önəm verilir. Rayonda dövlət qulluğu
üçün müasir tələblərə cavab verən
kadr potensialının yaradılması, idarə olunması və
ondan səmərəli istifadə edilməsi işinin təkmilləşdirilməsi
istiqamətində məqsədyönlü iş
aparılır.
Təbii ki,
yüksək səviyyəli kadrların
hazırlanmasının ilk təməli təhsil müəssisələrində
qoyulur. Məhz
buna görə də, ölkənin hər yerində
olduğu kimi, Ağdaşda da son 7 il ərzində
ümumtəhsil məktəblərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi sahəsində
mühüm tədbirlər həyata keçirilib. Dövlət
büdcəsi və Heydər Əliyev Fondunun vəsaiti
hesabına rayonun Kotavan, Pirkəkə, Kükəl, Yuxarı
Ləki, Qaradeyin və Gürcuva kəndlərində
ümumilikdə 1564 şagird yerlik, müasir tədris, inventar
və avadanlıqlarla təchiz olunmuş 6 yeni məktəb
binası tikilib istifadəyə verilib. Maqsud Şeyxzadə adına Texniki Təbiət və Humanitar Fənlər
Təmayüllü Gimnaziya, Müşviq İsayev adına 3
saylı şəhər, Ləki qəsəbə 6 saylı
tam orta məktəbləri əsaslı təmir olunub. Yuxarı Ləki kənd məktəbi tam orta, Nehrəxəlil
və Yenikənd kənd ümumi orta məktəbləri
üçün 840 şagird yerlik 42 əlavə sinif
otağı tikilib. Ümumiyyətlə, son 7 il ərzində rayonda 3636 şagirdin təhsil
şəraitinin müasir standartlara uyğun şəkildə
yaxşılaşdırılması təmin edilib. Ümumtəhsil məktəblərinin 13-də
müasir istilik sistemləri quraşdırılıb.
Büdcə vəsaiti
hesabına və donor təşkilatlar tərəfindən
rayon təhsil müəssisələrinə indiyədək
480 ədəd kompüter verilib. 15 ümumi təhsil məktəbində
kompüterlərin internetə bağlantısı təmin
edilib. Ötən tədris ili ərzində
Ağdaş Dövlət Humanitar Kollecində mövcud olan
kompüterlərin bütövlükdə internet şəbəkəsinə
qoşulmasının təmin olunması məqsədilə
müvafiq tədbirlər həyata keçirilib, bu təhsil
müəssisəsində tədrisin
informasiyalaşdırılması məqsədilə yeni mərkəzin
yaradılması üçün hazırlıq işlərinə
başlanılıb. Təhsilin keyfiyyətinə bilavasitə
təsir göstərən belə tədbirlərin nəticəsidir
ki, ümumtəhsil məktəblərini bitirərək ali və orta ixtisas məktəblərinə
daxil olmuş məzunların sayı 2002-ci illə müqayisədə
5 dəfədən çox artıb. 2010-cu ildə rayonun
ümumtəhsil məktəblərinin ümumi orta təhsil
pilləsini bitirmiş 271 məzun orta ixtisas məktəblərinə,
tam orta təhsil pilləsini bitirmiş 201 məzun isə ali məktəblərə qəbul olunub.
