Azərbaycan mədəniyyəti Avropanı heyran etdi

 

Ölkəmiz “Eurovision-2011” yarışmasının qalibi oldu

 

Son illər öz inkişaf tempinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan dünyanı heyran qoymaqdadır. Özü təkcə iqtisadi sahədə deyil, ümumilikdə bütün sahələrdə. Bunu müxtəlif beynəlxalq miqyaslı tədbirlərdə yarışlarda əldə edilən qələbələrimiz təsdiqləyir. Belə qələbələrdən birinə Almaniyada, Düsseldorf şəhərində imza atdıq. “Eurovision-2011” yarışmasında Avropanı fəth edən təmsilçilərimiz Azərbaycanın bayrağını göylərə ucaltdılar. Əslində, bu, sıradan bir qələbə deyildi. Bu, Azərbaycan mədəniyyətinin qələbəsi idi. Bu, bütün sahələrə, o cümlədən, mədəniyyət sahəsinə xüsusi diqqət qayğı göstərən ölkə Prezidenti İlham Əliyevin apardığı siyasətin qələbəsi idi. Bu, dünya azərbaycanlılarının qələbəsi idi.

 

Təmsilçilərimizin Düsseldorf uğuru

 

Almaniyanın Düsseldorf şəhərininEspirit Arena” stadionunda təşkil olunan mahnı müsabiqəsinin qalibi kimi 221 xal toplayan Azərbaycan oldu. Maraqlıdır ki, səsvermənin sonunu gözləmədən mətbuat mərkəzində jurnalistlər sevinc içində olan həmkarlarını-bizim jurnalistləri əhatəyə aldılar. Daha bir neçə ölkənin səsverməsi hələ qalırdı, amma Avropaya artıq bəlli idi ki, bu yarışmada Azərbaycanın qələbəsi qaçılmazdı. Eldar Nigarın çıxışı gözəl bir nağıla, daha doğrusu iki şahzadə haqqında hekayətə bənzəyirdi.

Avropa bu cütlüyün sehrli səsi Şərq nağılı qarşısında təslim oldu: gənc şahzadə-çağdaş zamanın tələbəsi Eldar Qasımovun həmişə böyük səhnəyə can atan xoşbəxt Zoluşka-Nigar Camalın ecazkar çağırışları qarşısında təslim oldu. Azərbaycan “Eurovision-2011” yarışmasının qalibi seçildi.

Qaliblərin elan olunmasından dərhal sonra keçirilən mətbuat konfransında Azərbaycan təmsilçilərinin dahi sənətkar Müslüm Maqomayevin məşhurEy əziz anam, Azərbaycanromansını ifa etmələri isə bütün azərbaycanlıları sevinc dolu göz yaşlarına qərq etdi. O tarixi gün- mayın 14-dən 15-ə keçən gecə Bakı küçələrində yürüş keçirən paytaxt sakinləri ilə yanaşı, müxtəlif sosial şəbəkələrdə həmrəylik nümayiş etdirərək bir-birini təbrik edən, Vətənimizin qələbəsini qeyd edən dünya azərbaycanlılarının sevinc qələbə çağırışları bütün dünyanı bürümüşdü.

Qeyd edək ki, Eldar Qasımov Xalq artistləri Abbas Mirzə Şərifzadə Mərziyə Davudovanın nəticəsi, Firəngiz Şərifovanın isə nəvəsidir.

Şübhəsiz ki, Azərbaycanın “ Eurovision – 2011”də qələbəsi, daha dəqiq desək, dövlətimizin yürütdüyü mədəniyyət siyasətinin qələbəsi Bakının gələn il “Eurovision 2012”nin paytaxtı olması faktı dünya azərbaycanlıları üçün bir qürurdur.

Bu tarixi qələbəAzərbaycan mədəniyyətinin, musiqisinin, xalqının mənəvi yetkinliyinin mütləq qələbəsidünyanın milli sərvətimizə verdiyi qiymətdir.

Azərbaycan musiqisi böyük inkişaf yolu keçib. Ulu öndər Heydər ƏliyevinAzərbaycan musiqisi, xüsusən professional musiqisi böyük tarixə malikdir. Üzeyir Hacıbəyovun Azərbaycanda yaratdığı musiqi məktəbi elə bir məktəb olub ki, ondan sonra xalqımız dünyaya bir çox görkəmli bəstəkarlar, musiqiçilər, mədəniyyət xadimləri veribfikri Azərbaycan musiqinin keçdiyi inkişaf yolunun təsdiqidir.

Ümumiyyətlə, hər bir dövr öz uğurları, yenilikləri ilə diqqət çəkib. Mədəniyyətimizin inkişafı, mədəni irsimizin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində dayanan əsas məsələlərdəndir. Bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqət çəkir. Mədəniyyət ocaqlarının inşası, bərpası, dünya standartlarına uyğunlaşdırılması deyilənlərin təsdiqidir.

