Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı
tədbirlər mühüm
əhəmiyyət daşıyır
Zakir Qaralov:
Korrupsiyaya qarşı
mübarizə tədbirlərinin
daha da gücləndirilməsi
məqsədilə Azərbaycan
Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsində yeni
şöbələr yaradılıb
Azərbaycanın baş prokuroru Zakir Qaralov respublikada
görülən korrupsiyaya
qarşı mübarizə
tədbirləri ilə
bağlı müsahibə
verib. APA müsahibəni
təqdim edir:
- Azərbaycan Respublikasında
korrupsiyaya qarşı
mübarizənin mövcud
vəziyyətini necə
qiymətləndirirsiniz?
- Mütəşəkkil
cinayətkarlığın təhlükəli təzahürlərindən
olan korrupsiya ən qədim vaxtlardan mövcud olmaqla bütün cəmiyyətlərə xas
olan ən mürəkkəb sosial problemlərdən biridir. Korrupsiya cinayətlərinə qarşı
barışmaz və prinsipial mübarizə Sovetlər İttifaqı məkanında ilk olaraq məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi
altında Azərbaycanda
başlayıb, bu istiqamətdə qətiyyətli
tədbirlər həyata
keçirilib. 1993-cü
ilin iyun ayının 15-də xalqının
təkidli tələbi
ilə siyasi hakimiyyətə qayıdan
Ulu öndərin rəhbərliyi altında
müstəqil Azərbaycan
Respublikasında mütəşəkkil
cinayətkarlığa və
onun təhlükəli
təzahürü kimi
korrupsiyaya qarşı
mübarizə yeni müstəviyə qaldırılaraq,
qabaqlayıcı tədbirlər
önə çəkilib.
Hüquqa və sosial ədalətə söykənən sivil vətəndaş cəmiyyəti
və demokratik dövlət quruculuğu xəttini son 8 ildə tamamilə yeni müstəvidə uğurla
davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə
korrupsiyaya qarşı
mübarizə tədbirlərinin
miqyası daha da genişləndirilib. Dövlət başçısının
siyasi iradəsinə müvafiq olaraq, fəaliyyətinin ilk vaxtlarından
bu ümumbəşəri
sosial bəlaya qarşı səmərəli
tədbirlərə başlanılıb,
13 yanvar 2004-cü il tarixdə “Korrupsiyaya qarşı mübarizə haqqında”
qanun imzalanıb. Azərbaycanda korrupsiya ilə
bağlı cinayətlər
üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış antikorrupsiya
orqanı olan Azərbaycan Respublikasının
Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsi yaradılıb.
Ölkəmiz korrupsiyaya
qarşı mübarizə
sahəsində bütün
beynəlxalq təşəbbüslərə
qoşulub, Avropa Şurasının “Korrupsiya
ilə əlaqədar
cinayət məsuliyyəti
haqqında” və “Korrupsiya ilə əlaqədar mülki-hüquqi
məsuliyyət haqqında”
Konvensiyaları ilə
yanaşı, Birləşmiş
Millətlər Təşkilatının
“Korrupsiya əleyhinə
konvensiyası” da Azərbaycanda qüvvəyə
minib. Beynəlxalq Konvensiyaların ölkə
qanunvericiliyinə implementasiyası
həyata keçirilib,
hüquqi və institusional bazanın təkmilləşdirilməsi istiqamətində
mühüm addımlar
atılaraq korrupsiyaya qarşı mübarizə
sahəsində Azərbaycan
qanunvericiliyi beynəlxalq
standartlara uyğunlaşdırılıb.
Bütün bunların nəticəsi
olaraq, ölkəmizdə
korrupsiyaya qarşı
hərtərəfli mübarizə
üçün əlverişli
mexanizm yaradılıb.
Korrupsiyaya qarşı
mübarizə üzrə
Dövlət Proqramı
uğurla icra edilib, 28 iyul 2007-ci il tarixli sərəncamla
təsdiq edilməklə
dövlət orqanları
ilə ictimaiyyətin
səylərini birləşdirən
“Şəffaflığın artırılması və
korrupsiyaya qarşı
mübarizə üzrə
Milli Strategiya” və onun həyata
keçirilməsi ilə
bağlı Milli Fəaliyyət Planı korrupsiyaya şərait yaradan halların aradan qaldırılması
məqsədilə qabaqlayıcı
tədbirlərin həyata
keçirilməsi üçün
əlverişli hüquqi
zəmin yaradıb. Xüsusi qeyd edilməlidir ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində
həyata keçirilən
islahatlar bütün beynəlxalq təşkilatlar
tərəfindən də
yüksək qiymətləndirilir.
Avropa Şurasının
Korrupsiyaya qarşı
Dövlətlər Qrupu
(GRECO) və İqtisadi
İnkişaf və Əməkdaşlıq Təşkilatının
(OECD) Şərqi Avropa
və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi
tərəfindən İstanbul
Fəaliyyət Planına
əsasən dəyərləndirmə
hesabatlarında korrupsiyaya
qarşı mübarizə
sahəsində Azərbaycanda
həyata keçirilən
tədbirlər müsbət
dəyərləndirilib.
- Məlumat
verildiyi kimi, son ayda Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinin strukturunda
mühüm dəyişikliklər
edilib. Bu dəyişikliklər
hansı zərurətdən
irəli gəldi?