Heydər Əliyev Fondunun ağdaşlılara töhfəsi
Azərbaycanda
təhsil, mədəniyyət və səhiyyənin
inkişafına xüsusi diqqət ayıran Heydər Əliyev
Fondunun qayğısından Ağdaş rayonuna da pay
düşüb. 200 şagirdlik Pirkəkə kənd orta məktəbinin
binası məhz Heydər Əliyev Fondunun vəsaiti
hesabına tikilib. Eyni zamanda, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın təşəbbüsü
ilə 2006-cı ildə əsaslı təmir olunmuş
Ağdaş şəhər M.Şeyxzadə adına internat məktəbinin
bazasında Texniki, Humanitar və Təbiət Fənləri Təmayüllü
Gimnaziya yaradılıb. Belə ki, Azərbaycanın birinci
xanımı 2005-ci ildə Ağdaşda olarkən şəhər
internat məktəbinə gələrək, burada
yaradılmış şəraitlə, tədrisin, təlim-tərbiyənin
vəziyyəti ilə maraqlanıb, ata-ana himayəsindən
uzaq düşmüş uşaqlar üçün müasir
tələblərə cavab verən məktəbin olmasının
vacibliyini bildirib və aparılacaq yenidənqurma işləri
əsasında belə bir təhsil ocağının tezliklə
istifadəyə veriləcəyini vəd edib. Bundan
sonra məktəbdə başlanan təmir işləri
qısa müddətdə başa çatıb, müasir tələblər
səviyyəsində tikilmiş internat müəllim və
şagirdlərin istifadəsinə verilib. İndi
məktəbin əvvəlki görkəmindən əsər-əlamət
qalmayıb. Müasir mebel və
avadanlıqlarla, kompüter mərkəzi, idman korpusu, kitabxana,
yeməkxana və üç mərtəbənin hər birində
duşxana ilə təchiz olunmuş bu təhsil ocağının
regionda tayı-bərabəri yoxdur. Ən nəhayət,
Fondun dəstəyi ilə Ağdaşda Habil Əliyev adına Musiqi məktəbi tikilərək
istifadəyə verilib. Qeyd edək ki, musiqi məktəbinin əvvəlki
binası olduqca köhnə və az qala
dağılmış vəziyyətdə olub. Lakin
2008-ci ilin aprelində Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
köhnə binanın yerində üçmərtəbəli
möhtəşəm bir musiqi məktəbi tikilərək
istifadəyə verilib.
Ağdaşlı gənclərin seçimi Yeni Azərbaycan
Partiyasıdır
Təbii ki, əldə edilən
uğurlarda hakim Yeni Azərbaycan Partiyasının (YAP)
Ağdaş rayon təşkilatının da özünəməxsus
payı var. Ümumiyyətlə, Ümummilli liderimiz Heydər
Əliyev ideyalarına sadiqlik nümayiş etdirən rayon
sakinləri bütün siyasi proseslərdə fəal şəkildə
iştirak edir və xalqımızın, dövlətimizin gələcəyinin
müəyyənləşməsində aktiv rol oynayır. İndiyə
qədər keçirilən bütün seçkilərdə
Ümummilli liderimiz Heydər Əliyev siyasətinə, bu siyasəti
uğurla davam etdirən Prezident İlham Əliyevə və
Yeni Azərbaycan Partiyasına sədaqət nümayiş etdirən
Ağdaş seçiciləri bunu 2010-cu il parlament seçkilərində
bir daha təsdiqləyiblər.
Ümummilli
liderin yaratdığı və Prezident İlham Əliyevin rəhbərlik
etdiyi Yeni Azərbaycan Partiyası rayon ictimaiyyətinin
inandığı və etibar etdiyi yeganə siyasi təşkilatdır. 1995-ci il
yanvarın 29-da yaradılan, hazırda özündə 12271 nəfər
üzvü birləşdirən YAP Ağdaş rayon təşkilatı
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
tapşırıqların yerinə yetirilməsi
üçün ardıcıl iş aparır.
Rayon təşkilatında
təmsil olunan partiya üzvlərindən 6288 nəfəri
qadınlar, 5276 nəfəri isə gənclərdir. Onu da
vurğulamaq yerinə düşər ki, ölkənin hər
yerində olduğu kimi, Ağdaşda da gənclərin
seçimi məhz Yeni Azərbaycan Partiyasıdır. Bunu 2011-ci ilin birinci rübündə rayon təşkilatına
üzv olanlar arasında gənclərin üstünlük təşkil
etməsi də təsdiqləyir. Məlumatlara
əsasən, bu ilin birinci rübündə rayon təşkilatına
200 üzv qəbul edilib ki, onlardan da 121 nəfəri gənclərdir.
Rayonda olarkən
görüşdüyümüz gənclər hakim partiyaya bu
cür axının təbii olduğunu bildirdilər. Onlar qeyd etdilər
ki, hazırda Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyev
cənabları tərəfindən gənclərə
xüsusi diqqət və qayğı göstərilir. O
cümlədən,
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2011.- 25 may.- S.7.