Lakin unutmayaq ki, bu uğurlara eyni zamanda, dövlətin mədəniyyət siyasətinin, milli-mənəvi dəyərlərin, mədəni təfəkkürümüzün qorunub saxlanılması, inkişaf etdirilməsi yönündə aktiv işləyən Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın da rolu danılmazdır.

 

Qalib Azərbaycan Türkiyə Cümhuriyyətinin bayrağı

 

Qalibiyyət xəbərinin sevincindən podiumla yüyürən təmsilçimiz Nigar Camalın əlindəki türk bayrağı bütün izləyicilərin marağına səbəb oldu. Yarışmanın bitməsinə təmsilçilərimizin Vətənə dönməsinə baxmayaraq, hələ müzakirələr səngimir. Qalib Azərbaycan təmsilçilərinin tarixi jesti nələri diktə edirdi? Bu suala cavab verməzdən öncə ötən il Bursada keçirilən erməni-türk futbol matçında yaşanmış insidenti xatırladaq. O zaman azərbaycanlı azarkeşlərin əlində olan milli bayraqlarımız yığışdırıldı hətta, bəzi türk polisləri tərəfindən kobud müdaxilələrə yol verildi. Səbəb kimi futboldan siyasi məqsədlər üçün istifadənin yolverilməzliyi göstərilirdi. Təbii ki, bu acı faktdan dərhal bəhrələnməyə çalışaraq iki qardaş ölkənin münasibətlərinə təsir etmək imkanlarını əldən verməyənlər tapıldı. Azərbaycan tərəfinin cavabı isə...

Cavab yenə Avropanın siyasətin fövqündə durduğunu dəfələrlə bəyan etdiyi “Eurovision” səhnəsindən verildi: Türk xalqın parçalamaq olmaz. Onun məğlubiyyət acısı da, qələbə sevinci bir çəkiləcək, bir yaşanacaq!

Bu təkcə düşmənlərimizə deyil, həm qardaşlarımıza ünvanlanmış bir mesaj idi-yumruq kimi bir olmalıyıq-bütün cəbhələrdə hər yerdə.

 

Tarixə baxış

 

Məlum olduğu kimi, Avropanın möhtəşəm mahnı yarışması olan “Eurovision” müsabiqəsinə ölkəmiz 4-cü ildir ki, qatılır. İlk illərdən qələbə qazanaraq az müddət içərisində ev sahibliyinə yiyələnmək hər ölkəyə nəsib olmayıb. Xatırladaq ki, 2008-ci il yarışmasında təmsilçilərimizin ilk onluqda yer almaları sevinclə qarşılanıb. Növbəti ildə isə Aysel-Araş dueti 3-cü yeri qazana bilib. Ötən ilki təmsilçimiz Səfurə Əlizadə “Drip-drop” mahnısı ilə 5-ci olmasına baxmayaraq, onun ifa etdiyi mahnı dərhal hitə çevrilib. nəhayət 2011-ci il möhtəşəm qələbə.

Qeyd edək ki, müsabiqənin yarandığı dövrdən bu günədək təşkilat komitəsi olan müsabiqənin birbaşa sponsorları sayılan 5 ölkə-Almaniya, Fransa, İspaniya, İtaliya Böyük Britaniya bu yarışmanın finalında birbaşa iştirak etmək hüququna malikdirlər. Müsabiqəyə ev sahibliyini isə qalib gələn ölkə edir bu ənənə pozulmur.

Onu da bildirmək yerinə düşər ki, “Eurovision” mahnı müsabiqəsinin bu gün təxminən 600 milyon tamaşaçısı var. Bu yarışmanı təkcə Avropa ölkələrində izləmirlər. Kanada, ABŞ, Cənubi Koreya, Yeni Zelandiya, Vyetnam bir sıra başqa ölkələrEurovision”un tamaşaçısıdır. Avropa Yayımlar Birliyinin məlumatına görə, 2008-ci ildə “Eurovision” mahnı müsabiqəsinin birbaşa yayımını 50 ölkədən 400 milyon insan izləyib. 2000-ci ildən bu mötəbər yarışma internet vasitəsilə yayımlanır təkcə 2006-cı ildə 140 ölkədən 74 min insan müsabiqəni, məhz, internetdən izləyib.

 

Düşmənlərin həzm edə bilmədiyi Qələbə

 

2012-ci ildə Azərbaycan  Eurovision”a ev sahibliyi edəcək. Qələbəmizi həzm edə bilməyən qalib elan olunmağımızdan dərhal sonra “Biz Azərbaycana getməyəcəyikdeyə bəyan edən ermənilər yarışmaya qatılmayacaqlarını deyiblər.

Lakin, onların düşünməsindən asılı olmayaraq, tək biz yox, bütün dünya əmindir ki, cəmi dörd ilə bütün peşəkar musiqiçiləri üstələyərək ev sahibliyini qazanan Azərbaycan yenə öz möhtəşəm şousu ilə dünyanı heyrətləndirəcək “Eurovision” yarışmasının tarixində yeni səhifə açacaq.

 

 

KƏBUTƏR

 

Yeni Azərbaycan.- 2011.- 17 may.- S.4.