- Azərbaycan
Prezidenti cənab İlham Əliyevin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına
həsr olunmuş Nazirlər Kabinetinin iclasında rüşvətxorluğa
və korrupsiyaya qarşı daha ciddi mübarizə aparılması barədə
verdiyi göstərişlərinə,
cari ilin yanvar ayının 27-də
keçirilmiş Korrupsiyaya
qarşı Mübarizə
üzrə Komissiyanın
geniş yığıncağında
müəyyənləşdirilmiş tədbirlərə müvafiq
olaraq Azərbaycan Respublikası Prokurorluğu
tərəfindən bu
neqativ təzahürlərə
qarşı mübarizənin
kəsəri daha da artırılıb. Fəaliyyətə başladığı
2004-cü ildən keçən
müddət ərzində
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsi üzərinə
düşən vəzifələri
uğurla yerinə yetirib. Azərbaycanın güclü iqtisadi
inkişafından qaynaqlanan
amillərlə əlaqədar
korrupsiyaya qarşı
mübarizə üsullarının
da təkmilləşdirilməsi
zərurəti yaranıb.
Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması üçün son vaxtlar
bir sıra qanunvericilik və praktiki tədbirlər həyata keçirilib.
Belə ki, Azərbaycan Prezidentinin 11
mart 2011-ci il tarixli fərmanına əsasən,
Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
prokurorluq işçilərinin
ümumi say tərkibi
60 ştat vahidi artırılaraq 100 nəfərə
çatdırılıb, eyni
zamanda texniki işçilərin də
sayında da əhəmiyyətli dəyişiklik
edilib. 18 mart 2011-ci il tarixdə Azərbaycan Milli Məclisi tərəfindən “Əməliyyat
axtarış fəaliyyəti
haqqında” və “Prokurorluq haqqında” qanunlara dəyişikliklər
edilərək Baş
prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə
əməliyyat-axtarış fəaliyyətini həyata
keçirmək səlahiyyətləri
verilib. Azərbaycan Prezidentinin 8 aprel 2011-ci il tarixli
fərmanı ilə Nazirlər Kabinetinə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinin dövlət
orqanları tərəfindən
aparılan elektron informasiya ehtiyatlarından
real vaxt rejimində istifadəsinin təmin edilməsi məqsədilə
müvafiq normativ hüquqi aktlara dəyişikliklər edilməsi
barədə təkliflərini
dövlət başçısına
təqdim etmək tapşırılıb. Eyni
zamanda, dövlət başçısının qeyd
olunan və 10 may
2011-ci il tarixli fərmanları ilə idarənin Əsasnaməsində
dəyişikliklər edilərək
digər məsələlərlə
yanaşı, korrupsiya
ilə əlaqədar
hüquqpozmalar haqqında
daxil olan məlumatlar üzrə ilkin yoxlamanın aparılması və ya korrupsiya ilə
bağlı cinayətlərin
istintaqı zamanı müxtəlif peşə
sahələrində xüsusi
biliyə malik şəxslərdən istifadə
etməklə fiziki və ya hüquqi
şəxslərin fəaliyyətinin
yoxlanması məqsədilə
idarəyə Mütəxəssislər
qrupunun yaradılması
səlahiyyəti verilib.
Qarşıda duran vəzifələrin
uğurla icrasını
təmin etmək məqsədilə edilmiş
dəyişikliklər idarənin
rəhbər heyətində
müavinlərin sayının
artırmağa imkan yaradıb. Korrupsiyaya
qarşı mübarizənin
gücləndirilməsi istiqamətində
qeyd olunan normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin həyata
keçirilməsi üçün
12 may 2011-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
strukturunun təkmilləşdirilməsi,
idarənin tərkibində
olan struktur qurumların Əsasnamələrinin
təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanıb. Həmin əmrə əsasən, idarədə yeni 4 şöbə yaradılıb,
ləğv edilən iki şöbənin bazasında adları qarşıda duran vəzifələrin icrasına
adekvat yeni şöbələr təsis
edilib, beləliklə,
idarənin tərkibində
olan şöbələrin
sayı 7-yə çatıb.
- Baş
prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsində
aparılmış struktur
dəyişikliklərinin işin
səmərəliliyinə təsiri sizcə, nə dərəcə uğurlu olacaq?
- Qeyd etmək istərdim ki, bu dəyişikliklərin
həyata keçirilməsi
zamanı beynəlxalq
təşkilatlar, o cümlədən
Korrupsiyaya Qaşı
Dövlətlər Qrupu,
İqtisadi İnkişaf
və Əməkdaşlıq
Təşkilatının tövsiyələri
nəzərə alınıb,
Avropa İttifaqının
Tvininq layihəsi çərçivəsində həyata keçirilən
Tvininq layihəsi üzrə qabaqcıl Avropa ölkələrinin
ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının
təcrübəsi öyrənilib.
Hesab edirəm ki, aparılmış dəyişikliklər
Korrupsiyaya qarşı
mübarizə idarəsində
korrupsiya hüquqpozmalarına
qarşı daha çevik mexanizm yaradılmasında mühüm
stimul rolunu oynayacaq. Struktur dəyişikliklərinin nəticələri
haqqında danışmaq
tez olsa da, vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının
siyasi rəhbərliyi
tərəfindən korrupsiyaya
qarşı mübarizə
sahəsində həyata
keçirilən irimiqyaslı
və kompleks tədbirlər öz müsbət nəticələrini
verməkdədir, görülən
işlər ölkə
və beynəlxalq ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilir.
Prokurorluq orqanlarının əməkdaşları bundan
sonra da göstərilən yüksək
etimadı doğrultmaq
üçün bütün
səylərini səfərbər
edəcək, öz vəzifələrinə məsuliyyətlə
yanaşmaqla respublikanın
digər hüquq mühafizə orqanları
ilə əlaqəli şəkildə korrupsiya
hüquqpozmalarına qarşı
daha ciddi və səmərəli mübarizə tədbirlərinin
həyata keçirilməsini
təmin edəcəklər.
Yeni Azərbaycan.-
2011.- 24 may.- S.5.